Mehman ağayev


Gestozun ağırlıq dərəcəsinin qiymətləndirilməsinin diaqnostik



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə150/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   146   147   148   149   150   151   152   153   ...   186
Gestozun ağırlıq dərəcəsinin qiymətləndirilməsinin diaqnostik 
kriteriyaları 
Kriteriyalar I 
dərəcə II-III 
dərəcə Preeklampsiya Eklampsiya 
Ümumi vəziyyət kafi 
Orta 
ağır Ağır Çox 
ağır 
Sistolik AT mm 
c. süt. 
140 az 
155-170 qədər 170 çox 
170 çox 
Diastolik AT 
mm c.süt. 
90 – 100 
qədər 
100 – 110 
qədər 
110 çox 
110 çox 
Ödemlər Məhdud Məhdud, 
yayılmış 
Yayılmış Yayılmış 
Gündəlik 
diurez, ml 
Az 
dəyişmiş 
Azalıb, amma 
600 ml çox 
600 ml az 
Oliqoanuriya 
Proteinuriya, q/l  Yox izi 
1 q/gün 
1-3 q/gün 
massiv 


 
277
Gestoz əsasən ilk hamiləlikdə müşahidə olunur və təkrar hamilə-
liklərdə onun tezliyi 15 dəfə azalır. Ürək-damar sistemi və böyrəklə-
rin xroniki xəstəlikləri də risk faktorları qrupuna aid edilir. Bu xəstə-
liklər arasında arterial hipertenziyaların müxtəlif variantları, qlome-
rulonefrit, şəkərli diabet, birləşdirici toxumanın sistem xəstəlikləri və 
vaskulitlər əsas yer tuturlar. Risk faktorları qrupuna həmçinin hami-
ləlik nefropatiyası ilə ağırlaşmış irsiyyəti, çox gənc yaş və ya gec ha-
miləlik, əkiz hamiləlik, siqaret çəkmək və s. aid edilir. 
Hazırda gestoz zamanı endotelinin sistem zədələnmələri, xüsusən 
kapillyar endoteli hüceyrələrinin genişlənməsi qeyd olunur. Endoteli zə-
dələnməsi metabolik disfunksiya ilə əlaqədar olur. Damargenəldici, an-
tiaqreqant və antikoaqulyant faktorların (prostasiklin, azot oksidi, antit-
rombin-3 sintezinin azalması, əksinə vazokonstriktor, proaqreqantların 
(endotelin, fibvonektin, tromboksan, Villebrant faktoru və s.) azad ol-
masının artması müşahidə olunur. 
Endotelinin disfunksiyası bir çox patofizioloji dəyişikliklər ilə 
təzahür edilir: 
- damarların pressor faktorlara həssaslığı artır, bu da damarların 
mənfəzinin daralmasına səbəb olur; 
- damar divarının keçiriciliyinin artması nəticəsində çoxlu miqdarda 
plazma interstisial sahəyə keçir. Bu səbəbdən ödemlər baş verir, damar-
daxili həcm azalır, qan qatılaşır; 
- zədələnmiş endoteli hemostazın trombositar həlqəsinin aktivləşmə-
sinə  səbəb olur və bu səbəbdən qan laxtalanma sisteminin pozulması 
«zənciri» başlanır. 
Damar mənfəzinin daralması və hipovolemiya, qanın özlülüyünün 
artması  və mikrotrombların  əmələ  gəlməsi, orqan və toxumaların 
perfuziyasının pozulmasına, onların işemiyasına səbəb olur. Hemo-
dinamik dəyişikliklər sistemli şəkil alır, amma preeklampsiyanın kli-
niki mənzərəsi  əsasən qan dövranının böyrəklərdə, plasentada, baş 
beyində və qaraciyərdə pozulması ilə təzahür edir. 
Qeyd olunan patofizioloji proseslərin baş verməsi müxtəlif forma-
da izah olunur. Güman olunur ki,  endotelidə funksional olaraq damar-


 
278
genəldən və antiaqreqant maddələrin az əmələ  gəlməsi nəticəsində 
orqanizmin hamiləliyə hemodinamik adaptasiyasının az olmasına sə-
bəb olur. Preeklampsiyanın damarlarında dəyişikliklər olan hamilələr-
də (şəkərli diabet, hipertoniya, birləşdirici toxumanın sistem xəstəlik-
ləri) daha tez-tez rast gəlməsi faktı bu hipotezi bir daha təsdiq edir.  
Əksinə, başqa qrup alimlər hesab edirlər ki, ilkin olaraq uşaqlığın 
spiral arteriyasının inkişaf edən hamiləliyə adaptasiyası uyğun gəl-
mədiyi üçün plasentar sirkulyator çatışmazlıq baş verir. 
İşemiyaya uğramış ciftdə endotelial toksin qabiliyyətinə malik və 
gestoz zamanı endotelial sistemi zədələyən faktorlar hasil olunaraq 
qan dövranına ötürülür. Ona görə  də bu sindrom hamiləliyin ikinci 
yarısında, yəni ciftin qan dövranının tam formalaşdığı dövrdə (adə-
tən 18-22 həftə) baş verir. 
Gestoz poliorqan patoloji hal xarakterli sindrom olmaqla əsasən 
ürək-damar sistemi, qaraciyər, qanın laxtalanma sistemi, mərkəzi si-
nir sistemi tərəfindən baş verən ağır pozğunluqlar məcmusudur. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin