232
instrumental müayinəsi zamanı zədələnməsi,
həmçinin kateterin si-
dik kanalında uzun müddət qalması nəticəsində baş verir.
Klinika. Epididimit qəflətən başlayır, xaya artımı böyüyür, ağrı
meydana çıxır, bədən hərarəti 38-40
○
C qədər yüksəlir. İltihabi proses
və ödem xaya qişalarına və xayalığa yayılır,
xaya şişir, dərisi dartılır,
hamarlaşır, hiperemiyalaşır və xaya qışalarının suluğu baş verir. Ağrılar
qasıq nahiyəsinə,
bəzən belə, büzdümə ötürülür, hərəkət zamanı güclə-
nir, odur ki, xəstələr yataqda uzanmağa üstünlük verirlər. Vaxtında
müalicə apardıqda 2-3 gündən sonra ağrı və ödem azalır, bədən
hərarəti
normallaşır. 3-4 həftəyə kəskin epidedimit tam sorulur və iltihabın zə-
dələdiyi yerdə çapıq birləşdirici toxuma qalır. Təsadüfən iltihabi irin-
liklər birləşib xaya artımının absesi meydana çıxa bilər.
Müalicə. İlk növbədə yataq rejimi təmin olunmalıdır. Pəhrizdə kəs-
kin və qıcıqlandırıcı yeməklərdən
imtina olunur, çoxlu maye qəbul olu-
nur. Xəstə suspenzoriydən istifadə etməlidir,
xaya nahiyəsinə buz kisə-
ciyi qoyulur. Xəstəliyi yaradan mikrobların təyini çətin olduğu üçün
geniş spektrli antibiotiklərdən istifadə olunur (ampisillin,
amikasin, kla-
foran), yaxud ximiopreparatlardan (furagin, 5 NOK, biseptol), ftorxino-
lonlardan (ofloksasin, novfloksasin, levofloksasin) istifadə olunur. Kəs-
kin iltihabi proses sakitləşdikdən sonra isti - xayaya qızdırıcı kompres,
diatermiya, ultrayüksək tezlikli cərəyan iltihabın tez sorulmasına kö-
mək edir. Xaya artımında abses baş verdikdə onu
cərrahi yolla yarmaq
lazım gəlir.
Dostları ilə paylaş: