296
Müalicə. Sklerodermik böyrəyin müalicəsi KBÇ hipertonik ensefa-
lopatiyanın müalicəsinə istiqamətləndirilir. AÇFİ qrupu preparatları,
heparin, osmotik diuretiklər, anabolik steroidlər istifadə olunur.
Kortikosteroidlərin, antibiotiklərin, sulfanilamid, zülal preparatların-
dan istifadə olunması məsləhət görülmür. Ağır hipertenziyada binef-
rektomiyadan
sonra hemodializ, XBÇ zamanı hemodializ və böyrək
transplantasiyası aparılır. Sistem sklerodermiya zamanı D-penisillamin
(kuprenil) ilə müalicə ümidverici nəticələr verir. Bu preparat kollagenin
köndələn əlaqələrinin yaranmasına imkan vermir və beləliklə,
onun həll
olmuş formalarının həll olmayana keçməsinə mane olur. Müalicə
stasionarda başlanır – preparat kapsula şəklində 150 mq (1 kapsula)
gündə 2 dəfə təyin edilir. Tədricən 3-cü həftənin sonuna doza 900-1200
mq/gün qaldırılır, 2 aydan sonra doza tədricən azaldılır və 2-5 il ərzində
davamedici doza istifadə edilir. Prosesin yüksək aktivliyində 20-40
mq/gün qlyukokortikosteroid və azatioprin də müalicəyə əlavə olunur,
bəzən hətta plazmaferez və hemosorbsiya istifadə olunur. Simptomatik
dərmanlarla yanaşı lidaza və vazodilatatorlar da istifadə olunur.
Dostları ilə paylaş: