REVMATİZM Revmatik proses 5% halda böyrək zədələnməsi ilə nəticələnir. Bu
zaman böyrək zədələnməsi vaskulit formasında baş verir. Revma-
tizmin aktiv fazasında damarların iltihabi prosesi nəticəsində onların
keçiriciliyi artır. Əsas dəyişikliklər paycıq arteriyalarında və gətirici
yumaqcıq arteriolasında baş verir, sonrakı dövrdə onlarda sklerotik
proseslər baş verir.
İzolə olunmuş sidik sindromu revmatizm zamanı ən müntəzəm
təsadüf olunur, amma kəskin birincili revmatizmdə streptokok in-
feksiyası dövründə kəskin böyrək zədələnməsi keçici infeksion nef-
rit formasında ola bilər (E.M.Tareyevə görə infeksion böyrək).
Təkrari revmatik hücumlardan sonra latent nefrit baş verə bilər
ki, bu zaman mülayim, daimi sidik sindromu (davamedici proteinuri-
ya, mikrohematuriya) müşahidə olunsa da xəstələrdə heç bir şikayət
olmur.
Revmatik diffuz qlomerulonefrit bütün QN arasında 0,67-1% təş-
kil edir. Bu QN zamanı müxtəlif variantlar: latent, hipertenziv, nef-
rotik qarışıq müşahidə olunur. Böyrəklərin qatılaşdırma funksiyası
enir, nefroskleroz baş verir.
Çox hallarda revmatik nefriti ürək çatışmazlığı nəticəsində baş
verən durğun böyrəkdən ayırmaq lazım gəlir. Durğun böyrək üçün
eritrosituriya və sidik əlamətlərinin qeyri-stabil olması xarakterikdir.
Revmatizm zamanı (ürək qüsuru olduqda) 1/3 halda təşrihdə böy-
rək infarktı tapılır. Çox zaman belə infarktların kliniki təzahürlər
olunur.
Revmatizm ilə xəstələrdə böyrək simptomları bəzən davamlı sep-
tik endokardit ilə əlaqədar olur (diaqnoz qanda törədicinin tapılması,
antibakterial müalicənin effektli olmasına görə təsdiq olunur).
Müalicə. İlk növbədə revmatizmin müalicəsi aparılır, kiçik doza
(30 mq/gün qədər) kortikosteroidlər təyin edilir.