Sağlam insanın hər böyrəyində 1,2 mln nefron vardır. Hər bir
nefron böyrək və ya malpigi cisimciyi və kanalcıqdan ibarətdir.
Böyrək cisimciyi nefronun başlanğıc hissəsi olub yumaqcıq
və onu
örtən kapsuladan (Şumlyanski – Boumen kapsulası) ibarətdir. Yu-
maqcıq (
qlomerulus) – damar törəməsi kimi, 50 kapillyar ilgəyindən
ibarət olub gətirici yumaqcıq arteriolası ilə (
arteriola glomerulis
afferens seu vas afferens) başlayır və çıxarıcı yumaqcıq arteriolası
(
arteriola glomerulis efferens seu vas efferens) ilə qurtarır. Kəsikdə
Şumlyanski – Boumen kapsulası fincan formasında olub daxilində
yumaqcıq yerləşir və iki qatdan (daxili və xarici) ibarətdir.
Yumaqcıq kapsulasının daxili (visseral) qatı (səhfəsi) yumaqcıq
kapillyarlarının divarına bitişərək və eyni zamanda onların
xarici
(epitelial) qatını təşkil edir (şəkil 3).
Şəkil 3. Yumaqcıq (Malpigi cisimciyinin sxemi).
1 – yumaqcığın gətirici arteriolası; 2 – yumaqcığın çıxarıcı arteriolası;
3 – yumaqcığın
kapilyar ilgəkləri; 4 – kapsula; 5 – kanalcıq.
9
Kapsulanın xarici (parietal
) qatı daxili vərəqdən bir qədər aralı
yerləşir və nəticədə onların arasında mikroskopik boşluq- Şumlyanski
–
Boumen kapsulasının boşluğu əmələ gəlir. Bu boşluğa filtrasiyadan
sonra qan plazmasının duru hissəsi - ultrafiltrat, birincili (preventiv)
sidik daxil olur. Yumaqcıq kapsulasının boşluğu kanalcığın mənfəzinə,
kapsulanın xarici qatı
–
kanalcıq divarına keçir. Yumaqcığın
gətirici və
çıxarıcı arteriyaları bir-birinin yanında yerləşərək onun qütbünü əmələ
gətirir və Şumlyanski – Boumen kapsulası ilə örtülmür. Yumaqcıq
kapillyarları elə bil bu qütbdən asılmış olur. Hesablamalar göstərir ki,
hər bir nefronun uzunluğu 30-50 mm olmaqla ümumiyyətlə bütün
nefronların uzunluğu 25 km, yumaqcıqların filtrasiya səthi 1,5 m
2
-
ə
bərabərdir (şəkil 4).
Şəkil 4. Böyrək yumaqcığının kapilyar ilgəyinin quruluşunun sxemi.
1 – kapilyarın mənfəzi; 2 – endoteli; 3 – podosit; 4 – pedikulalar;
5 – trabekulalar; 6 – bazal membrana.
10
11
Elektron mikroskopu ilə müayinə etdikdə böyrək kapillyarlarının
divarının üç qatdan ibarət olması aydınlaşır. Daxili (endotelial) qat
endotel
hüceyrələrindən ibarətdir, onlar biri-birinə yapışmadıqları
üçün aralarında 100-150 mµ diametrdə deşiklər əmələ gəlir. Endo-
telial qat özünəməxsus xəlbir səfhəni təşkil etdiyi üçün lamina fe-
nestrata adlanır. Normada endotelial hüceyrələr arasındakı sahə
birləşdirici toxumanın əsas maddəsi olan və tərkibinə hialuron
turşusu daxil olan maddə ilə tutulur. Kapillyar divarının xarici qatı
epitel hüceyrələrindən – podositlərdən ibarətdir. Podositlərin trabe-
kula adlanan uzun protoplazmatik çıxıntıları vardır,
onlardan pediku-
la adlanan perpendikulyar vəziyyətdə çıxıntılar ayrılır. Nəticədə po-
dosit özü və onun trabekulaları birbaşa bazal membrana yapışmır və
ona pedikula vasitəsi ilə söykənir. Bazal membran ilə podosit,
trabekula və bir-birinə dolaşan çoxlu pedikula arasında ultramik-
roskopik «podositaltı sahə» əmələ gəlir.
Onu submikroskopik süngər
ilə müqayisə edirlər və belə hesab edilir ki, bu sahə qan plazmasının
duru hissəsini kapillyar daxilindən kapsula boşluğuna «soraraq» yu-
maqcıq filtrasiyasının baş verməsinə səbəb olur.
Podositlər, ən çox pedikulalar, bir-biri ilə fibrilyar struktur ilə
bağlanırlar və deşiyinin ölçüsü 5-12 mµ olan yarığabənzər diafraq-
manı əmələ gətirirlər. Yumaqcıq filtrasiyasında yarığabənzər diaf-
raqmanın çox əhəmiyyətli rolu vardır. Xaricdən o podositlərin qliko-
kaliksi ilə örtülmüş, daxildən isə əsas zarın (bazal membranın) xarici
qatı ilə sərhədlənir.
Yumaqcıq kapillyarın divarının orta qatını qalınlığı 250-400 mµ
olan əsas zar təşkil edir. Üç qatdan ancaq bu qat kapillyarlarda dövr
edən qanla böyrək yumaqcığı kapsulunun boşluğu arasında fasiləsiz
baryerdir. Elektron mikroskopiyası zamanı əsas zardan üç qat ayrılır:
mərkəzi (
lamina densa), xarici və ya subepitelial (
lamina vara
Dostları ilə paylaş: