Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə137/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   133   134   135   136   137   138   139   140   ...   186
Klinika.  Böyrəkdaşının  əsas  əlamətləri ağrı (böyrək sancısı), he-
maturiya, piuriya, kiçik daşların öz-özünə düşməsidir. Xəstəliyin ge-
dişində sancılar dövrü və sancıarası dövrləri qeyd etmək lazımdır. 
Bel nahiyəsində  ağrılar sidik yollarında sidiyin normal hərəkətinin 
pozulması  nəticəsində baş verır. Ağrının intensivliyi də urodinami-


kanın pozulması dərəcəsindən asılıdır. Böyrəklərdə olan böyük daş-
lar (mərcanvari daşlar) zamanı ağrılar küt xarakterdə olur (çünki si-
diyin passajının qarşısı tam alınmır), kiçik daşlarda ağrılar güclü 
olub, böyrək sancısı şəklində təzahür edir (şəkil 18). 
 
 
 
Şəkil 18. Daşların böyrək və sidik yollarında lokalizasiyası tezliyi. 
 
Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində 
baş verir, birdən-birə başlayır, bel nahiyəsində olur, sidik axarı boyu, 
cinsiyyət orqanlarına irradiasiya edir. Ağrılar tez-tez, ağrılı sidiyə get-
mə aktları, ürəkbulanma, qusma, köpmə, defekasiya aktının ləngiməsi 
kimi reflektor pozğunluqlara səbəb olur. Xəstə çox narahat olur, özünə 
yer tapmır, çox vaxt narkotik preparatlardan, isti vannadan sonra ağrı-
lar sakitləşir. Ağrılar ola bilsin arabir sakitləşsin, sonra yenidən güc-
lənsin və bəzən də kiçik daşın düşməsi ilə tam keçə bilər. Bəzi halda 
 
247


 
248
xəstədə tək böyrək olduqda sidik axarının daşla tutulması nəticəsində 
böyrəkdə durğunluq, kasacıq-ləyən sisteminin genişlənməsi (pieloek-
taziya, hidronefroz), ləyəndaxili təzyiqin artması və oliqoanuriyaya sə-
bəb ola bilər. Bəzən xəstələrdə hərarətin yüksəlməsi də aşkar edilir. 
Obyektiv müayinədə bel nahiyəsində  ağrı döyəcləmə simptomu-
nun müsbət olması,  əllədikdə böyrək nahiyəsi və sidik axarı boyu 
güclü ağrının meydana çıxması qeyd olunur. 
Böyrək sancısından sonra sidiyin müayinəsində az miqdarda zü-
lal, dəyişilməmiş eritrositlər və leykositlər qeyd olunur. Qanın ümu-
mi müayinəsində sancı dövründə sola təmayüllü leykositoz, EÇS art-
ması müşahidə olunur. 
Böyrək sancısından sonra bəzən sidiklə  xırda daşların düşməsi 
müşahidə olunur. 
Daşların sidik yollarının selikli qişasını  zədələməsi nəticəsində 
hematuriya baş verir. Səthi hamar olan daşlar (fosfat daşları) selikli qi-
şanı az zədələyir, səthi kələkötür olan daşlar (oksalat daşları) sidik 
yollarının selikli qişasını çox zədələdikləri üçün tez-tez hematuriyaya 
səbəb olur. Hematuriya bəzən makro-, tez-tez mikrohematuriya şək-
lində  təzahür edir. Çox zaman hematuriya böyrək sancısından sonra 
aşkar edilir. Leykosituriyanın meydana çıxması sidik yolları  və böy-
rəklərdə iltihabi prosesin baş verməsi ilə əlaqədardır. 
Sancı arası dövrdə xəstələrdə bel nahiyəsində küt ağrılar, ağrıla-
rın nəqliyyatda getdikdə güclənməsi (bədənin silkələnməsi ilə əla-
qədar) müşahidə olunur. Döyəcləmə əlaməti zəif, müsbət olur. La-
borator müayinədə mikrohematuriya, leykosituriya və  ən  əsas duz 
kristallarının olması nəzərə çarpır. 
Təxminən xəstələrin 13%-də böyrəkdaşı xəstəliyi zamanı heç bir əla-
mət müşahidə edilmir. Belə hallarda daş ancaq təsadüfən rentgen müa-
yinəsi, ultrasəs müayinəsi aparıldıqda tapılır və yaxud sidiyin ümumi 
müayinəsində dəyişikliklərin aşkar edilməsindən sonra müəyyənləşdirilir. 
Ağırlaşmalar.  Böyrəkdaşı  xəstəliyinin ağırlaşmalarından pielo-
nefrit, hidronefrozu, paranefriti göstərmək lazımdır. 


 
249
Gedişi.  Bəzən xəstələrdə daşların öz-özünə düşməsi müşahidə 
olunur. Xronik pielonefritlə ağırlaşdıqda xəstəliyin gedişi xeyli ağır-
laşır, böyrək çatışmazlığına, böyrək büzüşməsinə, hidronefroza, pio-
nefroza, paranefritə  səbəb ola bilər.  İkitərəfli böyrəkdaşının gedişi 
çox ağır olur, tez bir zamanda xronik böyrək çatışmazlığına səbəb 
olur, bəzən isə ekskretor anuriyaya gətirib çıxarır. 
Diaqnoz və differensial diaqnoz. Böyrəkdaşı xəstəliyinin diaqno-
zu anamnezə (sancının olması), sidiyin müayinəsinə (hematuriya, 
piuriya), xarakter ağrılara və onun irradiasiyası, sidik ifrazı aktının 
pozulması, sidikdə daşların çıxması  və rentgenoloji ultrasəs müayi-
nələrinin nəticələrinə əsasən qoyulur. 
Sağ tərəfli böyrək sancısını kəskin appendisit, kəskin xolesistit ilə 
differensasiya etmək lazım gəlir. Bu zaman xəstələrə USM, ekskre-
tor uroqrafiya və xromosistoqrafiya aparılması lazım gəlir. 
Bəzən böyrəkdaşı  xəstəliyini böyrək infarktından ayırmaq lazım 
gəlir. Düzgün diaqnoz qoymaq üçün böyrək angioqrafiyası aparmaq 
lazımdır. Böyrəkdaşının diaqnostikasında rentgenoloji müayinə üsul-
larının böyük rolu vardır.  İcmal uroqrammada sidik turşusu və zülal 
daşları aşkar edilmirlər. Bundan başqa xəstələrə ekskretor uroqrafiya 
edilir. Lakin bəzi hallarda retroqrad  uretepieloqrafiya aparmaq zərurə-
ti də yaranır. Böyrəkdaşının diaqnostikasında ultrasəs müayinəsinin 
rolu böyükdür. Bu zaman diametri 3-4 mm-dən böyük olan bütün 
konkrementləri aşkar etmək olur. Eyni zamanda böyrəkdaşının törət-
diyi dəyişiklikləri də üzə çıxarmaq mümkün olur. 
Müalicə. Böyrəkdaşı  xəstəliyinin müalicəsi zamanı seçilən taktika  
konkrementin ölçüsündən, kimyəvi tərkibindən, lokalizasiyasından ası-
lıdır. Sidik turşusu tərkibli daşlar olduqda tərkibində çoxlu purin əsasla-
rı olan qida maddələri (ət yeməkləri) azaldılır. Xəstələrə südlü-bitkili 
pəhriz təyin edilir, çünki belə pəhriz sidiyin qələvi mühitini artırır. Ok-
salat daşlarında xəstəyə tərkibində oksalat turşusu və onun duzları çox 
olan qida maddələri (paxlalı bitkilər, turşəng və s.) azaldılır. Fosfat daş-
ları zamanı sidiyin mühitin turş tərəfə dəyişən pəhriz təyin edilir. Xəstə-
lərə mineral sulardan İstisu, Qalaaltı məsləhət görülür. 


 
250
Urat daşlarını həll etmək üçün xəstələrə limon turşusu və onun duz-
larının qarışığı: maqurlit, blemaren, uralit və s. təyin edilir. Sidik yolla-
rının infeksiyasında antibiotiklər, sulfanilamidlər, uroseptiklər, ftorxino-
lonlar, sidikqovucu otlar təyin edilir. Sidikqovucu otları və onlardan ha-
zırlanmış preparatları (sistenal, urolesan, rovatineks və s.) daş  əmələ 
gəlməsinin profilaktikası məqsədilə diatezlərdə təyin olunur. 
Böyrək sancıları zamanı xəstələrə dəri altına 1 ml 2% promedol, 1 
ml 0,1% atropin sulfatla birlikdə yeridilir. Güclü ağrılar zamanı ba-
ralgin, maksiqan və başqa dərmanlardan istifadə olunur, böyrək na-
hiyəsinə isitqac qoyulur, isti vanna təyin edilir. Bu tədbirlərdən ef-
fekt olmadıqda Lorin-Epşteyn üsulu ilə qadınlarda uşaqlığın girdə 
bağının, kişilərdə toxum ciyəsinin novokain blokadası edilir. Bundan 
sonra da ağrı keçmədikdə sidik axarının kateterlənməsi tətbiq edilir. 
Hazırda böyrək və sidik yollarının daşları distansion ekstrakorporal 
zərbə dalğası ilə vurulub sındırılır. Parçalanmış daşın xırda hissələri 
sidik yollarından düşürlər. 
Cərrahi müalicəyə göstərişlər:  tez-tez təkrar olunan güclü böyrək 
sancıları, kəskin pielonefrit və xroniki pielonefritin kəskinləşməsi, sidik 
axarında böyük daşlar, 3 gündən artıq böyrəkdən sidiyin ifrazı blokada 
olduqda, 3 ay ərzində sidik axarında daş miqrasiya etmədikdə, tək böy-
rəyin daşı, hematuriya və s. cərrahi müalicəyə göstərişdir. 
Proqnoz.  Ağırlaşmalar olmadıqda proqnoz yaxşıdır. 
Profilaktika. Çox vaxt xroniki pielonefrit daş əmələ gətirmək me-
yilliyi yaratdığı üçün ona qarşı  tədbirlər görülməli, diatezlərdə isə 
düzgün müalicə tətbiq edilməlidir.
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin