PROSTAT VƏZİSİNİN XOŞXASSƏLİ HİPERPLAZİYASI
Prostat vəzinin xoşxassəli hiperplaziyası (PVXXH) – prostatın
qeyri-şiş mənşəli böyüməsi olub sidik ifrazı aktının obstruktiv və qı-
cıqlanma əlamətləri ilə müşayiət olunur. Son illər, əvvəlki dövrlərdə
işlədilən «adenoma» termini yerinə xəstəliyin mahiyyətini daha düz-
gün açan «hiperplaziya» termini işlədilir. Problemin aktuallığının
yüksəlməsi əhalinin qoca təbəqəsinin artması və medikamentoz müa-
licə vasitələrinin tətbiqi ilə əlaqədardır.
Etiologiya. PVXXH – 50 yaşdan yuxarı kişilər arasında ən çox təsa-
düf olunan xəstəlikdir. 60 yaşdan sonra 50%, 80 yaşdan sonra 90% kişi-
lərdə xəstəliyin histoloji əlamətləri tapılır. Histoloji cəhətdən diaqnozu
təsdiq olunmuş kişilərin yarısında vəzin böyüməsi və onların da 50%-də
PVXXH simptomları meydana çıxır və onlar həkimə müraciət edirlər.
Patogenez. Prostat vəzisində çoxlu vəzi – epitelial, əzələ, birləşdirici
toxuma mənşəli hiperplaziya – düyünlər aşkar edilir. Hiperplaziya əsa-
sən sidik kisəsi boynunda, sidik axarı ətraflarında baş verir. Hiperpla-
ziyanın baş verməsinə səbəb dövr edən testosteronu aktiv toxuma for-
ması olan dehidrotestosterona çevirən prostatik fermentin 5-α-redukta-
zanın aktivliyinin artması nəticəsində prostatın hüceyrələrinin sayının
artması və ölçüsünün böyüməsi baş verir. Bundan başqa endogen este-
rogenlərin sintezinin azalması vəzidə əzələ elementlərinin artması, α 1-
adrenoreseptorların tonusunun yüksəlməsi də qeyd olunur.
269
Klinika. Xəstəliyin kliniki mənzərəsi obstruktiv və irritativ simp-
tomların toplusundan ibarət olur.
Sidik ifrazının obstruktiv (sidiyin ləngiməsi) əlamətlərinə sidiyin çə-
tin xaric olunması, qırıq-qırıq sidik ifrazı, sidik şırnağının zəifləməsi, si-
dik ifrazının axırında onun damcılanması, sidik kisəsinin boşalmaması
hissinin yaranması aiddir.
Sidik ifrazının irritativ pozğunluqlarına (qıcıqlanma simptomla-
rı) gündüz və gecə sidik ifrazının tezləşməsi, miqdarının azalması,
sidik ifrazına imperativ çağırışlar, narahat sidik ifrazı aktları müşa-
hidə olunur.
Xüsusi cədvəllərin köməyi ilə obstruktiv və irritativ pozğunluqların
dərəcəsi balla qiymətləndirilir və bu yolla xəstəliyin dərəcəsinə obyek-
tiv qiymət verilir. Sidik ifrazının obstruktiv pozğunluqları urofloumetri-
ya və sidik kisəsi daxili təzyiqin ölçülməsi ilə də qiymətləndirilir.
Barmaqla rektal müayinə-prostat vəzin konsistensiya, ölçüsü və
formasını təyin etməyə imkan verir.
Prostat vəzin ölçüsü, konfiqurasiyası, strukturu, daşları və qalıq sidi-
yin miqdarını transabdominal və transrektal ultrasəs müayinəsinin kö-
məyi ilə də təyin etmək mümkündür. Sidiyin ümumi müayinəsi, qanda
kreatinin və sidik cövhərinin təyin edilməsi sidik yollarının infeksiyası-
nı və böyrək funksiyasını qiymətləndirməyə imkan verir. Bu müayinə-
lər PVXXH ilə sidik kisəsinin və uretranın başqa xəstəlikləri, prostatit
arasında differensial diaqnostika aparmağa imkan verir. Amma prostat
vəzinin xərçəngini inkar etmək üçün qanda prostat spesifik antigen
(PSA) təyin olunur. PSA 4 nq/ml çox olduqda prostat xərçənginə şübhə
yarana bilər və onda vəzin biopsiyası aparılmalıdır. Əgər barmaqla rek-
tal müayinədə vəzi assimetrikdirsə və toxuması «daş» kimi bərkdirsə,
onda şübhə daha çox artır.
Ağırlaşmalar. PVXXH bir çox ağırlaşmalara, ilk növbədə kəskin
sidik ləngiməsinə səbəb ola bilər. Uzunmüddətli sidik ifrazı pozğunluq-
ları obstruktiv uropatiyanın baş verməsinə, hətta paradoksal işuriyanın
(sidik kisəsinin daima dolu olması, sidiyin qeyri-iradi, daima ifraz olun-
ması) yaranmasına gətirib çıxarır. Xəstələrdə kəskin və ya xroniki böy-
270
rək çatışmazlığı inkişaf edə bilər. Sidik yollarının infeksiyası və sidik
kisəsinin daşlarının yaranma tezliyi PVXXH zamanı çox artmış olur.
Müalicə. Konservativ müalicə xəstənin müşahidə altına alınması, il-
də ən azı 1 dəfə müayinə olunması və lazımi medikamentlərin verilmə-
sindən ibarətdir. Prostat vəzin böyüməsinin qarşısını almaq üçün 5- α-
reduktaza ingibitoru–finasterid (proskar) dehidrotestosteronun səviyyə-
sinin aşağı düşməsinə səbəb olur, bu da vəzin ölçülərinin azalmasına
gətirib çıxarır. Xəstəliyin simptomlarının yaranmasının 60%-ini təşkil
edən statik komponent əsasən ilk dövrlərdə finasterid ilə aparılmış müa-
licəyə yaxşı tabe olur. Stromasında böyük dəyişikliklər getmiş xəstələr-
də isə əksinə, bu preparatın yox, α-1-blokatorların müalicəvi təsiri daha
yaxşı olur.
Finasterid 5 mq, gündə 1 dəfə 3-6 ay təyin olunur. Əgər bu müd-
dət ərzində yaxşı nəticə alınırsa, onda saxlayıcı doza ilə müalicəni
davam etmək olar.
α-1-blokatorlara prazozin, alfuzozin, doksazozin, tamsulozin, te-
razozin aiddirlər. Preparatın təsirindən prostat vəzidə, onun kapsu-
lunda, sidik kisəsi boynunda və proksimal uretrada əzələlərin gərgin-
liyi azalır, sidik şırnağı sürəti artır. Nəticədə sidik ifrazı rahatlaşır,
obstruksiya və qıcıqlanma əlamətləri azalır. Hətta 1-ci tabletdən son-
ra xəstəliyin əlamətləri azaldığı üçün xəstələrin müalicəyə marağı ar-
tır. Bu preparatlarin istifadəsi zamanı 10-16% halda arterial təzyiqin
aşağı düşməsi, ürəkdöyünmə, ümumi zəiflik, baş gicəllənmə, baş
ağrısı müşahidə oluna bilər.
Alfuzozin 5 mq gecə verilir, doksazozin 2 mq, tamsulozin 0,4 mq,
gündə 1 dəfə təyin olunur, bir neçə il fasiləsilə verilə bilər.
Bitki mənşəli preparatlar qrupuna yelpikyarpaqlı palmanın ekst-
raktı (pevmikson, seıpeus), afrika gavalısının qabığının ekstraktı (ta-
nakan, trianol) balqabaq toxumunun yağı (tıkveol, peponen), gicit-
kan kökünün ekstraktı (prostalid) və başqaları aiddir.
Cərrahi müalicə. PVXXH effektiv müalicəsi və obstruktiv poz-
ğunluqları aradan qaldırmaq üçün cərrahi müalicə tətbiq edilir və çox
zaman radikal sağalmaya səbəb olur. Ən çox transuretral yarılma və
271
rezeksiya, açıq prostatektomiya tətbiq olunur. Transuretral rezeksiya
hazırda operativ müalicə üsulları arasında «qızıl standart» hesab olu-
nur. Cərrahi əməliyyata göstəriş kəskin sidik ləngiməsi, sidik katete-
rini çıxartdıqda müstəqil sidik ifrazı olmadıqda, 300 ml çox qalıq
sidik olan obstruktik uropatiyada, residivverən sidik yolları infeksi-
yası, makrohematuriya, sidik kisəsinin divertikulu və daşı, böyrək
çatışmazlığı hesab olunur. Göründüyü kimi, əksər təsadüflərdə, cər-
rahi əməliyyat ağırlaşma risqi ilə əlaqədar tətbiq olunur.
Son illər yüksək texnologiyalı üsullar: mikrodalğa, radiodalğa,
lazer, ultrasəs müalicə üsulları işlənmişdir və tətbiq olunur.
Ballon genişləndirmə və stent qoyulması da yeni texnologiyalı
üsullar qrupuna aiddir. Hər hansı konkret xəstədə bu və ya digər
müalicə üsulları xəstəliyin gedişi və xəstənin vəziyyətindən asılı
olaraq həkim tərəfindən seçilir.
Dostları ilə paylaş: |