Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə112/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   108   109   110   111   112   113   114   115   ...   186
Birtərəfli pielonefrit  
Xəstəliyin başlanğıc mərhələsi simptomsuz gedir və uzun illər  
keçdikdən sonra sidik yollarının hər hansı iltihabi prosesi olduqda 
təzahür edir. Bəzən xəstəlik sidiyin təsadüfən müayinəsi zamanı, 
arterial qan təzyiqinin yüksəlməsi, xronik böyrək catışmazlığı baş 
verdikdə aşkar edilir. 
Xəstəlik yerli və ümumi əlamətlərlə təzahür edir. Ümumi əlamətlər-
dən tez yorulma, ümumi zəiflik, baş ağrıları, dəri quruluğu, üz dərisinin 
dəyişib torpaq rəngi alması, anemiya, anoreksiya, öyümə, qusma və s. 
göstərmək olar. Birtərəfli pielonefritdə kontralateral böyrəyin fəaliyyəti 
nəticəsində ümumi intoksikasiya əlamətləri olmur. Yerli əlamətlərdən 
bel nahiyəsində küt ağrılar, dizurik halları qeyd etmək olar. Xəstəlik 
iltihabi prosesin böyrəkdə arabir kəskinləşməsi və hərarətin yüksəlməsi 
ilə davam edir. Xəstəlik 1/3 müşahidələrdə uzun illər latent formaya  
keçir və xəstənin diqqətini cəlb etmir. 18-20 yaşlı qadınlarda pielonef-
ritin  başlanğıcı deflorasion sistit kimi özünü göstərir, sonralar hamiləlik 


 
201
pielonefriti kimi təzahür edir. Belə  kəskinləşmələr 35-45 yaşa qədər 
davam edir və  əgər böyrək büzüşməsi baş vermirsə proses sakitləşir. 
Xəstələrdə leykosituriya, mikrohematuriya, azca albuminuriya və bəzən 
silindruriya müşahidə olunur.  
Xronik pielonefritin diaqnozu uyğun anamnezə, sidiyin müayinə-
sinin nəticəsinə, qan təzyiqinin yüksək olması, böyrək funksiyasının 
göstəriciləri, rentgen-radioizotop və ultrasəs müayinələri nəticəsinə 
əsasən qoyulur. 
Anamnez xəstədə birincili və yaxud ikincili pielonefritin olması, 
infeksiyanın giriş qapısı, xəstəliyin gediş xüsusiyyətləri və s. aydınlaş-
dırmağa imkan verir. 
Sidiyin müayinəsində formalı elementlərin sayılması (Neçiporen-
ko üsulu ilə 1 ml sidikdə)  əsas yer tutur. Alınmış  nəticələrə əsasən 
eyni zamanda digər böyrək xəstəlikləri haqqında da mühakimə yü-
rütmək olar (cədvəl 13).       
Xronik pielonefritdə leykosituriyanın dərəcəsi daim dəyişilir və 
sidiyin bir analizinin dəyişikliksiz olması  hələ heç bir qəti nəticə 
çıxarmağa əsas vermir. 
Son vaxtlara qədər pielonefrit üçün xarakterik sayılan sidiyin 
müayinəsində Şternqaymer-Malbin hüceylərinin tapılması yanlış sa-
yılmalıdır. Belə ki, sidiyin müayinəsində aktiv leykositlərin tapılması 
sidik yollarının hər hansı bir hissəsində iltihabi prosesin olmasını 
göstərir, ancaq pielonefritin başqa əlamətləri müşahidə edildikdə bu 
diaqnostik üsulun əhəmiyyəti ola bilər. 
Bakteriuriya zamanı  bəzi hallarda bir neçə patogen mikroorqa-
nizmlərin tapılması xarakterikdir. 
                                                                                      Cədvəl 13  

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin