Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə59/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   55   56   57   58   59   60   61   62   ...   92
Maqnezium  (Mq)  isə karbohidrat  və fosfor  mübadiləsində həlledici əhəmiy-
yətə malikdir. Maqnezium duzları sinir və əzələ sisteminin həyəcanlanmasını aşağı 
salır. Maqnezium  ionları damarları  genişləndirir, bağırsaqların  fəaliyyətini  nizama 
salır, öd ayrılmasını sürətləndirir, qanda xolesterinin  miqdarının artırılmasına təsir 
göstərirlər.  Maqnezium  duzlarının  100  qramlıq  ağ  çörəkdə  miqdarı  31  mq,  qara 
çörəkdə  73  mq,  yarmada  37-113,  süddə  14  mq-dır.  Yaşlı  əhali  üçün  maqneziuma 


 
90 
 
olan gündəlik tələbat norması 500 mq, hamilə qadınlar üçün 925 mq, uşaqlı analar 
üçün isə 1250 mq-dır. 
Fosfor  (P)  orqanizmin  bütün  həyat  fəaliyyətində  iştirak  edir.  Burada  o,  həll 
olan fosfatlar, fosfoproteidlər, nuklein turşuları şəklində, fosfolipidlər, digər bioloji 
fəal maddələrin tərkibində olurlar. Fosfor birləşmələri qida maddələrinin mənimsə-
nilməsində  sürətləndirici  rol  oynayırlar.  Ən  çox  hüceyrə  divarı  zülalında,  sümük 
toxumalarında  vardır.  Fosfor  birləşmələri  əzələlərdə  baş  verən  proseslərdə  də  fəal 
iştirak  edirlər.  Pendirdə  (100  q)  546  mq,  kiirüdə  594  mq,  yumurtada  184  mq, 
lobyada  504  mq,  ətdə  153  mq,  balıqda  100-120  mq  miqdarda  fosfor  vardır.  Qara 
çörəkdə isə 200 mq, ağ çörəkdə 98 mq, yarmalarda 102-231 mq fosfor vardır. Yaş-
lı adamlar  üçün  fosfora olan sutkalıq tələbat 1600  mq, hamilə qadınlar  üçün 3000 
mq, uşaqlı analar üçün 3800 mq-dır. 
Dəmir (Fe) ionları qan dövranında fəal iştirak edirlər. Tələb olunan normadan 
az olan zaman, orqanizmdə azqanlılıq  yaranır. Dəmir  ionları  oksidləşmə proseslə-
rində  iştirak  edir,  toxuma  fcrmentlərinin  tərkibində,  qanda  ən  çox  hemoqlobində 
olurlar. Qanın ümumi miqdarının 60%-ni təşkil edirlər. 
Orqanizmdə  ehtiyat  formada  olan  dəmir,  proteidlər  -  ferritin  şəklində  qaraci-
yərdə  yerləşir.  Sümük  beynində  olan  dəmir  hemoqlobinin  sintezində  işlədilir.  Or-
qanizmin dəmirə olan sutkalıq tələbatı 15 mq-dır. 100 q qaraciyərdə isə onun miq-
darı  8,4-12  mq,  yulaf  yarmasında  4,2  mq,  yumurta  sarısında  5,8  mq,  paxlalılarda 
4,7-  6,7  mq-a  çatır.  Meyvələrdə  və  tərəvəzlərdə  olan  dəmir  yaxşı  mənimsənilir. 
Dənli  bitkilərdən olan  xammallarda 60%-ə qədər dəmir  mənimsənilməyən şəkildə 
yerləşmişdir. 
Mikroelementlərdən sinkə olan maraq, xüsusilə şərq ölkələrində, qidada onun 
çatışmamazlığı  ilə  əlaqədar  meydana  çıxmışdır.  Sink  çatışmazlığı  dad  hissləri  və 
ətrin (iyin) normalaşmasında özünü göstərir. 
Müəyyən  olunmuşdur  ki,  qidada  taxıl  xammalının  olması  ilə  sinkin  məhsul-
lardakı  miqdarı,  heyvanat  məhsulları  ilə  müqayisədə  aşağı  olur.  Orqanizmdə  fizi-
oloji  stresslərin  sürətli  inkişafı,  doğum  dövründə  sinkə  olan  ehtiyacı  artırır.  Qida 


 
91 
 
rasionunda  sinkə  olan  tələbatın  səviyyəsi  orqanizmin  fizioloji  vəziyyətindən  asılı 
olaraq aşağıdakı cədvəldəki (cədvəl 1) kimi öyrənilmişdir: 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin