Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə158/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   154   155   156   157   158   159   160   161   ...   186
DERMATOMİOZİT
 
 
Xəstəlik tədricən başlayır, qadınlarda daha tez-tez təsadüf olunur. 
Dəri zədələnmələri (paraorbital ödem tünd-bənövşəyi eritema, ovu-
cun kapillyariti) və ya proqressiv əzələ  zəifliyi ilə müşayiət olunan 
əzələ  zədələnməsi simmetrik olaraq ətrafların proksimal hissəsində 
baş verir. 
Dermatomiozitdə ümumi əlamətlərdən subfebril hərarət, bədən çəki-
sinin azalması, dəri örtüyünün trofik dəyişiklikləri müşahidə olunur. 
Dermatomiozitdə böyrəklərin zədələnmələri müxtəlifdir. Diffuz 
qlomerulonefrit, yarımkəskin, xroniki gedişli və müxtəlif kliniki 
variantlar (hipertenzion sindrom, böyrək çatışmazlığı) müşahidə olunur. 
1/3 xəstələrdə böyrək zədələnməsi latent nefrit tipində baş verir, 
keçici proteinuriya, mikrohematuriya, silindruriya və böyrək çatış-
mazlığı müşahidə olunur. Kəskin və yarım kəskin gedişdə prosesin 


 
297
yayıldığı halda vaskulit inkişaf edir, renovaskulyar dəyişikliklər (hi-
pertenziya, retinopatiya) aşkar olur. Bəzən müasir aktiv terapiyadan 
da böyrəklərin zədələnməsi müşahidə oluna bilər.  Dermatomiozitdə 
sidik  sindromu bəzən mioqlobinuriya nəticəsində baş veir – sidik 
tünd-qəhvəyi rəngdə olur. Bu halda qanda fermentlərin (KFK) yük-
sək aktivliyi qeyd olunur. 
Müalicə.  İdiopatik dermatomiozitin müalicəsi kortikosteroidlər 
(prednizolon 60-100 mq/gün, metilprednizdon), polkortolon (triamsi-
nolon) verilmir, çünki əzələ zəifliyini artırır. Standart terapevtik doza 
qlyukokortikoid üçün 1mq/kq/gün sayılır, 4 həftə ərzində müsbət nə-
ticə alınmadıqda preparatın dozası artırılır, 2-3 ay və daha çox qəbul 
olunur, sonra doza endirilərək davamedici dozaya keçilir. Müsbət 
effekt olmadıqda 4-6 həftə sonra doza azaldılır (KFK səviyyəsi nəza-
rət olunur). KFK normal səviyyəsi artan miopatiya ilə birlikdə ste-
roid mənşəli olur və dozanı azaltmaq lazım olur. Remissiya dövrün-
də kortikosteroidlər tam kəsilir. Dermatomiozit zamanı kortikoste-
roidlər, aminoxinolin preparatları (plakvenil, delaqil) ilə birlikdə, 
uzunmüddətli tətbiq edilir. Amma bu zaman neyromiopatiya baş ve-
rə bilər ki, bu da preparatların həmən kəsilməsinə göstərişdir. 
Kortikosteroidlərin istifadəsinin mümkünsüzlüyü təqdirdə  və ya-
xud onlara rezistentlik olduqda sitostatiklər (metotreksat, azatioprin, 
siklofosfamid) tətbiq edilir. 
 
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin