lər və ya mezangiositlər yerləşir. Onların sitoplazmasında nazik fib-
rillər vardır və bunların hesabına mezangiositlər təqəllüs edir, bu-
nunla da yumaqcıq filtrasiyasında iştirak edir. Mezangiositlər me-
zangial matriks adlanan amorf maddə ilə əhatə olunur
və bununla
yumaqcıq kapillyarının divarındakı əsas zar ilə birləşir və əsas zar
maddəsini sintez etmək qabiliyyətinə malikdir. Bundan başqa me-
zangiositlər faqositar qabiliyyətə də malikdirlər (şəkil 5).
Şəkil. 5 Mezangiyanın quruluşu.
1 – mezangiositlər; 2 – mezangial matriks; 3 – endotel;
4 – bazal membran; 5 – podosit; 6 – podositlərin kiçik çıxıntıları;
7 – kapilyarın mənfəzi.
12
Nefronun böyrək kanalcığı şərti olaraq üç əsas hissəyə bölünür:
proksimal və ya I dərəcəli qıvrım kanalcıq; Henle ilgəyi (nefron
ilgəyi), distal və ya II dərəcəli qıvrım kanalcıq.
Henle ilgəyində yo-
ğun enən seqment, nazik enən və nazik qalxan seqment, yoğun qal-
xan seqment vardır və bu da distal kanalcığa keçir. Axırıncı birləşdi-
rici boru ilə yığıcı boruya açılır. Yığıcı boru nefrona aid deyil və
çoxlu birləşdirici borudan sidiyi yığır və piramidin zirvəsində olan
məməcikdəki dəlik vasitəsi ilə kiçik kasacığa daşıyır.
Hər bir ka-
nalcığın uzunluğu 35-50 mm-ə qədər olur.
Nefronun kanalcığın müxtəlif hissələrində onları içəridən örtən
epitel hüceyrələri histoloji cəhətdən fərqlənir (şəkil 6).
Şəkil 6. Nefronun müxtəlif şöbəkərinin kanalcıqlarının ultrastrukturu.
1 – proksimal şöbənin qıvrım hissəsinin
hüceyrələri; 2 – proksimal şöbənin düz
hissəsinin hüceyrələri; 3 – Henle ilgəyinin nazik seqmentinin hüceyrələri;
4 – distal şöbənin düz (qalxan) hissəsinin hüceyrələri;
5 – distal söbənin qıvrım hissəsinin hüceyrələri;
6 – yığıcı boruların və əlaqələndirən şöbənin “tünd” hüceyrələri;
7 – yığıcı boruların və əlaqələndirən şöbənin “açıq” hüceyrələri.
13
14
Proksimal kanalcıq epitelisi kub formasında olub daha mürəkkəb
quruluşa malikdir. Bu şöbənin epitelisi üçün şotkalı haşiyənin olması
xarakterikdir. Bunlar ultramikroskopik xov olub, sitoplazmanın bar-
maqvari çıxıntısı kimi hüceyrə membranı və qlikokaliks ilə örtülmüş
olur. Belə mikroxovların sayı proksimal qıvrım kanalcığın bir epitel
hüceyrəsində 6500-ə çatır və bunun hesabına
da hüceyrənin işçi səthi
40 dəfə artır. Əgər hər iki böyrəkdə 2,5 mln-ə qədər nefron olduğunu
nəzərə alsaq onlarda olan şotkalı haşiyənin sahəsi təxminən 40-50
m
2
-ə bərabər olur. Belə ki, şotkalı haşiyə sidiyin əmələ gəlməsində
kanalcıq reabsorbsiyası vasitəsi ilə böyük iş görmüş olur.
Epiteli hüceyrələrinin daxilində kanalcıq reabsorbsiyası və sekresi-
yasını təmin edən çoxlu sayda mitoxondrilər vardır. Hüceyrə sitop-
lazmasında yüksək aktivliyə malik fermentlər – dehidrogenazalar,
lipoamid-dehidrogenaza, hidrolazalar və şotkalı haşiyədə – qələvi fos-
tataza, ATF-aza, aminopeptidaza və başqa fermentlər vardır ki, bunlar
da kanalcıqdaxili mayedən yüksək
differensə olunmuş proses kimi,
qlyukoza, aminturşu, zülal, fosfat və s. qana reabsorbsiya edir.
Henle ilgəyinin enən seqmentinin yoğun hissəsinin epitelisi birin-
ci dərəcəli qıvrım kanalcıq epitelisi strukturunda olur, amma şotkalı
haşiyə xovlarının azlığı ilə fərqlənir, olan xovlar da qısadır, kobud-
dur, hüceyrələrdə mitoxondriləri və fermentləri azdır.
Henle ilgəyinin nazik seqmentinin epitel hüceyrəsi kiçikdir, şot-
kalı haşiyəsi olmur, fermentlərin aktivliyi zəif olur.
Henle ilgəyinin qalxan hissəsinin yoğun
seqmentində və ikinci
dərəcəli qıvrım kanalcıqlardakı epitel örtüyü proksimal kanalcıq epi-
telisinə oxşayır, amma şotkalı haşiyələri olmur. Bu hüceyrələrin si-
toplazmasında çoxlu mitoxondri, hüceyrədaxili membran vardır.
Sitoplazmada hidrolitik, qlikolitik fermentlərin, Krebs tsiklinin fer-
mentlərinin yüksək
aktivliyi təyin olunur ki, bu da suyun, natriumun
və başqa maddələrin fakultativ reabsorbsiyası kimi mürəkkəb funk-
siyaları təmin edir. Distal qıvrım kanalcıqlarda və kortikal yığıcı bo-
rularda iki tip epitel hüceyrələri vardır - əsas və əlavə. Əsas hücey-
15
rələrin vəzifəsi aldosteron və ADH-nin təsirinə cavab verməklə bə-
dəndə suyun, natriumun və kaliumun miqdarını tənzim edir.
Dostları ilə paylaş: