Mehman ağayev


Böyrək xərçənginin  təsnifatı



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə147/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   143   144   145   146   147   148   149   150   ...   186
Böyrək xərçənginin  təsnifatı 
Mər-
hələ 
T-ilkin şiş N-regional 
limfa 
düyünləri 
M-uzaq 
metastazlar 
1 T1- 
şiş 7 sm qədər ancaq 
böyrəkdə 
NO – zədələnmə 
yoxdur 
MO - metastaz 
yoxdur 


 
266
2 T2 
– 
şiş 7 sm böyük ancaq 
böyrəkdə 
T1-T2 
NO - zədələnmə  
yoxdur, 
N1 tək-tək 
MO - metastaz 
yoxdur, 
MO 
3 T3a 
– 
şiş Herot fasiyası 
daxilində böyrəküstü 
vəziyə  və böyrəkətrafı 
toxumaya yayılır 
 
T3b-  şiş böyrək venasına 
və  aşağı boş venaya 
 
invaziya edir,  diafraqmaya 
qədər 
T3 
şiş venadaxili 
diafraqmaüstünə 
də 
invaziya edir 
NO, N1 
 
 
 
 
MO, N1 
 
 
 
 
MO, N1 
MO 
 
 
 
 
MO 
 
 
 
 
MO 
4 T4  –  şiş Herot 
fasiyasından kənara yayılır 
 
T- hər hansı 
 
T- hər hansı 
 
MO, N1 
 
 
N2- birdən çox 
N-hər hansı 
MO 
 
 
MO 
 
M1 metastaz 
vardır 
 
Uşaqlarda böyrək şişi olduqda Wilms şişi (nefroblostoma) haqda 
düşünmək lazım gəlir, az hallarda müşahidə edilir.  
Diaqnoz.  Dəqiq diaqnoz üçün USM, KT, NMR kimi yüksək 
informasiyalı üsulların nəticələri istifadə olunmalıdır. Bəzən selek-
tiv arterioqrafiya da aparılır.  
Differensial diaqnostika.  Böyrək şişi sadə kista, polikistoz, hidro-
nefroz, nefroptoz, böyrək  karbunkulu, pionefroz, peritonarxası sahə 
şişləri və s. ilə defferensasiya olunur. Ən sadə və informasiyalı müayi-
nə üsulu USM sayılır. Bu zaman qeyd olunan böyrək böyüməsi – 
həcmli törəmə üç cür olur: bərk, mayeli, qarışıq. Bərk şiş üçün daxili 
exosiqnal əmələ gəldiyi üçün qeyri-homogen strukturla aşkar edilir. 


 
267
 Kista  üçün  konturların düz olması, daxili exostrukturu olmayan 
törəmənin distal sərhəddində səs dalğasının güclü əks olunması mü-
şahidə olunur. Amma belə hallar abses, hematoma, adenoma və lipo-
mada da müşahidə oluna bilər. Bəzi halda hətta USM altında iynə ilə 
törəmə punksiya olunur və götürülmüş material (maye) sitoloji müa-
yinədən keçirilir, yaxud kistoqrafiya edilir. Bəzi xəstələrdə maye da-
xilində bərk exostruktura aşkar edilir. Bu zaman multilakunar kistoz 
nefroma, böyrəyin kistoz açıq rəngli nüvəli xərçəngi, böyrək exino-
kokkozu, yaxud nekroza uğramış böyrək xərçəngi arasında differen-
sasiya aparılır. Angioqrafiyada damarsız törəmə  aşkar edilir. Əksər 
xəstələrdə ancaq çıxarılmış böyrəyin morfoloji müayinəsindən sonra 
dəqiq diaqnoz qoyulur. Hər iki tərəfdə böyümüş böyrəklərin  əllən-
məsi polikistoz haqda düşünməyə əsas verir, amma hətta polikistoz  
böyrəkdə  də şiş ola bilər. 
Qeyd etmək lazımdır ki, böyrək sallanması olan bütün hallarda 
(böyrəklərin əllənməsi) xəstələrə şişi inkar etmək üçün USM və rentge-
noloji müayinələr aparılmalıdır. Hidronefroz diaqnozu USM-nin kömə-
yi ilə qoyulur. 
Böyrək şişlərinin 6-8%-i xoşxassəli olur. Cərrahi əməliyyata   qə-
dər angiolipoma və lipoma kimi xoşxassəli şişlərin diaqnozu qoyula 
bilir. KT zamanı hiperexogen  törəmə aşkar edilir. Diaqnoz öz təsdi-
qini ancaq aspirasion  biopsiyanın köməyi ilə tapa bilər. 
7-9% hallarda, xüsusən kiçik diametrli şişlərdə onun təbiətini  ay-
dınlaşdırmaq mümkün olmur, hətta o böyrək parenximasının  əlavə  
payı ilə differensasiya edilir. Bu zaman kontrast maddə vurulmaqla 
KT aparılır. 
Böyrək xərçəngini ksantoqranulomatoz pielonefritin  düyünlü for-
ması ilə differensasiya etmək lazım gəlir. Cərrahi əməliyyat zamanı 
perifokal infiltrativ prosesin olması ksantoqranuloma üçün xarakte-
rikdir. 
Müalicə. Cərrahi müdaxilə – nefrektomiya  xəstəliyinin yeganə sağal-
maya aparan düzgün yolu sayılır. Heç bir yaş məhdudiyyəti qoyulmur. 
Bu zaman böyrək paranefral toxuma və fassiya ilə birlikdə çıxarılır. 


 
268
Əməliyyat aparıla bilməyən hallarda böyrək qanaxması olduqda 
arteriyanın embolizasiyası tətbiq edilir. Metastaz zamanı şüa terapi-
yası aparılır. Kimyəvi terapiya ağciyərlərə metastaz olduqda aparılır. 
Bəzən hətta böyrək yatağında xərçəngin residivi olduqda da təkrarı 
cərrahi  əməliyyat aparılır. 
Böyrək xərçənginə  görə əməliyyat aparılmış xəstələr (nefrektomiya) 
4 aydan bir,  3 il müddətində, 6 aydan bir 3-5 il arasında, ildə 1 dəfə bü-
tün həyatı boyu nəzarət yoxlamasından  keçməlidirlər.
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin