MUHAZİRƏ 10. QİDADA ZƏHƏRLİ KOMPONENTLƏR VƏ
QİDALANMANIN MÜDAFİƏ AMİLLƏRİ
Plan
94
1. Qidanın zəhərli komponentləri
2. Qidalanmanın müdafiə amilləri
1. Qidanın zəhərli komponentləri
Qida mürəkkəb və çoxkomponentli kimyəvi sistemdir. Onun bütün kimyəvi
maddələri şərti olaraq, məhsulların özünün komponentlərinə, başqa sözlə, bitki və
heyvanat mənşəli məhsulların özlərində olan maddələrə və yeyinti qatqılarına və
ətraf mühitdən daxil olan kimyəvi və bioloji maddələrə bölünürlər.
Yeyinti qatqıları məhsullara xüsusi texnoloji effekt vermək üçün onlara əlavə
olunan maddələrdir. Beləliklə, qidaya müəyyən mənada həm də insan sağlamlığı
üçün təhlükəli olan zəhərli maddələrin mənbəyi kimi də baxmaq olar.
Məhsulların tərkibindəki qida maddələri - zülallar, yağlar, karbohidratlar və s.
orqanizmdə maddələr mübadiləsinin pozğunluğu hallarında xəstəliklər zamanı ona
mənfı təsir göstərə bilərlər. Bunların özü də 3 cür formada baş verə bilər. Birinci
irsi xəstəliklərlə əlaqədar laktoza, fruktoza, saxarozanın allergiyası ilə əlaqədar, bir
sıra fermentlərin çatışmazlığı ilə əlaqədar baş verə bilər.
İkincisi, karbohidratların, şəkərin artıq qəbul edildiyi hallarda (şəkərli diabet,
piylənmə, ürək-damar xəstəliklərində), yağların artıq qəbul edildiyi zaman (atero-
skleroz, piylənmə vaxtı), ədviyyatların, natrium qlutamatın ədviyya kimi çox işlə-
dildiyi hallarda baş verə bilər. Ayrı-ayrı aminturşuların nisbətləri gözlənilmədikdə
də orqanizm üçün təhlükə yarana bilər.
Bir sıra oliqoşəkərlər təbii komponentlər olsa da, (rafinoza, staxioza və s.
paxlalıların tərkibində mədə-bağırsaq sistemindən parçalanmamış halda keçdikdə
anaerob mikroorqanizmlərin fermentlərinin təsirinə məruz qalaraq diareya və s.
pozulmalar yaradırlar. Zəhərli təsiri orqanizm üçün xardal yağı və s. bu kimi
yağların yağ turşuları da yarada bilir.
Bütün bunlarla yanaşı, qidanın bioloji fəal maddələrindən danışmaq, başqa
sözlə, etil spirti, kofein, teobromin, teofıllin kimi sosial toksikantlarından da
danışmağa dəyər.
95
Etanol bioloji fəal maddə olmaqla yanaşı, həm də enerji mənbəyidir. Eyni
zamanda onun narkotik təsiri enerji dəyərindən daha güclü görünür. Bu səbəbdən
də qidalanma zamanı etanol sağlamlıq üçün təhlükəli qida məhsulu kimi özünü
göstərir.
Dostları ilə paylaş: |