V FƏSİL
BÖYRƏKLƏRİN DİGƏR SİSTEMLƏRİN XƏSTƏLİKLƏR
ZAMANI ZƏDƏLƏNMƏSİ
BÖYRƏKLƏRİN HAMİLƏLİK ZAMANI ZƏDƏLƏNMƏSİ
(GESTOZ)
Hamiləlik zamanı orqanizmdə və böyrəklərdə baş verən dəyişik-
liklər nəticəsində bəzi hamilələrdə ağır patoloji hallar meydana çıxır.
Hamiləliyin ilk müddətində hormonal dəyişiklik (hiperprogestero-
nemiya) nəticəsində yuxarı sidik yolları genişlənirsə, ikinci yarısında
böyümüş uşaqlığın mexaniki təsiri, xüsusən sağda, buna əlavə
olunur.
Hamiləliyin başlanğıcında böyrək qan dövranı 25-35%, yumaqcıq
filtrasiyası 35-50% artır. Yüngül proteinuriya, 300 mq/gündən aşağı,
hamiləlik üçün fizioloji sayılır. Hamiləlik dövründə bədəndə 900
mekv natrium və 6-8 l su yığılır. 80% qadınlarda hamiləliyin müxtə-
lif dövrlərində fizioloji ödemlər meydana çıxır və bu zaman xüsusi
müalicənin aparılması tələb olunmur. Natrium və suyun bədəndə lən-
giməsi hematokritin 35%-ə qədər, hemoqlobinin 100 q/l-dək aşağı
düşməsinə səbəb olur. Eyni zamanda qanda albuminin və ümumi zü-
lalın nisbi azalması bəzən nefrotik sindromun formalaşmasına səbəb
ola bilər.
Arterial təzyiq hamiləliyin I trimestri zamanı azalır və minimal
həddə çatır. Buna səbəb prostasiklinin (PGT
2
) və endotelial boşalma
faktorunun (azot oksidi, NO) sintezinin artmasıdır. Hamiləliyin II
trimestrində AT I trimestrin axırındakı səviyyədə qalır. III trimestrdə
AT yüksəlir, hamiləliyəqədərki səviyyəyə çatır, bəzən hətta 10-15
mm c.süt. artır. Hamiləlik zamanı böyrək zədələnmələrinə müxtəlif
yanaşmalar mövcuddur.
Əsasən hamiləlik zamanı baş verən dəyişikliklər preeklampsiya,
eklampsiya və sidik yollarının infeksiyası kimi xarakterizə olunur.
272
273
Rusdilli ədəbiyyatda hamiləlik nefropatiyası kimi qəbul olunmuş
məfhum beynəlxalq ədəbiyyatda preeklampsiya adlandırılır. Bu pa-
toloji hal hamiləliyin ikinci yarısında baş verir, arterial hipertenziya,
proteinuriya, ödemlərlə xarakterizə olunur, bəzən hətta ananın və
uşağın çox ağır vəziyyətinə səbəb olan eklampsiya, YDL (yayılmış
damardaxili laxtalanma) sindromu, HELLP (high emzime level, low
platelet) sindromu, KBÇ, dölün bətndaxili inkişafdan qalması və ölü-
mü kimi ağırlaşmalarla bitir.
Beynəlxalq səhiyyə təşkilatı (1996) preeklampsiyanı hamiləlik
hipertoniyasının bir forması kimi qəbul edir və bu patoloji halı aşağı-
dakı kimi təsnif etməyi təklif edir:
1.
Preeklampsiya – eklampsiya;
2.
Xroniki arterial hipertenziya;
3.
Xroniki hipertenziya preeklampsiya ilə birgə;
4.
Gestasion hipertenziya.
Bu klassifikasiyaya əsasən preeklampsiya/eklampsiya, hipertenzi-
ya və proteinuriya, bəzən qan laxtalanmasının, qaraciyərin funk-
siyasının pozulması ilə xarakterizə olunur. Ödemlər hazırda diaqnos-
tik kriteriya kimi götürülmür. Preeklampsiya/eklampsiya əsasən bi-
rinci hamiləlikdə, 20 həftədən sonra inkişaf edir və qıcolmalarla (ek-
lampsiya) nəticələnə bilir.
Eklampsiya – preeklampsiya zamanı baş beyinin ödemi və mərkə-
zi sinir sisteminin zədələnməsi nəticəsində baş verir. Bu zaman
qıcolmalar və hətta koma müşahidə olunur.
Xroniki hipertenziya hamiləliyə qədər və ya hamiləliyin 20-ci
həftəsinə qədər müşahidə olunan bütün arterial hipertenziyalara deyi-
lir. Doğuşdan 12 həftədən az müddətə müşahidə olunan arterial hi-
pertoniya da xroniki hipertenziya adlanır.
Gestasion hipertenziya – hamiləliyin II yarısında arterial təzyiqin
ağırlaşmamış şəkildə (proteinuriyasız) yüksəlməsinə deyilir. Diaqno-
zu dəqiqləşdirmək üçün bu qadınları doğuşdan 12 həftə sonra müşa-
hidə etmək tövsiyə olunur. Bundan sonra alınan nəticələrə görə diaq-
noz 2 cür formalaşdırıla bilər:
274
1) tranzitor (gec) hipertenziya – əgər arterial təzyiq normal və ya
səviyyəyə qayıdırsa və ya;
2)
«xroniki hipertenziya» - arterial hipertoniya davam edirsə.
Rusdilli ədəbiyyatda hamiləlik nefropatiyası gestozun (gestare –
daşımaq) 4 mərhələsindən biri kimi götürülür:
1.
İzolə olunmuş ödemlər (hamiləlik hidropsu);
2.
Hamiləlik nefropatiyası (hipertoniya ilə proteinuriya müştərək
müşahidə olunur);
3.
Preeklampsiya (nefropatiya və mərkəzi sinir sisteminin mötədil
zədələnməsi);
4.
Eklampsiya (nefropatiya, mərkəzi sinir sisteminin ağır zədələnməsi,
qıcolmalar və koma ilə).
Başqa xarici ölkələrdə hamiləlik hidropsu və nefropatiya preek-
lampsiya termini altında birləşdirilərək yüngül, orta və ağır dərəcə-
lərə bölünür. Eklampsiya isə digər bir forma kimi ayrılır.
Ağırlıq dərəcəsinə görə gestoz aşağıdakı kimi təsnif olunur:
1.
I dərəcə. Yüngül (başlanğıc);
2.
II dərəcə. Orta (inkişaf etmiş);
3.
III dərəcə. Ağır (proqressedən);
4.
Preeklampsiya (nevroloji simptomların olması);
5.
Eklampsiya. A) Qıcolma ilə. B) Qıcolmasız.
Gestozun diaqnostik kriteriyaları.
I dərəcəli gestoz zamanı xəstə susuzluqdan şikayət edir. Bədən
çəkisi artmağa başlayır, mötədil ödemlər başlayır, tranzitor, ləbil hi-
pertenziya (140/90 – 150/90 mm c.süt.) müşahidə olunur. Sidikdə
zülalın izi tapılır. Böyrəklərin konsentrasion və azotifrazedici funksi-
yaları pozulmur. Diurez 15-20% aşağı enir, nikturiya müşahidə
olunur. Əsas laborator göstəricilərdə dəyişikliklər olmur. Qanda
zülalın səviyyəsi, plazmada kreatinin konsentrasiyası normal hüdud-
larda olur. Bəzən yüngül disproteinemiya aşkar edilir. Xəstələrin
ümumi vəziyyəti qənaətbəxş olur. Müşahidə olunan susuzluğun sə-
bəbi bədəndə natriumun ləngiməsi, dövr edən qanın miqdarının
275
azalması və qan plazmasının osmolyarlığının artmasıdır. Bu dövrün
əsas əlaməti bədən çəkisinin həftədə 500 q çox artmasıdır (!).
II – III dərəcəli gestozda yuxarıda qeyd olunan dəyişikliklərin
artması müşahidə edilir: ödemlər, proteinuriya artır, arterial təzyiq
yüksəlir, 170/110 mm c. süt., xəstənin vəziyyəti ağırlaşmağa başla-
yır. Gestoz 2 – 3 həftə davam edir, müalicəyə pis tabe olur.
Preeklampsiya və eklampsiya gestozun kritik formaları sayılır.
Preeklampsiya zamanı yuxarıda qeyd olunan simptomlarla yanaşı
baş ağrıları, görmənin pozulması, süstlük, qulaqda küylər, ürəkbu-
lanma, qusma və epiqastral nahiyədə ağrılar müşahidə olunur. Arte-
rial təzyiq 170/110 mm c. süt. artıq olur, beyin qan dövranının tənzi-
mi pozulur, oliquriya (gündəlik diurez 600 ml-dən az) baş verir, saat-
lıq diurez azalır (60 ml/saatdan az), yayılmış ödemlər müşahidə olu-
nur. Xəstədə hərəki və psixiki oyanma və ya sinir sisteminin tormoz-
lanması baş verir. Sidiyin ümumi analizində – nisbi sıxlığın azalma-
sı, zülalın miqdarının 1 q/l çox olması, eritrositlərin peyda olması
müşahidə olunur. Qanın müayinəsində güclü hipoproteinemiya, sidik
turşusu, kreatinin və sidik cövhərinin konsentrasiyaları artmış olur.
Bu zaman orqanizmdə baş verən ağır dəyişikliklər nəticəsində
eklampsiya tutması müşahidə oluna bilər. Eklampsiya baş beyinin
kəskin ödemi, kəllədaxili təzyiqin artması, beyin strukturlarının işe-
mik və hemorragik zədələnməsidir. O, qıcolmalarla, huşun itməsi və
uzunmüddətli posteklampsik koma ilə müşayiət olunur. Əvvəlcə üz
əzələlərinin səyriməsi baş verir, sonra qıcolmalar yuxarı ətrafa yayı-
lır, tonik qıcolmalar dövrü başlayır, tənəffüs dayanır, dəri örtüyünün
və selik qişaların sianozu baş verir, bəbəklər genişlənir. Dilin dişlən-
məsi qorxusu yaranır, tonik qıcolmalar klonik ilə əvəzlənir və gövdə-
ni, yuxarı və aşağı ətrafları tutur. Tənəffüs xırıltılı, səs-küylü olur,
ağızdan köpük gəlir. Qıcolma 1-2 dəqiqə çəkir, tədricən keçir, ondan
sonra xəstə huşunu itirir, qeyri-iradi sidik ifrazı baş verir.
Eklampsiyanın kliniki formaları ola bilsin ayrı-ayrı tutmalar,
seriya qıcolmalar və ya qıcolmasız formada ola bilər (ən ağır sayılır).
276
Eklampsiya poliorqan çatışmazlıq ilə müşayiət olunur, tənəffüs
çatışmazlığı sindromu və ya ağciyər ödemi inkişaf edə bilər. Bütün
orqanlardan ən çox zədələnən böyrəklər olur: prerenal (funksional)
və ya renal (kəskin kanalcıq nekrozu) kəskin böyrək çatışmazlığı
inkişaf edə bilir.
Proqnostik cəhətdən agır əlamətlərdən hipertermiyanı, tənəffüs
pozğunluğunu, arterial təzyiqin düşməsi və anuriyanı göstərmək la-
zımdır. Həmçinin eklampsiya zamanı qaraciyərin ağır pozğunluqları
(HELLP – sindromu, kəskin piy hepatozu, kəskin böyrək-qaraciyər
çatışmazlığı, qaraciyərin kapsulasının partlaması), ciftin vaxtından
əvvəl ayrılması, gözün tor qişasına qansızma və onun soyulması mü-
şahidə oluna bilər. Gestozun bütün kliniki formalarının ağırlıq dərə-
cəsi aşağıdakı cədvəldə təqdim olunur (cədvəl 18 ).
Hamiləlik zamanı hipertoniya müxtəlif ölkələrdə bütün hamilə
qadınların 5-10%-də təsadüf olunur, bəzən 20%-ə də çata bilər.
Hamiləlik nefropatiyası (preeklampsiya, proteinurik hipertenziya)
müxtəlif məlumatlara görə 0,9-3% arasında rast gəlinir. Hamiləlik
zamanı ölən qadınların 20-33%-i bu ağırlaşmanın payına düşür.
Cədvəl 18
Dostları ilə paylaş: |