304
•
piylənmə;
•
hiperparatireoz;
•
hipotireoz;
•
sarkoidoz;
•
xroniki berillioz intoksikasiyası.
Dərman və xroniki intoksikasiyalar:
•
tiazid diuretikləri;
•
siklosporin;
•
salisilatların kiçik dozası;
•
vərəməleyhinə preparatlar (pirazinamid);
•
etanol;
•
levodopa.
Urat mübadiləsinin pozğunluğu bəzən podaqrik artritdən əvvəl
müşahidə olunan və əsasən latent keçən izoləolunmuş urat nefropa-
tiyası şəklində aşkar olur. Bu xəstəlik zamanı böyrəklər hədəf orqan
olduğu üçün başlanğıcda sidik turşusunun kompensator artıq ekskre-
siyası müşahidə edilir. Xəstəliyin davam etməsi nəticəsində sidik
turşusunun kristal halında kanalcıqlarda çökməsi baş verir. Beləliklə,
ilkin mərhələdə müşahidə olunan hiperurikozuriya sonrakı mərhələ-
də hiperurikemiyaya keçir və bu zaman da kliniki cəhətdən əhəmiy-
yətli dərəcədə böyrəklər zədələnir. «Podaqrik nefropatiya» termini
ilə böyrəklərin bir neçə tip zədələnməsi birləşdirilir. Bunların arasın-
da ən müntəzəm təsadüf olunan interstisial nefrit olub, bu zaman
böyrəklərin beyin maddəsində yığıcı borucuqların ətrafında sidik tur-
şusu və uratların kristal və amorf formalarda yığılması baş verir.
Dostları ilə paylaş: