298
Böyrək amiloidozun vacib əlaməti proteinuriya
olsa da sidik çö-
küntüsü simptomları zəif olur. Sidikdə zülal 0,033-dən 10-15 q/l və
daha çox ola bilər. Tədricən hipoproteinemiya, hiperxolesterinemiya,
ödemlər inkişaf edir – nefrotik sindrom baş verir,
sonralar XBÇ arte-
rial hipertenziya müşahidə olunur. RA zamanı amiloidoz həmişə sis-
tem xarakteri daşıyır, qaraciyərin, dalağın, limfa düyünlərinin böyü-
məsi ilə müşayiət olunur.
RA yuvenil forması (bədxassəli, LE hüceyrələri ilə) amiloidozla
daha tez-tez ağırlaşır. Bu ağırlaşmanı kortikosteroidlərlə müalicə,
vaksinasiya, insolyasiya, cərrahi əməliyyatlar
xəstəliyin baş verməsi-
nə təkan verir. Diaqnoz böyrək biopsiyası, diş ətinin, düz bağırsağın
selik qişasının biopsiyasına əsasən qoyulur.
Qlomerulonefrit revmatoid amiloidozundan nisbətən gec təsadüf
olunur. QN xəstəliyin başlanğıcında baş verir,
morfoloji membranoz
və ya membranoz-proliferativ ocaqlı və ya diffuz QN formasında
olur. QN etioloji faktoru qızıl duzları və D-penisillamin ola bilər.
Kliniki olaraq keçici proteinuriyadan tutmuş nefrotik sindroma
qədər əlamətlərlə təzahür edə bilər. Voltaren ilə müalicə nəticəsində
nefrotik sindrom ilə təzahür edən ekstramembranoz qlomerulonefrit
müşahidə oluna bilər.
Böyrək məməciyinin nekrozu və pielonefrit
adətən dərman müa-
licəsi ilə əlaqəli olur. Bəzi revmatizmə qarşı dərmanlar böyrəklərdə
dəyişikliklər yaradır (fenasetin qəbul edən xəstələrdə papillyar nek-
roz, kanalcıqların və yumaqların qızıl preparatlarından zədələnməsi,
D-penisillamindən böyrəyin zədələnməsi)
indometasin tətbiqindən
nekrotik papillit baş verir.
RA amiloidozun müalicəsi başqa xəstəliklərdə amiloidozun müali-
cəsi kimi aparılır. Bu zaman çiy qaraciyər, qaraciyər preparatları, 4-
aminoxinolonlar, immunostimulyatorlar (levomizol), unitiol istifadə
olunur. Eyni zamanda nefrotik
sindromun müalicəsi, hipotenziv pre-
paratlar, dərman nefropatiyasında qlyukokortikosteroidlər istifadə olu-
nur. Böyrək çatışmazlığı inkişaf etdikdə aktiv müalicə üsulları istifadə
olunur.