217
Böyrəklərdə iltihabi prosesin və intoksikasiyanın nəticəsi olaraq
periferik qanda: leykositoz və sola təmayül eozinofiliya, EÇS artma-
sı qeyd edilir, ağır hallarda isə hətta anemiya müşahidə olunur.
Qanın biokimyəvi müayinəsində C reaktiv zülal fibrinogenin
yüksəlməsi, disproteinemiya -
α
1
və
α
2
qlobulinlərin artması qeyd
olunur.
KİN-in kliniki mənzərəsini qiymətləndirdikdə qeyd etmək lazım-
dır ki, bütün hallarında xəstəliyin ilk günlərindən başlayaraq müxtə-
lif dərəcəli KBÇ aşkar edilir və bunun üçün diurezin azalması heç də
vacib sayılmır. Əksər hallarda böyrək çatışmazlığı keçici xarakter
daşıyır və 2-3 həftəyə keçir, amma böyrəyin konsentrasion funksiya-
sının pozğunluqları 2-3 ay (bəzən 1 ilə qədər) davam edir.
Xəstəliyin kliniki mənzərəsini və gedişini nəzərə alaraq KİN aşa-
ğıdakı variantlara (formalara) ayrılır.
1.
Müfəssəl forma – yuxarıda qeyd olunan bütün kliniki-laborator
təzahürlər qeyd olunur.
2.
KİN-in KBÇ ilə gedən tipi – anuriya, hiperazotemiya ilə
xarakterizə olunur, müalicəsində kəskin hemodializə ehtiyac yaranır.
3.
«Abortiv» forma anuriyanın olmaması, hiperazotemiyanın tez
keçməsi və 1-1,5 aya pozulmuş böyrək funksiyalarının bərpası baş
verir.
4.
«Ocaqlı» forma zamanı KİN-in bütün əlamətləri çox yüngül
olur və bir ay ərzində baş vermiş dəyişikliklər bərpa olunur.
Dostları ilə paylaş: