Mehman ağayev


Böyrəyin xronik xəstəliklərinin differensial diaqnostik kriteriyaları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə115/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   111   112   113   114   115   116   117   118   ...   186
Böyrəyin xronik xəstəliklərinin differensial diaqnostik kriteriyaları 
Kriteriyalar Xronik 
pielonefrit 
Xronik 
qlomerulonefrit 
Ateroskleroz, 
nefroskleroz 
Böyrək 
amiloidozu 
1 2  3  4 

sidik 
yollarının 
dəyişiklikləri 
tez-tez olmur 
olmur  olmur 
dizurik hallar 
tez-tez 
bəzən olur 
bəzən olur 
olmur 
hipertenziya bəzən olur 
xarakterikdir 
həmişə olur 
bəzən 
axırıncı 
mərhələdə 
ödemlər  
xarakterikdir 
xarakterik deyil, 
tez-tez 
son 
mərhələdə 
xarakterik
-dir 
hərarət, 
leykositoz 
xarakterikdir rast 
gəlir rast 
gəlir rast 
gəlir 
anemiya  
tez-tez 
rast 
gəlir 
son mərhələdə son 
mərhələdə 
son 
mərhələdə 
sidikdə zülal 
az miqdarda 
müxtəlif miqdarda 
ola bilər 
az miqdarda 
çoxlu 
miqdarda 
sidikdə 
silindrlər 
olmur, yaxud 
az miqdarda 
hialin az miqdarda olmur  və ya 
tək-tək hialin 
çoxlu 
miqdarda 
sidikdə 
leykositlər 
eritrositdən 
çox olur 
az miqdarda 
norma 
daxilində 
bəzi halda 
çox 
sidikdə 
eritrositlər 
az miqdarda 
artır 
daimi 
mikrohematuriya
daimi mikro-
hematuriya 
 
bakteriuriya  
çoxlu 
xarakterik deyil   xarakterik 
deyil 
xarakterik 
deyil 
yumaqcıq 
filtrasiyasının 
pozulması 
son 
mərhələdə 
xarakterikdir xarakterikdir 
son 
mərhələdə 
reabsorbsiya azalır son 
mərhələdə 
azalır 
mötədil 
azalır 
azalır 


 
206
1 2  3  4 

pilloqrafiya kasacıq-ləyən 
sistemində 
dəyişiklik olmur  dəyişiklik 
olmur 
dəyişiklik 
olmur 
 
Müalicə. Xronik pielonefritin müalicəsində əsas məsələlər sidiyin 
xaric olunmasının bərpası  və antibakterial preparatların tətbiqidir. 
Pielonefrotik müalicə üçün çoxlu dərman preparatları  təklif olun-
muşdur. Antibiotiklərin sulfanilamidlərlə, nitrofuran qrupu, naildik-
sin turşusu, 8-oksixinilin törəmələri, ftorxinolonlar, makrolidlər qru-
pu antibiotikləri və s. verilməsi məsləhət görülür. 
Sidiyin bakterioloji müayinəsinin nəticəsinə əsasən, mikrobların 
antibiotiklərə qarşı həssaslığını təyin etdikdən sonra antimikrob 
preparatlarından istifadəyə başlanılır. Eyni zamanda nəzərə almaq 
lazımdır ki, təyin olunmuş preparatlar lazımi qatılıqda və aktivlikdə 
böyrək interstisiyasına daxil olmalıdır.  
Pielonefritin müalicəsi  əsasən pozulmuş urodinamikanın bərpası 
və adekvat antibakterial terapiyaya əsaslanır. 
Kəskin pielonefritin müalicəsi xroniki pielonefritin müalicəsindən 
fərqlənir və əgər urodinamika pozgunluqları yoxdursa təxirəsalınmaz 
antibakterial vasitələr ilə müalicə olunur. Obstruktiv kəskin pielonef-
rit zamanı  xəstə  cərrahi  əməliyyat üçün namizəd kimi müzakirə 
olunmalıdır. Belə hallarda müalicə sidik yollarında sidiyin passajı 
bərpa olunduqdan sonra (kateter, stent, nefrosotoma və s.) antibakte-
rial müalicə aparılır. Bu ardıcıllıq dəyişilsə endotoksik şok nəticəsin-
də xəstənin həyatı itirilə bilər. 
Xroniki pielonefritin müalicəsi  şərti olaraq iki etapa bölünür – 
kəskinləşmə fazasının müalicəsi – öz prinsiplərinə görə kəskin pielo-
nefritin müalicəsinə  bənzəyir və residivə qarşı müalicə. Xəstəliyin 
hər mərhələsində törədicini aydınlaşdırmaq, onun antibiotiklərə qarşı 
həssaslığını təyin etmək, urodinamika və sidiyin passajının vəziyyə-
tini, böyrəklərin funsiyasını öyrənmək lazımdır. Burada da müalicə-
nin əsasında antibakterial terapiya durur. 


 
207
Hazırda klinisistlərin ixtiyarında pielonefriti müalicə etmək üçün 
çox geniş antibakterial vasitələr vardır. Bu dərmanlar arasında 
antibiotikləri, ftorxinalonları, nitrofuran birləşmələrini, trimetoprim 
və trimetoprim sulfametoksazol ilə müştərək, böyük qrup bitki mən-
şəli antiseptikləri qeyd etmək olar. Ağır və orta ağır forma pielonef-
ritlərin müalicəsində hazırda yarımsintetik penisillinlər, sefalosporin-
lər, aminoqlikozidlər, az halda karbapenemlər istifadə olunur. Başqa 
qrup antibiotiklər – tetrasiklinlər, makrolidlər, rifampisin, xlamidiya, 
ureoplazma və mikoplazma tərəfindən törədilən, son zamanlar geniş 
yayılan aşağı sidik yolları infeksiyalarında istifadə olunur. 
Aşağıda pielonefritin müalicəsi üçün istifadə olunan antibiotiklər 
və onların dozaları təqdim olunmuşdur. 
Yarımsintetik penisillinlər: 
- aminopenisillinlər: 

 
 ampisillin  -  ə/d və ya v/d 1,5 – 2 q/gün 4-6 inyeksiya; daxilə 
2 q/gün 2 dəfə; 

 
amoksisillin – daxilə 1,5 – 3 q/gün  3 dəfə; 
- karboksipenisillinlər: 

 
karbenisillin  - ə/d 4 – 8 q/gün 4 inyeksiya; 

 
tikarsillin – v/d 12 – 18 q/gün 6 inyeksiya; 
- ureidopenisillinlər: 

 
azlosillin – v/d 8 – 12 q/gün  3-4 inyeksiya; 

 
piperasillin - ə/d və ya v/d 4 – 6 q/gün 2-3 inyeksiya. 
Yarımsintetik penisillinlər ß-laktamaz: 

 
auqmentin (amoksisillin + klavulan turşusu) – daxilə 1,125 – 
1,875 q/gün 3 dəfə və ya v/d  3,6 q/gün 3 inyeksiya; 

 
unazin (ampisillin + sulbaktam) – daxilə 0,375 – 0,75 q/gün 2 
dəfə; 

 
timentin (tikarsillin + klavulan turşusu) – v/d 12,4 – 18,6 q/gün 
4-6 inyeksiya; 

 
tazosin (pipersillin + tazobaktam) – v/d 13,5 q/gün 3 inyeksiya. 
Sefalosporinlər: 


 
208

 
1-ci nəsil: 
-sefazolin (kefzol) - ə/d və ya v/d 2 q/gün 2 inyeksiya; 
-sefaleksin – daxilə 0,5-1 q/gün 2 dəfə; 

 
2-ci nəsil: 
-sefuroksim – 0,25 – 0,5 q/gün 2 dəfə; 
-sefaklor – daxilə - 0,75 q/gün 3 dəfə; 

 
3-cü nəsil: 
-sefotaksim (klaforan) v/d – 2 – 4 q/gün 2 inyeksiya; 
-seftazidim - ə/d və ya v/d 1 – 2 q/gün 2 inyeksiya; 
-seftriakson - ə\d və ya v/d 1 – 2 q/gün 1 dəfə; 

 
4-cü nəsil 
-sefepim - ə/d və ya v/d 2 q/gün 2 dəfə;  
Aminoqlyukozidlər: 

 
1-ci nəsil: gentamisin - ə/d  3 – 4 mq/kq/gün 3 inyeksiya; 

 
2-ci nəsil: amikasin - ə/d və ya v/d – 10 mq/kq/gün 2-3 
inyeksiya; 

 
3-cü nəsil: netromitsin - ə/d  4 – 6 mq/kq/gün 2-3 inyeksiya. 
Karbopenemlər: 

 
meronem (meropenem) – v/d 1,5 q/gün 3 inyeksiya; 

 
tienam (imipenem + natrium silastatin) - ə/d  - 1,5 q/gün 3 
inyeksiya. 
Bu antibiotiklərdən bir qrupu – karbenisillin, tikarsillin, azlosillin, 
piperasillin, sefotaksim, sefrazidim, karbopenemlər, timentin və tazosin 
yaşıl irin çöplərinə qarşı aktivliyə malikdirlər. Antibiotiklərə qarşı həs-
saslığı yoxladıqda daha dar spektr təsirə malik olan  preparata üstünlük 
verilməlidir. Antibiotikin seçilmə ardıcıllığının belə olması  məsləhət 
görülür: aminopenisillinlər – sefalosporinlər 1-ci və 2-ci nəsil – ureido-
penisillinlər – 3-cü nəsil sefalosporinlər – karboksipenisillinlər – karbo-
penemlər  və ya ftorxinolonlar. Ağır gedişli pielonefritdə antibiotiklərin 
aminoqlikozidlərlə kombinasiyası mümkün sayıla bilər, amma karbope-
nem ilə ftorxinolonları kombinasiya etmək olmaz. Hazırda əksər hallar-
da gentamitsindən çox tobramitsin və netromitsinə üstünlük verilir, 


 
209
çünki onların toksikliyi azdır. Tazosin karbopenemlər bugünkü gündə 
ən geniş spektrli antibiotik olduğu üçün ən agır, o cümlədən, xəstə-
xanadaxili infeksiyalar zamanı istifadə olunur. 
Ftorxinolonlar: 
monoftorlu: 

 
pefloksasin (abaktal) – daxilə 0,8 – 1,2 q/gün 2 dəfə və ya 0,8 
q/gün 2 inyeksiya; 

 
ofloksasin (tarivid) – daxilə 0,4 q/gün 2 dəfə  və ya 0,2-0,4 
q/gün 2 inyeksiya; 

 
siprofloksasin (siprobay) – daxilə  0,25 – 1 q/gün və ya 0,2 – 
0,4 q/gün 2 inyeksiya; 
ikiftorlu: 

 
norfloksasin (nolitsin) – daxilə 0,4 q/gün 2 dəfə; 

 
lomefloksasin (maksakvin) – daxilə 0,4 q/gün 1 dəfə; 
üçftorlu: 

 
fleroksasin (xinodis) – daxilə 0,2 – 0,4 q/gün 1 dəfə. 
Ftorxinolonlar tez bir zamanda sidikdə əksər mikroorqanizmlərin 
ingibisiya olunması üçün lazım olan minimal konsentrasiyasından 
daha artıq qatılıq yaratdığı üçün onlar ehtiyat preparatı hesab olun-
malı, böyrək və sidik yollarının ağırlaşmış infeksiyalarında istifadə 
olunmalıdırlar. 
Ftorlanmamış xinolonlar: 

 
nitroksolin (5-NOK) – daxilə 0,4 q/gün 4 dəfə; 

 
oksolin turşusu (qramurin) – daxilə 1,5 q/gün 3 dəfə; 
Naftiridin törəmələri: 

 
nalidiks turşusu (neqram) – daxilə 2 – 4 q/gün 4 dəfə; 

 
pipemidin turşusu (palin) – daxilə 0,8 q/gün 2 dəfə. 
Pielonefritin müalicəsində nitrofuranlar (0,2 – 0,4 q/gün 4 dəfə),  
trimetoprim (0,04-0,06 q/gün 1 dəfə), trimetoprim sulfametoksazol 
ilə müştərək (ko-trimoksazol, septrin, biseptol 0,96 q/gün 2 dəfə) 
istifadə olunur. 


 
210
Antibakterial müalicə ilə yanaşı bitki mənşəli antiseptiklərdən də 
geniş istifadə olunur. Geniş istifadə olunan bitkilərdən ayıqulağı yar-
pağı, çobanyastıgı gülü, sürvə otu, dazı out, qarğıdalı saçağı  və s. 
gostərmək olar. 
Menopauza dövründə olan qadınlara periuretral və intravaginal 
esterogen tərkibli kremlərin (0,5 mq/q) 2 həftə hər axşam və  sonrakı 
8 ayda həftədə 2 dəfə istifadəsi sidik yollarının infeksiyasının 
residivlərini əhəmiyyətli dərəcədə azaldır. 
Kəskin pielonefritin müalicəsini stasionar şəraitində aparmaq lazım-
dır, çünki antibiotiklərin parenteral tətbiqindən əlavə infuzion dezintok-
sikasion terapiya aparılmalı, lazım olduqda xüsusi manipulyasiyalarla 
urodinamika pozğunluqları aradan qaldırılıb sidiyin passajı bərpa olun-
malıdır. Diurezin artırılmasına (30-40 ml/saat) orqanizmə lazımı məh-
lulların yeridilməsi yolu ilə nail olunur. Sidiyin pH-ə nəzarət olunmalı, 
çünki antibakterial vasitələrin effektivliyi sidiyin pH-dan asılıdır. Belə 
ki, aminopenisillinlər, nitroksolin, nalidiks turşusu və nitrofuranlar sidi-
yin pH-i 5,0-5,4, gentamitsin pH 7,5-8,0, sefalosporinlər pH 2,0-8,5 ara-
sında  olanda daha aktiv təsir etmək qabiliyyətinə malikdirlər. 
Xroniki pielonefritin kəskinləşməsi zamanı müalicə  tədbirləri 
kəskin pielonefritin müalicəsi kimi aparılır. 
Residivə qarşı uzunmüddətli kiçik dozada antibakterial müalicə 
aparılır. Bu məqsədlə hər gün yuxudan qabaq sinobak 0,25 q və ya 
trimetoprim 0,1 və ya biseptol 0,48 q təyin olunur (axırıncı illər bu 
preparata rezistentliyin artması müşahidə olunur). İkinci sxem müa-
licə: hər ayın birinci həftəsi, yaxud 10 günü xəstə antibakterial pre-
parat qəbul edir, sonrakı iki həftəni bitki mənşəli antiseptiklər (dər-
man bitkiləri yığımları), ayın axırıncı həftəsi vitaminləşdirmə aparılır 
- mərcanı morsu və ya itburnu bişirməsi verilir. Bu zaman sidik 
əkilir və alınan nəticələrə əsasən gələn ay üçün antibiotik seçilir.   
Effektiv müalicə üçün mikroba qarşı preparatları sidikdə  təyin 
edilmiş pielonefritin törədicilərinə əsasən edilir (cədvəl 15). 


 
211
Sidik yollarında sidiyin xaric olması pozulmayıbsa, sanator-kurort 
müalicəsi tətbiq edilir (Qalaaltı, Truskavetsk,Yessentuki, Jelezno-
vodsk və s.). 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin