Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə156/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   152   153   154   155   156   157   158   159   ...   186
 
 
 QIRMIZI  QURD  EŞƏNƏYİ
 
 
Qırmızı qurd eşənəyi (QQE) autoimmun xəstəliklər arasında tez-
tez təsadüf olunur, QQE ilə əsasən qızlar və uşaq doğmaq qabiliyyətli 
gənc qadınlar xəstələnirlər (kişilərdən 9 dəfə daha tez). Dərinin zə-
dələnməsi («kəpənək», eritema və b.), poliartrit, poliserozit, sinir sis-
teminin, ürəyin, böyrəyin, ağciyərin və başqa daxili orqanların zədə-
lənməsi QQE-nin daimi əlamətlərindəndirlər. QQE üçün anemiya, 
leykopeniya, EÇS-nin artması, hiperqammaqlobulinemiya, müsbət 
LE-testi, DNT-yə qarşı  antitellərin tapılması xarakterik əlamətlərdir.  
QQE ilə xəstələrin 50-70%-də böyrək zədələnmələri qeydə alınır.  
Patogenetik QQE böyrəklərin immunokompleks zədələnməsidir. İm-
mun komplekslərin tərkibinə əsasən müxtəlif nüvə antigenləri, onla-
ra qarşı yüksək kompliment birləşdirmək qabiliyyətinə malik antitel-
lər aiddir. B limfositlərə qarşı depressor aktivliyə malik T-hüceyrələr 


 
289
QQE zamanı azalmış olur. Ümumilikdə QQE və nefropatiyanın ge-
nezində irsi faktorların və virus infeksiyasının rolu qeyd olunur. 
QQE zamanı böyrəklərdə iki cür - xarakterik və qeyri-xarakterik 
morfoloji dəyişikliklər qeyd olunur. Birincilər 50-60% halda təsadüf 
olunur. Bunlara böyrək yumaqcıqlarının fibrinoid nekrozu tipli zədələn-
məsi, karioreksis, hialin trombları, «məftil həlqələr», hematoksilin ci-
simcikləri (son zamanlar az təsadüf olunur) aiddir. İkinci tip dəyişiklik-
lər – mezangial və endotelial hüceyrələrin proliferasiyası, mezangial 
matriksin yığılması, kapillyar bazal membranın qalınlaşması  və uzan-
ması, yumaqcıq damarlarının sklerozu, onların kapsula ilə sinexiyası, 
epitelial və fibroepitelial ayparaların mövcudluğu, kanalcıqların distro-
fiyası və atrofiyası, interstisiyanın hüceyrə infiltrasiyası və sklerozu qlo-
merulonefritə məxsus əlamətlər olub QQE üçün xarakterik deyildir. 
Morfoloji dəyişikliklərin hər iki tipi  müxtəlif variantda birləşmək 
QQE polimorfizmini təyin edirlər. B.B.Serov və b. (1980) QQE 
aşağıdakı morfoloji formalarını qeyd edirlər. 
1. Ocaqlı QQE proliferativ nefrit. Onun əsas əlaməti böyrək yu-
maqcığının mezangial və endotelial hüceyrələrinin proliferasiyası sa-
yılır. Müxtəlif variantlarda birləşmiş qeyri-spesifik dəyişikliklər bü-
tün yumaqcıqlarda müşahidə olunur. 
2. Diffuz QQE proliferativ nefrit. Spesifik əlamətlər geniş yayıl-
mış, bütün yumaqcıqlar zədələnirlər. 
3. Membranoz nefrit. Kapillyarların bazal membranın dəyişiklik-
ləri mezangial hüceyrələrin proliferasiyası və onlarda immun komp-
lekslərin yığılması ilə xarakterizə olunur. Bu proliferasiya QQE za-
manı inkişaf etmiş membranoz nefriti birincili qlomerulonefritdən 
fərqləndirir. 
4. Mezangiomembranoz nefrit. 
5. Mezangioproliferativ nefrit. 
6. Mezangiokapillyar nefrit. 
7. Fibroplastik nefrit. QQE zamanı inkişaf edən fibroplastik 
nefritin, nefrosklerozun morfoloji dəyişiklikləri qlomerulonefritdə 
müşahidə olunan mənzərə kimidir. 


 
290
QQE nefritinin bütün formalarında immunohistokimyəvi müayinə 
zamanı yumaqcıq kapillyarlarında İgA, İgÇ, İgM, komplement, fib-
rin tapılır. 
Elektron mikroskopiya nəticələrinə görə immun komplekslərin 
yumaqcıq kapillyarlarının müxtəlif strukturlarında (subendotelial, su-
bepitelial, intramembranoz və mezangial) eyni zamanda çökməsi mü-
şahidə olunur. QQE nefriti üçün patoqnomonik tapıntı yumaqcıq 
kapillyarlarında endoteli daxilində virusabənzər törəmələrin olmasıdır. 
QQE zamanı kanalcıqlardakı  dəyişikliklər qeyri-spesifikdir, onların 
ağırlıq dərəcəsi yumaqcıq dəyişikliklərinin ağırlığından asılıdır. Böy-
rəyin interstisial toxumasında limfosit, plazmatik hüceyrələr, bəzən 
neytrofil, eozinofillərdən ibarət infiltratlar rast gəlir ki, bunlar prosesin 
aktivliyini qiymətləndirməyə imkan verir, bəzən skleroz ocaqları qeyd 
olunur. 
Böyrəklərin qeyri-yumaqcıq damarlarında QQE-nin aktivliyi 
zamanı plazmoragiya, fibrinoid dəyişiklikləri qeyd olunur ki, bunlar 
da sonradan damarların hialinozu və sklerozuna səbəb olur. 
1983-cü ildə İ.E.Tareyeva kliniki əlamətlərin ağırlığına, gedişinə 
və proqnoza görə QQE zamanı baş verən böyrək zədələnmələrinin 
aşağıdakı variantlarını ayırdı, həmçinin bu variantlarda müxtəlif 
müalicə taktikalarını təklif etdi.  
1. Sürətli proqress edən QQE nefriti – QQE olan xəstələrin 10-
12%-i təsadüf olunur. Xəstəlik sürətli gedişə malik olur, tez bir za-
manda böyrək çatışmazlığı inkişaf edir və 1-2 ilə xəstənin ölümünə 
səbəb olur. Yarımkəskin QQE nefriti nefrotik sindrom, arterial hiper-
tenziya (çox halda bədxassəli) ilə  təzahür edir. Klinikasına və gedi-
şinə görə bu forma bədxassəli  ekstrakapillyar qlomerulonefritə bən-
zəyir və intensiv terapiya tələb edir. 
2. Nefrotik sindrom ilə gedən aktiv QQE nefriti. Bu forma  30-
40% xəstələrdə müşahidə olunur, xüsusən qadınlarda, xəstəliyin 1-2-
ci ilində inkişaf edir. Xəstəliyin kliniki mənzərəsi klassik əlamətlərlə 
– ödemlər, proteinuriya (gündə 3,5 q zülal), hipoproteinemiya və bə-
zən mötədil hiperxolesterinemiya ilə xarakterizə olunur. Aktiv QQE 


 
291
nefriti üçün arterial hipertenziyanın erkən baş verməsi və proqress 
etməsi, böyrək çatışmazlığının aşkar olması xarakterikdir. Proteinu-
riya qeyri-selektiv xarakterli olur, ağır hiperqammaqlobulinemiya ta-
pılır. Xəstəliyin ağır dəyişikliklərlə müşayiət olunmasına baxmaya-
raq, bu variantda qənaətbəxş sonluq mümkündür. 
3. Aşkar sidik sindromu ilə QQE nefriti - 1/3 xəstələrdə, xəstəli-
yin 3-4-cü ilində, proqress edən formasında müşahidə olunur. Xəstə-
liyin bu forması üçün parlaq nəzərə çarpan sidik sindromu: proteinu-
riya (gündə 2-3 q), eritrosituriya, leykosituriya, silindruriya xarakte-
rikdir. Bu və ya digər dərəcədə arterial hipertenziya və böyrək çatış-
mazlığı müşahidə olunur. Bu variantda xəstəliyin gedişi xoşxassəli 
olub geri inkişaf etmək qabiliyyətinə malikdir. 
4. Minimal sidik sindromu (və ya subklinik proteinuriya) ilə 
qeyri-aktiv QQE nefriti. Xəstəlik yüngül proteinuriya (0,5-1q/gün 
az), mülayim eritrosituriya, leykosituriya ilə xarakterizə olunur, am-
ma silindruriya olmur. Bu xəstəliyin xoşxassəli forması olub, az hal-
da proqress edir, hətta düzgün müalicə etdikdə tam keçə bilir. Adə-
tən QQE xroniki gedişindən 8-10 il sonra, böyrək zədələnməsinin 
arxa plana keçdiyi zaman bu variant müşahidə olunur. 
Beləliklə, QQE nefropatiyasının kliniki təzahürləri müxtəlif olub 
xəstənin yaşı  və cinsindən asılı olur. Gənc yaşlarda xəstəlik  şiddətli, 
qəflətən başlayır və böyrəyin ağır zədələnmə əlamətləri ilə xarakterizə 
olunur. 14-24 yaşlar arasında nefritik sindrom ilə aşkar olan xəstəlik za-
manı proqnoz qeyri-qənaətbəxş olur. Həmçinin arterial hipertenziyanın 
erkən peyda olması  və Reyno sindromu da proqnozun pis olacağına 
işarə edir. 40 yaşından sonra xəstəlik gizli başlayır, nefritin latent, az 
simptomlu gedişi xəstənin ümumi vəziyyətinə və proqnoza təsir etmir. 
Bundan başqa QQE-nin «nefritik» maskası adlanan dəyişikliklər də 
aşkar ola bilər və hətta özünü ayrı böyrək xəstəliyi kimi də apara bilər. 
Differensial diaqnostikanı nefrotik sindrom ilə gedən izolə olun-
muş xroniki nefrit ilə, böyrəklərin revmatoid artriti, sistem skleroder-
miyası, dermatomiozit, xroniki aktiv hepatit, uzun çəkən septik en-


 
292
dokardit, dərman xəstəliyi, vərəm,  şişlər, xüsusən hipernefroma ilə 
aparmaq lazımdır. 
QQE əsas diaqnostik kriteriyalarına dəridə müşahidə olunan təzahür-
lər – üzdə eritema, QQE deskoidi, fotosensebilizasiya, ağız boşluğunda 
və dodağın qırmızı yerində xoralar, qeyri-destruktiv artrit, sidik sindro-
mu, qıcolmalar, poliserozit (plevrit və ya perikardit) hemolitik anemiya, 
LE – hüceyrələrin və DNT-yə qarşı antitellərin tapılması aiddir. Qeyd 
olunan 11 əlamətlərdən dördünün tapılması QQE diaqnozunun dəqiqli-
yinə  dəlalət edir. Şübhəli hallar punksion biopsiyaya göstəriş sayılır, 
çünki bu zaman xarakterik histoloji əlamətlər – fibrinoid  nekroz, xario-
reksis, hematoksilin cisimcikləri tapılır. Xəstə ilk dəfə çox ağır vəziy-
yətdə  və böyrək zədələnməsi ilə QQE ilə müşahidə altına düşdükdə 
diaqnostikada çətinlik ola bilər. Çünki nefrotik sindrom və böyrək çatış-
mazlığı peyda olduqda QQE sistem dəyişiklikləri (artralgiya, eritema, 
LE- hüceyrələri, DNT-yə qarşı anticisimlər və b.) itir, odur ki, belə hal-
da diaqnozun qoyulmasında anamnestik məlumatlar çox kömək edir. 
Bəzən QQE böyrək zədələnməsi ilə gedən birincili və ya ikincili 
amiloidozdan ayırmaq çətinliklə qarşılaşır. Bu zaman punksion biopsi-
ya diaqnozu dəqiqləşdirməyə kömək edir. Çünki amiloidoz ilə QQE bir 
yerdə ola bilməz. Amiloidin olmaması QQE üçün xarakterik sayılır. 
Yuxarı yaşlı qadınlarda QQE nefropatiyası böyrək zədələnməsi ilə 
gedən mieloma xəstəliyini xatırladır. Diaqnozun dəqiqləşdirilməsi qa-
nın və sidiyin zülal fraksiyalarının elektroforezi (immunoelektrofore-
zi), sternal punksiya, sümüklərin rentgenoloji müayinəsi aparılır. 
QQE böyrək zədələnmələri müalicəyə çətin tabe olur. Əsasən iki 
qrup dərmanlar istifadə olunur: qlyukokortikoidlər və immunodep-
ressant preparatları. 
Birincilər iltihabi prosesin, limfositlərin sintezinin qarşısını alır, li-
zosimal membranları stabilləşdirir, yumaqcıq kapillyar keçiriciliyini 
azaldır. 
Kiçik doza qlyukokortikoidlər (30 mq/gün qədər prednizolon) qız-
dırma, dəri  əlamətləri, oynaq sindromunda, serozitlərdə, bəzən hətta 
lupus pnevmonitlərdə, endokarditlərdə yaxşı  nəticələr verir, amma 


 
293
böyrək zədələnmələrində bu doza effektsizdir. Əksinə, ancaq böyük 
dozanın (50-60 mq/gün) istifadəsi 50% xəstələrdə yaxşı nəticələr ve-
rir. Qeyd etmək lazımdır ki, böyük doza qlyukosteroidlər arzu olun-
mayan yan təsirlərə  (İtsenko-Kuşinq sindromu, arterial hipertenziya
steroid diabeti, mədə-bağırsaq sisteminin xoraları), hətta xəstənin ölü-
münə  də  səbəb ola bilər. Bu təsirləri aradan qaldırmaq üçün steroid 
terapiyasının fasiləli kurslarla aparılması (iki günün dozasını bir gündə 
qəbul etməklə dərmanı günaşırı istifadə etmək) və ya steroidləri veroş-
piron (30 mq qədər) ilə birgə istifadə etməklə arterial hipertenziya və 
«kuşinqoid» əlamətlərinin qarşısını almaq olar. 
Sitostatiklər immunodepressiv, iltihab əleyhinə təsirlərinə görə ba-
zis terapiyası kimi tətbiq edilir. Adətən müxtəlif qrup sitostatiklər tət-
biq olunur. Bura antimetabolitlər (azatioprin,  imuran, merkaptopurin) 
və alkilləşdirən preparatlar (siklofosfamid, xlorbutin) aiddirlər. 
Antimetabolitlər kiçik dozada hər gün, alkilləşdirən preparatlar – 
fasiləli verilir (məsələn, siklofosfan həftədə 2 dəfə, 400 mq təyin edi-
lir). Hematoloji nəzarət apardıqda sitostatiklərdən meydana çıxan ağır-
laşmalar qlyukokortikosteroidlərin istifadəsindən baş verən ağırlaşma-
lardan az olur. Ancaq siklofosfamidin tətbiqindən sonra hemorragik 
sistit, sidik kisəsinin şişi, alopetsiya müşahidə oluna bilər. 
Böyrəklərin QQE ilə zədələnməsinin müalicəsində müştərək müa-
licə metodu böyük populyarlığa malikdir və 80% hallarda 5 illik ya-
şama müddətini təmin edir. Bu metodikaya görə 2-3 ay  ərzində sik-
lofosfamid 100-200 mq/gün, prednizolon 10-40 mq/gün tətbiq edilir. 
Davamedici, uzun müddətli terapiyanı prednizolon ilə 2 ildən çox, 
sitostatiklərlə (100-200 mq/gün) – 6 ay və daha çox aparılır. 
Son zamanlar yüksək dozada siklofosfanın istifadəsi (1q 1m
2
 bədən 
səthi hesabı ilə) 3 ayda bir dəfə, vena daxilinə tətbiq olunması diqqəti 
cəlb edir. Bu müalicə biopsiya edilən xüsusi klinikalarda tətbiq edilir. 
QQE nefritinin ağır formalarında heparin (2000-6000 v/gün) isti-
fadə olunur. Onun təsirləri müxtəlifdir, həmçinin komplementin 
aktivliyini aşağı salır. Trombositlərin aqreqasiyasını aşağı salan ku-
rantil də (300-500 mq/gün) heparinlə birlikdə tətbiq edilir. 


 
294
Əksər alimlər aktiv QQE nefritinin müalicəsində indometasindən 
çox istifadə edirlər, çünki bu preparat iltihab əleyhinə və antitrombo-
sitar təsirə malikdir. Trombositlərin aqreqasiyasının qarşısını almaq 
üçün kiçik dozada aspirinin (0,25-0,5 q/gün) istifadəsini də patoge-
netik əsaslandırılmış hesab etmək olar. Amma indometasin və aspi-
rin prostaqlondinlərin sintezini ingibisiya etdikləri üçün bəzən böy-
rək hemodinamikasını pisləşdirə bilərlər. 
Diffuz QQE nefritinin müalicəsində plakvenilin 0,2 q gündə 4-5 
dəfə müvəffəqiyyətli istifadəsi haqda məlumatlar  ədəbiyyatda yayıl-
mağa başlamışdır.  Plakvenil və ya delagil bütün xəstələrə kortikoste-
roidlərin və sitostatiklərin dozasını azaltdıqda təyin edilir. 1-2 il da-
vamedici müalicə dövründə xəstələrə fasiləsiz olaraq 250 mq/gün de-
lagil, yaxud 200-600 mq/gün plakvenil verilir, sonrakı dövrlərdə isə 
bu preparatlar yaz və payız dövründə istifadə olunur. Hesab olunur ki, 
bu preparatlar ilə müalicə ikincili profilaktika vasitəsi rolunu görür. 
Hazırkı dövrdə QQE nefritinin müalicəsi üçün bir neçə sxem isti-
fadə olunur. 
I. Metilprednizolon və siklofosfamid ilə puls-terapiya, həftədə 1 də-
fə, sonra ayda 1 dəfə, 3-6 dəfə. Ara dövrdə prednizolon 40-50 mq/gün 
dozanı 6 aydan aşağı salmaq 20-30 mq/gün qədər, sonra 2-3 il ərzində 
5-10 mq/gün davamedici dozanı saxlamaq. YDL sindromu olduqda ye-
ni dondurulmuş plazma, heparin, antiaqreqantlar istifadə olunur. 
II. 4-komponentli sxem – prednizolon 50-60 mq/gün+siklofosfamid 
100-200 mq/gün (iki ay) + heparin 5000 v gündə 4 dəfə (4 həftə), ku-
rantil 300-400 mq/gün. Sonrakı 2-3 ayda  prednizolon 30-40 mq/gün, 
siklofosfamid 50-100 mq/gün azaldılır. 
Hər iki sxemin plazmaferez və ya hemosorbsiya ilə (cəmi 6-8 
prosedura) müştərək aparılması məqsədəuyğun hesab edilir. 
QQE nefriti ilə  xəstələr 3 aydan bir dəfə nefroloqun baxışından 
keçməli, prosesin kliniki və immunoloji aktivliyi qiymətləndirilməli-
dir – böyrək funksiyası, proteinuriya, sidik çöküntüsü müayinə edilir. 
Xəstəliyin terminal mərhələsində hemodializ və böyrək transplanta-
siyası tətbiq olunur.
 


 
295

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin