218
KİN-in diaqnostikasında sidikdə
β
2
- mikroqlobulinin ekskresiya-
sının artması və xəstəliyin sağalma dövründə azalması xarakterik
əlamətlərdən sayılır.
Şübhəsiz böyrəklərin həyati punksion biopsiyasından alınan biop-
tatın histoloji müayinəsinin nəticələri ən etibarlı
diaqnostik kriteriya
hesab olunur.
Differensial diaqnostika. KİN ilk növbədə kəskin qlomerulonefrit
və kəskin pielonefrit ilə differensasiya edilir.
Kəskin qlomerulonefrit kəskin streptokok infeksiyasından 2-4
həftə sonra inkişaf edir, hematuriya müşahidə olunur, az halda
hiperazotemiya baş verir, sidiyin nisbi sıxlığı normal olması kimi
əlamətlərlə KİN fərqlənir.
Kəskin pielonefrit zamanı dizurik
hallar bakteriuriya, USM zama-
nı aşkar edilən böyrəyin ölçülərinin dəyişiklikləri qeyd olunur və
bunlarla da KİN fərqlənir.
Proqnoz. KİN zamanı proqnoz əksər halda qənaətbəxşdir. Əksər
halda 2-4 həftəyə kliniki-laborator dəyişikliklər yox olur, amma hi-
postenuriya uzun müddət (1 ilə qədər) müşahidə oluna bilər. KBÇ
inkişaf etdikdə proqnoz ciddidir. Bəzi hallarda KİN-nin diaqnozu
vaxtında qoyulmadıqda və müalicə aparılmadıqda
xəstəlik xroniki
formaya keçə bilir.
Müalicə. KİN ilə xəstələr nefroloji stasionara hospitalizə olunur-
lar. İlk növbədə xəstəliyi yaratmış dərman preparatının qəbulunu da-
yandırmaq lazımdır. Xəstəliyin klinik əlamətlərindən asılı olaraq
simptomatik müalicə aparılır. Hiperazotemiyanın səviyyəsinə görə
müalicə taktikası seçilir. Bu zaman xəstələrin orqanizmində suyun və
xörək duzunun ləngiməsi və ödemlər müşahidə olunmadığından xəs-
tələrə maye qəbuluna, duz istifadəsinə pəhrizdə məhdudiyyət qoyul-
mur. Əksinə poliuriya və intoksikasiya baş verdiyi
üçün xəstə həm da-
xilə (mineral sular, meyvə şirələri, kompotlar və b.), həmçinin vena
daxilinə məhsullar (qlyukoza, reopoliqlykin, natrium biokarbonat,
Ringer məhlulu və b.) təyin edilir. Oliquriya müşahidə olunduqda
sidikqovuculardan (laziks, furosemid, uregit)
individual dozalarda isti-
219
fadə olunur. Elektrolit pozğunluqlarına (hipokaliemiya, hiponatriemi-
ya, hipoxloremiya) uyğun korreksiyalar aparılır, asidoz aradan qal-
dırılır.
Bütünlükdə götürdükdə belə xəstələrə dərman vasitələrinin təyin
olunmasından, imkan daxilində, imtina olunması məsləhətdir. De-
sensebilizəedici preparatlar (taveqil, dimedrol, diazolin, klaritin, ceti-
rizin və b.), kalsium preparatları, askorbin turşusu və b.
tövsiyə olu-
nur. Ağır hallarda qlyukokortikoidlər – prednizalon 50-60 mq/gün,
yaxud metilprednizalon 2-4 həftə, yəni KİN kliniki-laborator əlamət-
lərinin itməsi, yaxud azalmasına qədər istifadə olunur. Ağır XBÇ baş
verdikdə hemodializ tətbiq edilir.
Profilaktika. KİN-in qarşısının alınması əsasən etioloji faktorlara
qarşı yönəldilməlidir. Belə ki, dərman vasitələrinin təyinatı əsaslan-
dırılmalı və çox ehtiyatlı olmalıdır. Güman edilir ki, bu gün istifadə
olunan bütün dərman preparatları interstisial nefritin səbəbi ola bilər.
Ona görə hər dəfə xəstədən diqqətlə sorğu aparılır, dərmanlara qarşı
individual həssaslıq aşkarlanır, istifadə olunan
konkret preparat mü-
zakirə olunmalı və seçilməlidir. Beləliklə, KİN yatrogen problem
olub, praktiki həkimlər, terapevtlərin daim diqqətində olmalıdır.
Dostları ilə paylaş: