323
punktatında tipik mielom hüceyrələrin tapılması və yastı sümüklərin
rentgenoloji dəyişikliklərinə əsasən ayırmaq olur.
Müalicə. İkincili amiloidozun səbəbi olan xəstəliyin radikal müa-
licəsi xəstənin vəziyyətinin yaxşılaşmasına və böyrək zədələnməsi
əlamətlərinin azalmasına gətirib çıxarır ki, bunu da amiloid prosesi-
nin geriyə inkişaf edə bilməsi ilə izah edirlər. Tez-tez baş verə bilən
infeksion ağırlaşmaların qarşısını almaq üçün xəstələrə antibiotiklər
və sulfanilamid preparatları təyin edilir.
Qlyukokortikoidlər və immunodepressantlar məsləhət görülmür.
Əsasən xəstələrə 4-aminoxinolin sırası preparatları (xinqamin və s.),
levamizol məsləhət görülür. Son illərdə plazmaferezin müsbət təsiri
qeyd olunur.
Nefrotik sindromun və xroniki böyrək çatışmazlığının müalicəsi
məlum qaydada aparılır.
Gündə 80-120 q çiy qaraciyəri şəkər tozu ilə qarışdırıb qəbul et-
dikdə 6-12 aydan sonra xəstəliyin kliniki əlamətlərinin xeyli yaxşı-
laşması qeyd olunur. Bunun təsir mexanizmi tam açılmamış qalır.
Proqnoz. Proteinurik dövrün uzunluğunu təyin etmək çətindir,
adətən onun tapılmasından 3 il sonra nefrotik sindrom baş verir və
tezliklə onun fonunda xroniki böyrək çatışmazlığı inkişaf edir. Bu
isə xətəliyin proqnozunu çox ciddiləşdirir.
Profilaktika. İdiopatik və irsi amiloidozun profilaktikası məlum
deyil. İkincili amiloidozda isə profilaktik tədbirlər amiloidoza səbəb
ola bilən xəstəliklərin tam müalicə olunmasından ibarətdir.
Dostları ilə paylaş: