Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə134/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   130   131   132   133   134   135   136   137   ...   186
Müalicə. Son onilliklərdə yeni dərman preparatlarının kliniki təcrü-
bədə istifadə olunması  vərəmin müalicəsində    əhəmiyyətli proqress 
əldə etməyə imkan vermişdir. Əgər əvvəlki dövrlərdə böyrək vərəminin 
başlanğıc mərhələsində belə nefrektomiya labüd idisə, indi əksər 
xəstələrdə  xəstəliyi konservativ müalicə vasitələrinin köməyi ilə  ləğv 
etmək olur. Müalicə taktikası  xəstəliyin mərhələsindən asılı olaraq 
seçilir: I-II mərhələdə konservativ terapiya, III mərhələdə ya kon-
servativ terapiya, yaxud orqan qoruyucu əməliyyat (böyrək rezeksiyası, 
kavernektomiya, kavernotomiya) konservativ terapiya ilə müştərək 
istifadə edilir və IV mərhələdə – nefrektomiya edilir. 
Konservativ müalicə. Böyrəyin və sidik yollarının vərəminin 
konservativ müalicəsi  əsas spesifik ximioterapiyaya əsaslanır. O, 
adətən  kombinəolunmuş olub eyni zamanda müxtəlif təsirə malik üç 
qrup dərmanlardan istifadə olunur. Antibiotik (çox zaman strepto-
mitsin), izonikotin turşusunun hidrozidlərindən (tubazid, ftivazid, 
metazid və paraamikosalisil turşusu (PAST) istifadə olunur. Müxtəlif 
təsirə malik dərmanların  müştərək tətbiqi onların effektivliyini artı-
rır və mikrobların dərmana qarşı rezistentliyinin inkişafının zəiflə-
məsinə  səbəb olur. 
Streptomitsin  əzələ daxilinə gündə 1 q (0,5 q 2 dəfə), tubazid, fti-
vazid 0,3 q gündə 3 dəfə, PAST 3 q gündə 3 dəfə  daxilə verilir. Və-


 
241
rəmə qarşı preparatların mümkün yan təsirlərini daim diqqət mərkə-
zində saxlamaq lazım gəlir. Belə ki, streptomitsin təsirindən vesti-
bulyar aparatın pozğunluğu (ürəkbulanma, başgicəllənmə) və eşitmə-
nin zədələnməsi (tam karlıq) müşahidə oluna bilir. Bu  ağırlaşmanın 
ilk  əlamətləri baş verdikdə streptomitsin istifadəsi dayandırılır və 
xəstəyə az toksik variant streptomitsin – dihidrostreptomitsin təyin 
edilir. Streptomitsinin uzunmüddətli kursları nəinki ümumi yan təsir-
lərə görə (sinir sistemi və orqanizmin başqa sistemləri tərəfindən), 
həmçinin yerli təsirlərə görə (sidik yolları  tərəfindən) qorxuludur. 
Streptomitsinin təsirindən vərəm ocaqlarının kobud çapıqlaşması baş 
verir, bu da urodinamikanı pozaraq hidronefrotik transformasiyaya 
səbəb olur. Vərəm preparatlarının pis keçirilməsi zamanı onlar ikinci 
sıra preparatlar ilə  əvəz olunur. Antibiotiklərdən streptomitsinin  
yerinə az yan reaksiya verən sikloserin (0,25 q gündə 4 dəfə) istifadə 
olunur. 
Böyrək vərəminin müalicəsində  vərəm əleyhinə preparatların dozası 
böyrəklərin summar funksional qabiliyyətinə görə seçilir. Böyrəklərin 
normal funksional qabiliyyəti zamanı  dərmanların optimal dozası: 
stpertomitsin 15 mq 1 kq bədən çəkisinə götürülür, PAST-0,2 q/kq, izo-
niazid-10 mq/kq, etionamid-15 mq/kq, rifadin -10 mq/kq, etambutol - 
25 kq/mq götürülür. Böyrəklərin funksiyasının aşağı düşdüyü, yaxud 
tək böyrək olduqda preparatların bədəndə kumulyasiyası təhlükəsi oldu-
ğu üçün dərmanın gündəlik dozası aşağı salınır. Belə xəstələrdə həmçi-
nin fasiləli müalicə kurslarından da istifadə olunur. 
Vərəm əleyhinə preparatlarla müalicə  kombinə olunmuş  vitamin 
terapiyası ilə müştərək aparılır, xüsusən sinir sistemi və başqa orqan-
lar tərəfindən ağırlaşmaları azaldan B
6
 vitaminindən çox istifadə olu-
nur. Daxilə piridoksin 0,01 q gündə 2-3 dəfə və yaxud əzələ daxilinə 
1% məhlul 1 ml gündə 2 dəfə istifadə edilir. Kompleks müalicədə 
kortizon 0,025 q gündə 4 dəfə daxilə və ya 2,5 %-1-2 ml əzələ daxi-
linə tətbiq edilir. Sorucu terapiya məqsədi ilə dəri altına aloe ekstrak-
tı (1 mq gündə), şüşəyəbənzər cisim (2 mq gündə), hialurinidaza pre-
paratları (lidaza 0,1 q gündə) istifadə edilir. 


 
242
Medikamentoz terapiya ilə yanaşı rejim, pəhriz, sanator-kurort 
müalicəsi ilə klimatoterapiya tövsiyə olunur. 
Operativ müalicə. Böyrəyin hər hansı bir nahiyəsinin kazeoz-
nekrotik prosesi kəsilib götürülür – kavernotomiya, kavernoektomi-
ya, böyrək qütbünün rezeksiyası aparılır. Böyrəyin funksiyası tama-
milə itdikdə, pionefrozda və çox kameralı kavernalarda nefrektomiya 
edilir.  
İkitərəfli  proseslərdə cərrahi – əməliyyatın aparılması təxirə sa-
lınır, çünki ancaq uzunmüddətli konservativ müalicədən sonra ope-
rativ müalicə effektiv olur. Bütün hallarda böyrək vərəmi orqanın 
funksiyasının itirilməsi ilə nəticələnibsə, onda nefro-ureteroektomi-
ya əməliyyatı aparılır. Sidik axarının aşağı hissəsinin vərəm prosesi 
nəticəsində daralması baş vermişsə, amma hidronefroza uğramış 
böyrəyin funksiyası saxlanmışsa  plastik əməliyyat aparılır. 
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin