İkincili KİN. Bəzi hallarda KİN xroniki böyrək xəstəlikləri, o
cümlədən, xroniki qlomerulonefrit, xroniki pielonefrit fonunda baş
verir və bu xəstəliklərin gedişini çox ağırlaşdırır. Bəzən KİN böyrə-
yin qeyd olunan xroniki xəstəlikləri fonunda baş verməsi səhvən xro-
niki böyrək xəstəliyinin kəskinləşməsi kimi qiymətləndirilir və isti-
fadə olunan dərman vasitələrinin dozasını daha da artırırlar, yaxud
yeni preparatlar təyin olunur. Bu da böyrəyin müştərək zədələnmə-
sini daha da gücləndirir, böyrək çatışmazlığının səviyyəsini yüksəl-
dir. Xəstəliyin bu cür gedişi ikincili KİN kimi qiymətləndirilir. O
mieloma xəstəliyi, şəkərli diabet, podaqra, böyrəklərin xəstəlikləri,
oksalat nefropatiyası və bu kimi xəstəliklərin gedişini ağırlaşdıra bi-
lər. Hətta güman edilir ki, ikincili KİN birincilidən daha müntəzəm
təsadüf olunur və çox zaman xəstəliyin sonrakı gedişini təyin edir.