Mehman ağayev


Hamiləlikdə istifadə olunan antihipertenziv preparatlar



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə154/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   150   151   152   153   154   155   156   157   ...   186
Hamiləlikdə istifadə olunan antihipertenziv preparatlar 
Terapevtik sinif (preparat, gündəlik 
doza) 
Kommentarilər 
Mərkəzi α-aqonistlər (α-metildopa, 
0,25-2,0 q/gün, 2-3 dəfəyə) 
Təhlükəsiz olduğu üçün seçim preparatıdır, 
bəzən yuxu verə bilər. 
Kardioselektiv β-blokatorlar 
(atenolol 50-100 mq/gün, 2 dəfə 
metaprolol 100-200 mq/gün, 2 dəfə)
Üçüncü trimestrdə effektivdir. Uzun müddət 
atenolol istifadə etdikdə döl inkişafdan 
qala bilər. 
α-β blokatorlar 
(labetalol 100-200 mq/gün, 2 dəfə) 
Effektiv və təhlükəsizdir, vena daxilinə də 
yeridilə bilər. 
Ca-kanal blokatorları (uzunmüd-
dətli nifedipin 40-80 mq 2 dəfə; 
qısamüddətli nifedipin 10 mq, 
çeynəmək, sormaq, hər 30 dəq bir) 
Uzunmüddətli nifedipin AH sistematik 
müalicəsi üçün; qısamüddətli – hipertonik 
krizdə. 
Birbaşa vazodilatatorlar 
(diazoksid, hidralazin) 
Hipertonik krizlərin müalicəsində vena 
daxilinə yeridilir. 
α-blokatorlar (prozazin) 
Effektivdir, amma taxikardiya verir, odur ki, 
β-blokatorlarla müştərək istifadə olunur. 
Diuretiklər (furosemid 40-80 mq ) 
 
Olmaz! Hipovolemiyaya görə ancaq ağciyər 
ödemində və KBÇ zamanı istifadə oluna bilər. 
Angiotenzini çevirən fermentin 
ingibitorları (kaptopril, enalapril) 
Olmaz! Döl ölə bilər, botal axacağı bitişmir, 
kəskin böyrək çatışmazlığı baş verə bilər. 
Qanqlioblokatortlar Olmaz! 
Döldə bağırsaq keçməməzliyi baş verir. 


 
287
 
Bəzi hallarda AST başqa antiaqreqant preparatla – dipiridamol ilə 
kombinə olunur. Dipiridamol endotelidə prostasiklinin əmələ gəlməsi-
ni stimulə edir. Adətən preparat böyük dozada (150-225 mq/gün) tət-
biq edilir. Bütün hallarda AST və dipiridamolun tətbiqi xəstə üçün 
təhlükə yaratmır. 
Proqnoz. Gestoz üçün proqressiv gediş xarakterikdir, getdikcə 
hamilə qadının və  həmçinin dölün vəziyyəti pisləsir. Nəticədə ek-
lampsiya, hipertoniyanın kəskin ağırlaşmaları, YDL, böyrək və qara-
ciyər çatışmazlığı, ciftin qopması, dölün ölümü baş verir. Konserva-
tiv müalicə gestozun gedişinə təsir etmir, ancaq bəzi müşahidələrdə 
prosesin proqressinin qarşısını ala bilir. Odur ki, yeganə radikal  və 
doğru müalicə yolu doğuşdur, çünki əgər doğuş vaxtında aparılmasa 
ana və ya dölün, yaxud da hər ikisinin ölümü baş verə bilər. 
Preeklampsiya düzgün müalicə olunduqda sağalma əsasən iki yolla 
baş verir. Birinci yol – doğuşdan sonra ilk günlərdə baş verir. İkinci yol 
– davamiyyətli olub 1,5 ay çəkir. İlk əvvəl ödemlər itir, sonra arterial 
hipertenziya normallaşır, bir qədər sonra proteinuriya yox olur və 
böyrəklərin parsial funksiyaları normallaşır. Bəzən bu proses 6 ay çəkir
ağırlaşmış hallarda bəzi dəyişikliklər hətta davam da edə bilər. 
Eklampsiya nəticəsində 5-9 % halda baş beyinə qansızma və kəs-
kin ürək çatışmazlığından ölüm baş verir, yaxud kəskin böyrək çatış-
mazlığı meydana çıxır, 13-19 % təsadüflərdə ölü uşaq doğulur. Ek-
lampsiyadan sonra 20,2 % xroniki böyrək çatışmazlığı, 17,9 % təsa-
düflərdə hipertoniya xəstəliyinə transformasiya müşahidə olunur. 
Morfoloji tədqiqatların nəticələrinə görə eklampsiya keçirmiş xəstə-
lərin 50%-ində iki il müddətində qlomerulyar hüceyrələrin hiperpla-
ziyası müşahidə olunur. 
E. M. Tareyevə görə eklampsiyanın 3 nəticəsi olur: tam sağalma; 
kəskin dövrdə ölüm; xroniki xəstəliyə keçid (hipertoniya xəstəliyi, 
bədxassəli hipertoniya, xroniki nefrit). 3,4 % hallarda sonrakı hami-
ləliklərdə eklampsiya residiv verir.
 
 


 
288

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin