238
təliyinin əlaməti kimi qəbul olunur. Dizuriya (40-50% müşahidələr-
də) ağrıdan sonra ikinci yerdə durur, iltihab əleyhinə aparılmış qeyri-
spesifik müalicəyə pis tabe olur,
tez-tez residiv verir, proqress edir.
Üçüncü əlamət - hematuriya (55-60% müşahidədə) olub, əksər hal-
larda böyrək şişinə şübhə oyadır.
Böyrək vərəmi başqa böyrək xəstəlikləri maskası altında təzahür
edir və ya onlarla müştərək gedir. Əksər hallarda böyrək vərəmi
böyrəyin qeyri-spesifik iltihabi prosesi (pielonefrit) və böyrəkdaşı ilə
müştərək müşahidə olunur.
Xəstənin ümumi vəziyyəti adətən qənaətbəxş olur. Əksər xəstə-
lərdə bədən hərarəti norma daxilində olur. Hərarətin yüksəlməsi sub-
febril səviyyədə olur (20-30% xəstələrdə), çox az hallarda isə üşümə
və hektik hərarət kəskin pielonefritin həmləsini xatırladır. Arterial
təzyiqin yüksəlməsi çox az hallarda müşahidə olunur.
Böyrək nahiyəsinin əllənməsi zamanı ağrı, böyümüş böyrək müs-
bət döyəcləmə simptomu müşahidə olunur.
Sidiyin müayinəsi böy-
rək vərəmi üçün xarakterik əlamətlər aşkar edir. Sidiyin reaksiyası
kəskin turş olur ki, buna da səbəb vərəm çöplərinin toksini hesab
olunur. Sidiyin turş reaksiyası sidikliyi və sidik kanalını qıcıqlandı-
rır və dizuriyaya, hətta əmredici siyimə aktlarına səbəb olur. Ən
müntəzəm müşahidə olunan və ya qeyri-spesifik müalicəyə pis tabe
olan iltihab əleyhinə piuriyadır (leykosituriya - 92-99% hallarda).
Proteinuriya (85-95% təsadüflərdə), gün ərzində 1 q-a qədər müşahi-
də edilir. Böyrək vərəmi zamanı proteinuriyanın sidikdə çoxlu for-
malı elementlərlə müştərək təsadüfü onu «yalançı» proteinuriyaya
(qeyri-böyrək mənşəli) aid edilməsinə səbəb olur.
Eritrosituriya (mikrohematuriya) əksər
xəstələrdə müşahidə edilir,
bəzi xəstələrdə ilk əlamət kimi meydana çıxır və odur ki, belə hal-
larda xəstəlik xroniki nefriti xatırladır.
Böyrək vərəminin ən dürüst əlaməti sidikdə vərəm mikobakteri-
yalarının tapılmasıdır. Artıq qəbul olunmuşdur ki, sidikdə mikobak-
teriyaların tapılması ancaq böyrək vərəmi olduqda müşahidə edilir.
Başqa orqanların vərəmi olduqda əgər böyrəklər sağlamdırlarsa, on-
239
da vərəm mikobakteriyaları sidiyə keçə bilmirlər. Ancaq kişilərdə
prostat vəzinin vərəmi zamanı da sidikdə vərəm çöpləri tapıla bilər.
Böyrək vərəmində USM böyrək və sidik yollarında
baş verən
destruktiv pozğunluqları aşkar edir, amma bunların arasında ancaq
gecikmiş əlamətlər (kaverna) xarakterikdir.
Böyrək vərəminin diaqnozunun qoyulmasında rentgenoloji müa-
yinənin (ekskretor uroqrafiya) böyük əhəmiyyəti vardır. Başlanğıc
qeyri-destruktiv mərhələdə böyrək kasacıqlarının basılması, geniş-
lənməsi, boynunun daralması müşahidə edilir. Destruksiyanın baş-
lanması böyrək məməciyinin və kasacıq tağlarının konturlarının ye-
yilməsi ilə aşkar olunur. Böyrək vərəminin patoqnomonik rentgeno-
loji simptomu - kaverna kənarları nahamar, dairəvi əlavə boşluq ki-
mi aşkar edilir, kasacıq-ləyən sistemi ilə birləşmiş olur.
Xəstəliyin son mərhələsində böyük kavernalar kasacıqlarla dar
keçəcəklərlə birləşirlər, yaxud
da onlarla heç birləşmirlər, bir və ya
bir neçə kasacığın amputasiyası aşkar edilir. Subtotal və total dest-
ruksiya zamanı bir-biri ilə birləşən çoxlu böyük boşluqlar böyrəyi bir
torba halına salır (vərəm pionefrozu).
Sidik axarının vərəmi üçün xarakterik olan əlamət onun daral-
ması, əksər halda çoxlu sayda və ən müntəzəm ləyən-sidik axarı seq-
mentində və çanaq hissədə müşahidə edilir. Ağır hallarda sidik axa-
rında çoxlu daralmalar baş verərək təsbehi xatırladır, o həmçinin dar-
tılır, əyrilikləri düzəlir.
Sidik kisəsinin vərəmi zamanı onun ölçülərinin kiçilməsi və defor-
masiyası müşahidə edilir.
Beləliklə, böyrəkdə bir və ya bir neçə ka-
vernanın aşkarlanması, sidik axarında, sidik kisəsində tapılan dəyişik-
liklər vərəmin etibarlı əlamətlərindəndirlər, amma bu xəstəliyin erkən
əlaməti deyildir. Həmin fikir sistoskopiya zamanı sidik kisəsində aş-
kar edilən vərəm təpəciklərinin aşkar edilməsidir. Vərəm təpəcikləri
selik qişası üzərində darıyabənzər, ağımtıl yüksəkliklər, ətrafında hi-
peremiya tac formasında əhatələnmiş olur. Təpəciklər qrup halında
olub xəstə böyrəyin sidik axarı mənsəbinin yaxınlığında tapılır.
Sidik
kisəsinin xoraları gecikmiş simptomlara aiddir. Bu zaman selikli qişa
240
epitelial örtüyünü itirir, kənarları nahamar olur. Sonrakı dövrdə mas-
siv şişəbənzər qranulyasiya əmələ gəlir, hətta sidik arası mənsəbini
bağlayır. Xoraların sağalması selikli qişada qeyri-düz formalı çapıqla-
rın yaranmasına səbəb olur. Sidik axarı mənsəbi nahiyəsindəki xora-
nın çapıqlanması keçəcəyin daralmasına səbəb olur. Son illərdə sidik-
də vərəm mikobakteriyalarının polimeraz zəncirvari reaksiyanın kö-
məyi ilə tapılması xəstəliyin diaqnozunu erkən dövrdə qoymağa im-
kan verir. Beləliklə, böyrək vərəminin
diaqnozunu qoymaq üçün heç
olmasa üç əlamətin biri tapılmalıdır: 1) sidikdə vərəm çöplərinin tapıl-
ması; 2) rentgenoqrammada destruktiv dəyişikliklər; 3) sistoskopiyada
vərəm üçün xas olan əlamətləri. Bu zaman böyrək vərəmi diaqnozu
qoyulur və lazımi müalicə taktikası seçilir.
Dostları ilə paylaş: