282
variantın gedişindən asılı olaraq müxtəlif ağırlıq dərəcəsində olur və
müxtəlif formada təzahür edir. Laborator müayinədə trombositopeni-
ya, eritrositlərin fraqmentasiyası, fibrinolizin aktivləşməsi və fibrino-
genin qan plazmasında deqradasiyası məhsullarının artması tipik sa-
yılır. Hemostazın laborator göstəricilərinin dinamikada izlənməsi
YDL diaqnostikasını asanlaşdırır. Prosesin proqress etməsi nəticəsin-
də YDL sindromunun klinik əlamətləri – müxtəlif lokalizasiyalı he-
morragiyalar, üzvdaxili trombotik mikroangiopatiya nəticəsində böy-
rəyin, qaraciyərin funksiyalarının pozulması qeyd olunur. Ağır YDL
sindromu olduqda doğuş zamanı profuz uşaqlıq qanaxması və mas-
siv hemoliz müşahidə olunur. Hemoliz anemiya, qanda sərbəst bili-
rubinin artması, hemoqlobinuriya ilə aşkar olunur.
Dostları ilə paylaş: