Bakterial uretrit. Əksər hallarda qorunmayan təsadüfi cinsi əlaqə
nəticəsində qeyri-spesifik mikroorqanizmlərin uretranın selikli qişa-
sına düşməsi nəticəsində baş verir. Birincili bakterial uretrit kəskin və
xroniki ola bilər. Qonoreya uretritindən fərqli olaraq bakterial uretrit-
də inkubasion dövr olmur, yerli iltihabi prosesin təzahürü zəif olur.
Klinika. Sidik kanalında yanğı hissi, ağrılı siyimə aktı müşahidə
olunur. Adətən sidik kanalından selikli-irinli və ya irinli xarakterdə
ifrazat axır. Sidik kanalının selik qişası və sidik kanalının xarici ke-
çəcəyinin yüngül ödemi müşahidə edilir. Amma kliniki əlamətlərə
əsasən bakterial uretriti qonoreya mənşəli uretritdən ayırmaq müm-
kün deyil. Bunun üçün uretradakı ifrazatı nativ preparatda və Qram
üsulu ilə rəngləməklə mikroskopik müayinə aparılır.
Bakterial uretrit bəzən dayanıqlı olaraq xroniki formaya keçir.