Şəkil 19. Böyrək polikistozu.
Kistaların
daxili səthi kubvari, bəzən yastı epiteli ilə örtülmüş olur.
Bəzən kistaların irinləməsi müşahidə edilir, ara toxumada pielonefrit
inkişaf edir. Kistaların böyrək qapısı nahiyəsində böyrək arteriyası və
venasına təsir edib sıxdığı üçün hemodinamik dəyişikliklər baş verir.
Bəzən dəyişilmiş böyrəyin ümumi çəkisi 1-2 kq-a çatır.
Klinika. Xəstəlik ümumi və yerli əlamətlərlə özünü göstərir. İlk
vaxtlar xəstəliyin heç bir əlamətləri olmur. Ümumi əlamətlərdən yor-
ğunluq, qan təzyiqinin artması, ürək nahiyəsində ağrılar, epiqastral na-
hiyədə ağrılar, bəzən hərarətin yüksəlməsi, susuzluq, yerli əlamətlərdən
bel nahiyəsində ağrılar, qarın boşluğunda şişin əllənməsi dizurik əla-
mətləri göstərmək olar.
Ümumi zəiflik, yorğunluq, iş qabiliyyətinin
azalması əsasən pielonefritlə və böyrək çatışmazlığı ilə əlaqədar olur.
259
260
Arterial qan təzyiqi ilk vaxtlar az artmış olur, amma xəstəlik inki-
şaf etdikcə arterial təzyiq çox yüksək hədlərə qədər (220/120 mm ci-
və sütunu) artmış olur. Ürək-damar sistemi tərəfindən baş verən də-
yişikliklər çox zaman xəstəliyin ilk və yeganə əlamətlərindən olduğu
üçün 20% hallarda xəstələr uzun illər arterial hipertenziya ilə əlaqə-
dar hipertoniya xəstəliyi
diaqnozu ilə terapevtin, kardioloqun müşa-
hidəsi altında müalicə olunurlar.
Böyrəklərin sidiyi qatılaşdırma funksiyası pozulduğu üçün xəs-
tələrdə poliuriya və susuzluq çox nəzərə çarpır. Bu əlamətlər böyrək
çatışmazlığının ilk əlamətləri kimi qəbul olunmalıdır. Qarın boşlu-
ğunda səthi nahamar ikitərəfli şişin olması, bəzən ilk dəfə xəstələrdə
makrohematuriya da müşahidə oluna bilər. Sidiyin müayinəsi zama-
nı yüngül proteinuriya, mikrohematuriya qeyd olunur.
Böyrəklərin
funksiyası tədricən pozulur, qanda qalıq azot, sidik cövhəri, kreatinin
artmış olur. Onu da qeyd etmək lazımdır ki, böyrək polikistozunda
uzun müddət qanyaranma pozulmadığı üçün xəstələrdə anemiya
müşahidə olunmur.
Tədricən xroniki böyrək çatışmazlığı inkişaf edir ki, bunun da
əsas səbəbi pielonefrit olur.
Ağırlaşmalar. Böyrək polikistozu, pielonefrit, nefrolitilaz, forni-
kal qanaxma, böyrək vərəmi və şişlə ağırlaşa bilər.
Gedişi. Xəstəliyin gedişi ortaya çıxmış ağırlaşmalardan asılıdır.
Əgər ağırlaşmalar 40 yaşdan sonra aşkar
olunarsa xəstəlik əksər hal-
da yüngül davam edir, xəstələr uzun müddət yaşayırlar və əksinə
ağırlaşmalar 40 yaşa qədər meydana çıxırsa, onda xəstəliyin gedişi
əksər halda ağır olur (xəstələr tez tələf olurlar).
Diaqnoz və differensial diaqnoz. Hər iki böyrək nahiyəsində səthi
nahamar törəmənin əllənməsi böyrək polikistozu üçün xarakterikdir.
Bununla yanaşı diaqnozun qoyulmasında anamnezin, ümumi klinik,
rentgenoloji, ultrasəs müayinəsinin böyük əhəmiyyəti vardır.
Ekskretor uroqrafiyada kasacıq-ləyən sisteminin deformasiyası,
kasacıq boynunun uzanması və s. müşahidə olunur. Son zamanlar
ultrasəs müayinəsinin köməyi ilə nəinki
xəstəliyin diaqnozunu
261
müəyyənləşdirmək olur, hətta xəstəliyin inkişaf tempi də aşkar edilir.
Eyni zamanda böyrək polikistozu zamanı tez-tez təsadüf olunan qa-
raciyərin, mədəaltı vəzin, dalağın polikistozu da aşkar edilir.
Böyrək polikistozunu xronik qlomerulonefrit və xronik pielonefrit,
böyrək şişi ilə differensasiya etmək lazım gəlir. Bəzən böyrək polikis-
tozu səhvən hepatosplenomeqaliya kimi də qəbul edilir.
Müalicə. Böyrək polikistozunun gedişində üç mərhələ ayrılır: kom-
pensasiya, subkompensasiya və dekompensasiya mərhələləri. Xəstə-
liyin mərhələsindən asılı olaraq konservativ və operativ müalicə üsul-
ları tətbiq olunur. Konservativ üsullara dietoterapiya, fizioterapiya və
dərman müalicəsi aiddir. Dərman preparatlara - hipotenziv və antibak-
terial (nitrofuran qrupu və 5-NOK, ftorxinolon qrupu preparatları daha
effektlidir) və böyrək qan dövranını yaxşılaşdıran preparatlar (trental)
aiddir.
Xəstələrdə xroniki böyrək çatışmazlığı inkişaf
etdikdə bu istiqa-
mətdə müalicəvi tədbirlər aparılır.
Operativ müalicə üsulları müəyyən ağırlaşmaları aradan qaldır-
mağa kömək edir. Böyük kistaların möhtəviyyatına punksiya üsulu
ilə, yaxud operativ yolla (iqnepunktura) və bəzən də böyük piyliyi
böyrək üzərinə tikməklə (omentorenvaskulyarizasiya) böyrək qan
dövranı yaxşılaşdırılır. Son zamanlar kistalar ultrasəs müayinəsinin
nəzarəti ilə punksiya edilərək boşaldılırlar.
Dostları ilə paylaş: