Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə141/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   137   138   139   140   141   142   143   144   ...   186
Hiperkalsiuriya. Böyrəkdaşlarının 80%-dən çoxunun tərkibində 
kalsium tapılır.  İnsan orqanizmində orta hesabla 1200-2000 q kal-
sium vardır. Normal insanın plazmasındakı kalsiumun qatılığı 2,2-
2,7 mmol/l-dir. Qandakı kalsiumun 45%-i qandakı albuminlərlə bir-
ləşmiş, 50%-i - ionlaşmış kalsium, 5%-i isə zəif ionlaşmış olub sitrat 
fosfat və karbonat kompleksləri  şəklində olur. Sidik ilə ekskresiya 
olunan kalsiumun miqdarı 0,1 mmol/kq/gün çox olduqda hiperkal-
siuriya adlanır. Sağlam şəxsdə 2%-dən az filtrasiya olunmuş kalsium 
xaric olur. Filtrasiya olunmuş kalsiumun əsas hissəsi proksimal 
kanalcıqlarda reabsorbsiya olunur. 
Distal reabsorbsiya parathormonun, metabolik asidozun, vitamin D-
nin təsirindən güclənir və hiperkalsiemiyaya səbəb olur. Metabolik asi-
doz, hipofosfatemiya onun reabsorbsiyasını azaldır və hiperkalsiuriya 
baş verir. Vitamin D həmçinin, bağırsaqlara təsir edərək kalsiumun 
(həm də fosfatın) sorulmasını artırır. 
Sağlam şəxslərdə kalsiumun sidik ilə gün ərzində ekskresiyası 7,5 
mmol (350 mq/gün) təşkil edir. Hiperkalsiuriya müşahidə olunan bü-
tün hallarda kalsium daşlarının əmələ gəlməsi üçün risk faktoru sayı-
lır. Daşların əmələ gəlməsində həmçinin sidik yollarının infeksiyası-
na da böyük əhəmiyyət verilir. Əgər keçmişdə  əsasən stafilakok 
infeksiyasına əhəmiyyət verilirdisə, son zamanlar daş əmələ gətirən 
mikrob kimi proteinin rolu qeyd olunur. 
Fosfaturiya. İnsan orqanizmində fosfor üzvi və qeyri-üzvi fosfat-
lar şəklində təmsil olunur. Qeyri-üzvi fosforun səviyyəsi orqanizmdə 
1,0-1,45 mmol/l-ə bərabərdir. O, ikivalentli anion-HPO
4
2-
 və mono-
valentli anion H
2
PO
4
-
  şəklində olur. Yumaqcıqlarda 3%-dən 20%-ə 


 
257
qədər fosfatlar filtrasiya olunurlar. Proksimal kanalcıq epitelisində 
onun 80%-i reabsorbsiya olunur. Sidikdə fosfatların miqdarı qidada 
onun konsentrasiyası yumaqcıq filtrasiyası  və kanalcıq reabsorbsi-
yasından asılıdır. Alimentar fosfor nazik bağırsaqda esterazalar və 
fosfatazaların təsirindən parçalanırlar və nazik bağırsağın yuxarı his-
səsində kalsium ilə bir yerdə sorulur, çünki burada onun yaxşı  həll 
olması üçün zəif turş mühit vardır. 
Kalsium-fosfor mübadiləsi neyro-endokrin sistemin əsasən üç fak-
toru ilə requlə olunur: paratiroid hormonu, tirekalsitonin və vitamin D, 
əsas rolu parathormon oynayır. Fosfatların reabsorbsiyasının azalması 
qanda onun konsentrasiyasını azaldır və sidikdə isə ekskresiyası artır. 
Bu böyrək kanalcıqlarının zədələnməsinə  səbəb olur və kalsiumun 
metabolizmi pozulur. 
Beləliklə, qidada fosfatların qıtlığı, orqanizmin susuzlaşması, hipo-
kalsiemiya, paratiroidektoniya fosforun reabsorbsiyasını gücləndirir və 
fosfaturiyanı azaldır. Qidada fosfatların artıqlığı, hiperparatiroidizm, 
orqanizmin hidratasiyası, hiperkalsiemiya, qələvi-turşu müvazinətinin 
pozulması fosforun reabsorbsiyasını azaldır və fosfaturiyanı artırır.
 
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin