203
Böyrək biopsiyası. Əsasən diaqnozu dəqiqləşdirməkdə çətinlik
yarandıqda, müayinənin son mərhələsində aparılır və arterial hiperto-
niya ilə müşayiət olunan və yaxud xroniki qlomerulonefritlə müştə-
rək gedən pielonefritlərdə tətbiq edilir.
Ağırlaşmalar. Birtərəfli xroniki pielonefritin ağırlaşmalarından
iltihabi prosesin sağlam böyrəyə keçməsini və yaxud ona nefrotoksik
təsiri, arterial hipertoniyanı və böyrək büzüşməsini göstərmək lazımdır.
Gedişi. Xəstəlik uzun illər davam edir və böyrək büzüşməsi ilə
nəticələnə bilər. Kontralateral böyrəyin funksional vəziyyətindən
asılı olaraq xəstənin ümumi halı müxtəlif olur.
Diaqnoz və differensial diaqnoz. Xəstəliyin diaqnozu ümumi kli-
nik, laborator, funksional, rentgenoloji, radioizotop, ultrasəs müayinə
üsullarının nəticələrinə əsasən qoyulur.
Differensial diaqnozu QN, böyrəkdaşı, şişi, kistası və s. xəstəlik-
lərlə aparılır.
Klinik diaqnozun açılması. Xronik pielonefrit sağ, yaxud sol tə-
rəfli ola bilər. Xəstəliyin aktiv və remissiya fazaları qeyd olunur.
Əgər proses böyrək büzüşməsi, hidronefroz, pionefrozla nəticələn-
mişsə, onu diaqnozda göstərmək lazımdır.
Dostları ilə paylaş: