MEHMAN AĞAYEV
NEFROLOGİYA
Azərbaycan Respublikası
Təhsil Nazirinin 25.06.2007–ci
il tarixli,
752 saylı əmri ilə təsdiq edilmişdir.
Bakı – 2007
2
Redaktor:
prof. M. M. Ağayev
Rəyçilər:
prof. K. İ. Abdullayev
prof. C. T. Məmmədov
Mehman Ağayev, “Nefrologiya”
“ bilov, Zeynalov v o ullar ”, Bakı- 2007, 352 səh.
Təqdim olunan kitabda nefroloji biliklərin müasir səviyyəsinə uyğun
olaraq böyrək və sidik yollarının
anatomo-funksional vəziyyəti, onların
müayinə üsulları və böyrək xəstəlikləri zamanı müşahidə olunan əsas
kliniki sindromlar verilmişdir. İfrazat sistemi orqanlarının əsas xəstəlikləri
– qlomerulonefrit, sidik yollarının infeksiyaları, interstisial nefrit,
böyrək
vərəmi, polikistozu, şişləri, onların etiologiyası, patogenezi, klinikası,
diaqnostikası və müalicəsi haqda müasir məlumatlar təqdim olunmuşdur.
Eyni zamanda orqanizmin başqa orqanlarının patoloji prosesləri – şəkərli
diabet,
hamiləlik, sistem xəstəlikləri, amiloidoz zamanı böyrəklərin
zədələnməsi, müasir kliniki-laborator diaqnostika və müalicə
işıqlandırılmışdır.
Kitab terapevtlər,
Tibb Universiteti tələbələri, nefroloqlar, uroloqlar,
praktiki və ailə həkimləri üçün nəzərdə tutulmuşdur.