Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə110/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   106   107   108   109   110   111   112   113   ...   186
Kəskin pielonefrit 
 
Klinika.  Kəskin pielonefritin klinik mənzərəsi ağır intoksikasiya 
ilə gedən ümumi ağır infeksion prosesin və yerli əlamətlərin birgə 
təzahüründən ibarətdir.  Əgər birincili kəskin pielonefritdə ümumi 
infeksion xəstəliyin  əlamətləri üstünlük təşkil edirsə, ikincili 
pielonefritdə lokal təzahürlər ön plana çıxır. 
Xəstəlik kəskin başlayır, yüksək hərarət (40

C qədər), üşütmə  və 
həddən artıq tərləmə, çox vaxt bel nahiyəsində ağrılar müşahidə olunur. 
Birtərəfli prosesdə qarnın ön divarı əzələlərinin gərginliyi aşkar edilir. 
Əllədikdə böyrəklər ağrılı, döyəcləmə simptomu müsbət olur. 
Siyimə aktı  çətinləşir, dizurik hallar, poleakiriya meydana çıxır. 
İntoksikasiyanın artmasından xəstələrin ümumi vəziyyəti ağırlaşır, 
baş  ağrısı, öyümə, qusma, əzələ-oynaq ağrıları, iştahasızlıq, ümumi 
halsızlıq baş verir. Hərarət yüksək, hektik xarakterli olur, üşütmə 
müşahidə olunur. Bəzi hallarda bakterimik şok da müşahidə olunur. 
Kəskin pielonefritin bir neçə klinik formaları ayrılır: 
1)
 
Ən kəskin forma – gündə 2-3 dəfə  təkrar olunan üşütmələr, 
ümumi septik əlamətlərlə xarakterizə olunur. 
2)
 
Kəskin forma – yerli əlamətlər üstünlük təşkil edir, titrəmələrlə 
febril hərarət müşahidə olunur. 
3)
 
Yarımkəskin və ya ocaqlı formada yerli əlamətlər üstünlük təşkil 
edir, zədələnmiş böyrəkdə ağrı, sidikdə dəyişikliklər ön plana çıxır. 
4)
 
Latent forma – çox zəif ümumi və yerli əlamətlər müşahidə 
olunur və sonralar bu formanın ağır nəticələri baş verir. 


 
197
Xəstəlik zamanı    dərinin avazıması taxikardiya, qan təzyiqinin 
aşağı düşməsi, təngnəfəslik, qarında yayılmış ağrılar, meteorizm və 
s. müşahidə olunur. 
Xəstəliyin ilk günündən leykositoz (leykositlərin miqdarı 30-
40x10
9
/l), aneozinofiliya, sola meyllik, kəskin neytrofilyoz, bəzən 
mielositoza qədər müşahidə olunur. Zəif xəstələrdə  və qocalarda 
leykositozun səviyyəsi yüksək olmaya da bilər. Bəzi hallarda böy-
rəklərin funksiyası pozulduqda qanda qalıq azot, sidik cövhəri, krea-
tinin səviyyəsi yüksəlir. Sidiyin müayinəsində piuriya  aşkar edilir. 
Hematogen pielonefritin ilk günlərində və həmçinin birtərəfli pielo-
nefritdə sidik axarının blokadasında piuriya, hematuriya, bakteriuri-
ya aşkar edilir. Əksər hallarda bakteriuriya bakterioskopik üsulla 
aşkar edilir. Mikrofloranın növünü təyin etmək üçün və onların 
antibiotiklərə qarşı həssaslığını təyin etmək üçün bakterioloji tədqi-
qat aparılır. 1ml sidikdə  50000 bakteriya tapıldıqda bu bakteriuriya 
sidik yolları infeksiyası sayılır. 
Xəstələrdə oliquriya, sidiyin nisbi sıxlığının artması, yüksək 
olmayan proteinuriya, silindruriya aşkar edilir. Oliquriyanın səbəbi 
yüksək hərarət nəticəsində  ağciyərlərlə  və  dəri ilə  bədəndən artıq 
miqdarda suyun itirilməsidir. 
Ultrasəs müayinəsində xəstə tərəfdə böyrəyin böyüməsi, hipoexo-
gen zonaların aşkarlanması, kasacıq-ləyən sisteminin ektaziyası  və 
boşluğunda kiçik dispers möhtəviyyatın (irinli pielonefritdə) olması 
müəyyən edilir. İcmal rentgenoqrammada böyrəyin ölçüsünün böyü-
məsi, ekskretor uroqrafiya zamanı xəstə tərəfdən kontrast maddənin 
pis ifraz olunması müşahidə olunur. İkincili pielonefritdə xəstələrdə 
hər hansı uroloji xəstəlik olduqda onun əlamətləri aşkar edilir. 
Ağırlaşmalar. Kəskin seroz pielonefrit müalicəyə tabe olmadıqda 
o, irinli pielonefritə, apostematoz nefritə, böyrək karbunkuluna və 
nekrotik papillitə keçə bilər. Bəzən irinli paranefrit də müşahidə 
olunur. 
Gedişi.  Ağırlaşmamış  kəskin seroz pielonefrit müalicədən sonra 
sağalma və bəzən xronik formaya kecməklə  nəticələnir.  


 
198
Diaqnoz və differensial diaqnoz. Xəstəliyin diaqnozu kəskin baş-
lanğıca, xarakterik ümumi və yerli əlamətlərə görə, eyni zamanda si-
diyin müayinəsi (leykosituriya, bakteriuriya), ultrasəs, rentgen və 
radioizotop müayinələrin nəticəsinə görə təsdiqlənir. 
Kəskin pielonefriti ümumi infeksion xəstəliklərlə, böyrək, sidik 
yolları  və cinsiyyət orqanlarının irinli iltihabi xəstəlikləri ilə 
differensasiya etmək lazım gəlir. 
Müalicəsi. Kəskin seroz pielonefritdə düzgün müalicə aparıldıqda 
xəstəliyin qarşısını ilk günlərdən almaq olar. 
Xəstənin qidalanmasına lazımi qədər fikir vermək lazımdır: yük-
sək katabolizmi nəzərə alaraq yüksək kaloraj təmin olunmalıdır. Tit-
rəmələr  dövründə pəhriz 7a təyin olunur (zülallar 25 q, yağlar 60 q, 
karbohidratlar 350 q, cəmi 2000 kal). Xörək duzunun miqdarı pəh-
rizdə azaldılmır. Maye, meyvə şirələri, quş üzümündən (klyukva) ha-
zırlanmış meyvə şərbəti (tərkibində olan benzoy turşusu hippur tur-
şusuna keçərək böyrəkdən ekspresiya olaraq antiseptik təsir göstərir), 
mineral sular çay şəklində xəstələrə verilir. 
Dehidratasiya  əlamətləri olduqda vena daxilinə damcı üsulu ilə 
gündə 2-2,5 l məhlullar yeridilir (5%-li qlyukoza məhlulu, hemodez, 
0,85%-li natrium-xlorid məhlulu və s.). Asidoz zamanı 100-200 ml 
2-4%-li natrium-bikarbonat məhlulu vena daxilinə yeridilir. Spastik 
ağrılar olduqda belladonna ekstraktı, qalidor, papaverin, platifillin, 
urobesal və s. spazmı aradan qaldırır, sidiyin xaric olmasını asanlaş-
dırır. Sidik axarının blokadası olduqda onun kateterizasiyası, əgər bu 
mümkün olmadıqda operativ müalicə (ureterolitotomiya, pielolitoto-
miya, pielostomiya və s.) tətbiq edilir. Antibiotiklərin tətbiqindən əv-
vəl sidikdə olan mikroorqanizmlərin növünü və onların antibiotiklərə 
qarşı  həssaslığını  təyin etmək lazımdır. Bu mümkün olmadıqda, 
yaxud laborator cavabın alındığı dövrə  qədər geniş spektrə malik 
antibiotiklərdən istifadə etmək məsləhətdir. 
Sulfanilamid preparatlarından ən çox etazol, urosulfan gündə 4-6 
q miqdarında təyin edilir. Nitrofuran preparatlarından furaqin, furado-
nin 0,1q gündə 3 dəfə, daxilə, nalidiks turşusu preparatları qrupundan 


 
199
neviqramon, neqram 0,5-1 q gündə 4 dəfə daxilə, ftorxinolonlar (of-
loksasin 0,2 q gündə 2 dəfə daxilə, norfloksasin 0,4 q gündə 2 dəfə da-
xilə, levofloksasin 0,5 q gündə 1 dəfə daxilə, qatifloksasin 0,4 q gündə 
1 dəfə daxilə) tətbiq edilir. Qeyd etmək lazımdır ki, bu dərmanların 
qəbulundan sidiyin rəngi dəyişə bilər. Məsələn, nitroksolin qəbulun-
dan sidik zəfəran rəngi alır. 
Qarışıq infeksiyada antibiotikləri sulfanilamidlərlə  və kimyəvi 
preparatlarla kombinə etmək olar. Müalicə zamanı sidiyin reaksiya-
sına fikir verilir. Çünki bəzi preparatlar sidiyin müəyyən reaksiyasın-
da təsir göstərə bilirlər. Müalicə kursları 10-14  gündənbir dəyişilir 
və xəstələr ən azı bir il ərzində dispanser nəzarətində saxlanılır. 
Proqnoz.  Xəstəliyin gedişində müsbət dəyişikliklər olmadıqda 
xəstələrin vəziyyəti ağırlaşdıqda apostematoz nefrit, böyrək karbun-
kulu, paranefrit haqda fikirləşmək lazım gəlir və  cərrahi müdaxilə 
labüdlüyü ortaya çıxır. Kəskin seroz pielonefritdə əksər hallarda xəs-
tələrin vəziyyəti yaxşılaşar, sağalma müşahidə oluna bilər. Kəskin 
pielonefrit keçirmiş əksər xəstələrdə əmək qabiliyyəti saxlanılır.  
Profilaktika.  Bədəndə olan xroniki irinli ocaqlar vaxtında sağal-
malıdır. Sidik yollarında olan və sidiyin rahat xaric olmasına çətinlik 
törədən maneələri vaxtında aradan qaldırmaq lazımdır. 
 
 
 
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin