Mehman ağayev


Sidik turşusu diatezlərində müalicə tədbirləri



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə139/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   135   136   137   138   139   140   141   142   ...   186
 
Sidik turşusu diatezlərində müalicə tədbirləri.  
1. Litium karbonat 0.3 gündə 3 dəfə. 
2. Urodan 5.0 gündə 3-4 dəfə. 
3. Natrium bikarbonat 2 % - 1000.0 vena daxilinə. 


 
254
4. Kalium xlorid  1 %  vena daxilinə. 
5. Natriun asetat 2.4 % - 1000.0 vena daxilinə. 
6. Limon gündə 1-2 ədəd. 
7. Natrium sitrat – blemaren, urolit U, sidiyin pH-dən asılı olaraq 
gündəlik qəbul dozası seçilir. 
8. Etamid 0.3 gündə 2 dəfə. 
9. Hialuronidaza (lidaza). 
10. Natrium volframat 0.015 gündə 3 dəfə. 
11. Anabolik hormonlar.
 
 
Oksaluriya. Oksalat (etakdiol) turşusu  ən sadə dikarbon turşusu 
olub təbabətdə  təsadüf olunur. Güclü turşu olub məhlulda anion 
C
2
O
4
2-
 və protionu 2H
+
 dissosasiya edir. Oksalat turşusunun anionu 
kalsium kationu ilə birləşərək az həll olan duz-kalsium oksalat-mo-
nohidrat (vevellit) və dehidrat (veddellit) əmələ gəlir. 
Oksalat turşusunun səviyyəsinin qanda artması (oksalemiya) en-
dogen və ekzogen faktorlardan asılıdır. Ekzogen oksalemiya əksərən 
alimentar mənşəli olub, tərkibində oksaloforlar (tərkibində oksalat və 
onun duzları çox olan maddələr – kakao, şokolad, ispanaq, ravənd, 
çay, istiot və s.) çox olan qida qəbulu zamanı baş verir. 
Kalsium və maqnezium oksalatlar oksalat daşlarınnın mənbəyi 
olurlar. Kalsium oksalatın sidikdə həll olması sudakı həll olunmasın-
dan artıqdır və buna səbəb də oksalatın kristalizasiyasının bəzi mad-
dələr (kiçik molekullu polipeptidlər, turş polisaxaridlər, sidik cövhə-
ri, maqnezium, pirofosfatlar, difosfatlar, sitratlar və başqa üzvi turşu-
lar) tərəfindən ingibisiya olunmasıdır. 
Oksalat metabolizminin pozulmasının 2 tipi məlumdur. Birinci 
tipdə oksalat turşusunun metabolizminin katalizatoru olan fosfatazalı 
fermentin aktivliyinin azalması  nəticəsində baş verir. Qlikdat və 
qlioksalatın ekskresiyası artır.  İkinci tip oksaluriya serenin metabo-
lizminin ferment deffekti nəticəsində baş verir. 
α - qliserin turşusu-
nun əmələ gəlməsi artır. Kalsium-oksalatın kristallaşması uron turşu-
su, xondrotinsulfat və heparinsulfarin təsirindən baş verir. 


 
255
Askorbin turşusunun sidikdə oksalatlarının artmasında rolu bö-
yükdür, çünki 17-40% dərman kimi qəbul olunan askorbin turşusu 
orqanizmdən oksalat formasında xaric olur. 
Oksalat turşusunun sintezi A, B, D vitaminlərinin, xüsusən B
6
 
maqneziumun qıtlığı zamanı artır. 
Bu zaman qlisinin pereaminləşməsi nəticəsində  əmələ  gələn 
qlioksil turşusunun oksidləşməsi pozulur. 
Oksalatların əmələ gəlmə mənbələri aşağıdakı kimidir: 1/3 endogen 
mexanizmlər əsasında, 1/3 askorbin turşusunun metabolizmi nəticəsin-
də, 1/3 oksalatın bağırsaqdan qana sorulması nəticəsində baş verir. 
Sağlam insan gün ərzində 40 mq oksalat (0,46 mmol) ifraz edir. 
Hiperoksaluriya zamanı oksalatların sidikdə miqdarı 90-315 mq (1-
3,5 mmol/gün) qədər artır. 
Bağırsaqların fəaliyyətinin pozulması ileit, hepatit, xolesistit yara-
dır. Nazik bağırsağın hissəvi rezeksiyası sidikdə oksalatların ekskre-
siyasının artmasına səbəb olur. 
Böyrəkdaşının patogenezində oksalat turşusunun mübadiləsinin po-
zulmasında daha çox rolu kalsium mübadiləsinin pozğunluğu oynayır.
 
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin