280
etmək olar ki, «hipertoniya xəstəliyi», «hipertonik forma xronik qlo-
merulonefrit» maskası altında hamiləlikdən sonra müşahidə olunan
arterial hipertenziya FSQH və payarası arteriyaların sklerozunun nə-
ticəsidir. Tək-tək hallarda böyrək zədələnməsi hamiləlikdən sonrakı
dövrdə sürətli proqressedən bədxassəli qlomerulonefrit tipli gedişə
də malik ola bilər.
Hamiləlik zamanı böyrək zədələnməsinin əsas klinik əlaməti pro-
teinuriyadır. Proteinuriya qeyri-selektivdir, 0,3 q/gündən yüksək sə-
viyyədə olur. Bəzi halda 3-dən 15-ə qədər, hətta 50 q/l səviyyəsinə
çata bilər. Proteinuriya çox sürətli artdığına görə hipoproteinemiya
(qanda albuminin – 25 q/l-dən aşağı olması) inkişaf etməyə vaxt tap-
madığı üçün ilk günlər ödem olmaya bilər.
Nefrotik (hipoproteinemik) ödemlər damar mənşəli ödemlərə nis-
bətən daha massiv olub, topuq və oma nahiyəsində görünür, hətta as-
sit və hidrotoraks baş verə bilər. Ödem sindromunun inkişafı oliqu-
riya və yumaqcıq filtrasiyasının sürətinin azalmasına səbəb olur.
Gestoz zamanı böyrəklərin zədələnməsinin əlamətlərindən biri də
qan zərdabında sidik turşusunun 6,0 mq %-dən çox olmasıdır. Bu
erkən əlamət olub, böyrəklərin perfuziyasının pisləşməsi nəticəsində
baş verdiyi güman olunur.
Gestoz ağırlaşması kimi müşahidə olunan kəskin böyrək çatış-
mazlığı kəskin kanalcıq nekrozu və bəzən kəskin kortikal nekroz nə-
ticəsində inkişaf edir.
Dostları ilə paylaş: