Mehman ağayev


BÖYRƏKLƏRİN  SOLİTAR (SADƏ) KİSTASI



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə144/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   140   141   142   143   144   145   146   147   ...   186
BÖYRƏKLƏRİN  SOLİTAR (SADƏ) KİSTASI  
Böyrəklərin solitar kistası böyrəklərin ən müntəzəm təsadüf olunan 
kistoz xəstəliklərindən sayılır. Mayeli törəmə olub, böyrək parenxima-
sını, damarları, kasacıq-ləyən sistemini sıxır, orqanın bir hissəsini 
atrofiyaya uğradır, uro- və hemodinamika pozğunluqlarına səbəb olur. 
Hər hansı nefronun kanalcığının strukturunun pozulması  nəticəsində 
onun tutularaq sidiyin xaric ola bilməməsi nəticəsində yaranır. Kista 
bir böyrəkdə, yaxud hər iki tərəfdə ola bilər. Lokalizasiyasına görə 
qabıq maddədə (kortikal kista), aşağı, yaxud yuxarı qütbdə (lobar 
kista), kapsulaltı (subkapsulyar kista), ləyənyanı sahədə (parapelvikal 


kista), bir yerdə  yığılmış, çoxlu miqdarda (multilokulyar kista) ola 
bilər (şəkil 20). Formasına görə dairəvi, oval, ölçüsünə görə müxtəlif 
ölçüdə - 1 sm diametrdən tutmuş 8-10 sm ölçüyə qədər olur. Kistanın 
möhtəviyyatı seroz maye, bəzən irinli, qanlı ola bilər. Böyrəklərin 
uzunmüddətli iltihabi proseslərindən sonra orqanda retension kistalar 
da müşahidə oluna bilər. 
 
 
 
Шякил 20. Бюйряк кисталары (схем). 
1 – бюйряк ляйяни кистасы, 2 – пиелонефрит вя нефросклeроз заманы 
ретенсион кисталар, 3 – солитар киста, 4 – ляйянйаны кисталар, 5 – мулти-
локулйар кисталар. 
 
Klinika. Xəstəliyin spesifik əlamətləri yoxdur. Kiçik ölçülü kista-
lar heç bir kliniki əlamət vermirlər. Böyük ölçülü kista olduqda  bel 
nahiyəsində ağrı, mikrohematuriya, arterial təzyiqin yüksəlməsi, bə-
zən bədən hərarətinin yüksəlməsi, polisitemiya və  şişmiş, böyümüş 
böyrəyin əllənməsi  müşahidə oluna bilər. Diaqnozun qoyulmasında 
USM və rentgenoloji müayinə üsullarının həlledici rolu vardır. 
 
262


 
263
Müalicə. Kiçik ölçülü kistalar olduqda, onlar heç bir renal və 
ekstrarenal əlamətlər vermədikdə müalicə tələb olunmur. Böyük öl-
çülü kistalar müşahidə olunduqda kista USM nəzarəti altında punksi-
ya edilir, içindəki möhtəviyyat sorulur. 
Lazım olduqda cərrahi müdaxilə (kistanın kəsilməsi,  böyrəyin re-
zeksiyası, bəzən hətta nefrektomiya) edilir. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin