227
Diaqnostika. Kəskin sistitin diaqnostikası ağrı, dizuriya, piuriya, ter-
minal hematuriya simptomlarına əsasən qoyulur. Əlləmə zamanı xəstə
qasıqüstü sahədə ağrı hiss edir. Sidiyin müayinəsi zamanı orta porsiya
sidikdə leykositlərin çoxluğu aşkarlanır. Kəskin sistit zamanı sistosko-
piya əks göstəriş sayılır, çünki bu çox ağrılı olur və ağırlaşma verə bilər.
Xroniki sistitdə sistoskopik müayinə diaqnozun qoyulmasında mühüm
rol oynayır. Bu zaman sidik kisəsi selik qişasında baş verən dəyişiklik-
lər qiymətləndirilir, sistitin nəticəsi aşkarlanır. Ultrasəs müayinəsi və
rentgenoloji müayinələr bütün sidik-ifrazat sisteminin vəziyyətini qiy-
mətləndirməyə imkan verir.
Müalicə. Xəstəyə yataq rejimi tövsiyə olunur. Kəskin və qıcıqlandırıcı
yeməklərdən imtina edilir. Qəbul olunan mayenin miqdarı artırılır (qələvi
mineral sular, şirələr, gün ərzində 2 litrdən çox). Xəstələr sidik kisəsi na-
hiyəsinə isitqac qoyduqda, yaxud isti vannadan sonra rahatlıq tapırlar.
Xəstələrə 3-4 gün ərzində iltihab əleyhinə dərmanlar verilir. Adətən nitro-
furanlardan (furadonin, furagin 0,1, gündə 3 dəfə), sulfanilamidlər (etazol
0,5, gündə 6 dəfə), 5 NOK 0,1, gündə 4 dəfə, antibiotiklər (levomitsetin
0,5, gündə 4 dəfə, oletetrin 0,25, gündə 4 dəfə) təyin olunur. Son illər
ftorxinolon qrupu preparatları geniş istifadə olunur (norfloksasin 400 mq,
gündə 2 dəfə, 7-10 gün) və s. Amma residivin qarşısını almaq üçün ən azı
3 həftə ərzində uroseptiklərdən istifadə olunmalıdır. Kəskin dövrdə sidik
kisəsinin instilillasiyası əks göstəriş sayılır.
Xroniki sistitdə əsas etibarı ilə sistiti yaradan faktoru aradan qaldır-
maq lazımdır (sidik kisəsi daşı, divertikulu və s.). Antibakterial prepa-
ratlarla yanaşı sidik kisəsi instillasiya olunur – gümüş nitrat (0,25- 0,5%
- 20-40 ml) və ya kollarqol (1-3% - 20-40 ml), yaxud da sidik kisəsi
nahiyəsinə antibakterial preparatlarla diatermiya, elektroforez aparılır.
Dostları ilə paylaş: