Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə108/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   104   105   106   107   108   109   110   111   ...   186
Pielonefrit 
 
Pielonefrit böyrək ləyəni və kasacıqlarının, böyrək parenximası-
nın, xüsusən ara toxumanın qeyri-spesifik iltihabı prosesidir. Xəstə-
lik ən çox uşaq yaşlarında təsadüf olunur. Yaşlılarda isə uşaq vaxtı 
sağalmamış pielonefritin davamı müşahidə olunur. 40 yaşa qədər 
qadınlar daha tez xəstəliyə tutulur, bu da hamiləlik və  aşağı sidik 
yollarının anatomik xüsusiyyəti ilə  əlaqədardır, ahıl yaşlarda isə 
kişilər arasında xəstəliyin çox yayılmasını prostat vəzinin xoşxassəli 
hiperplaziyası nəticəsində baş verən sidik stazı ilə izah etmək olar. 
Pielonefrit  ən çox təsadüf olunan böyrək xəstəliyi olub eyni 
zamanda yuxarı orqanları katarından sonra bütün xəstəliklər arasında 
tezliyinə görə ikinci yeri tutur. Statistik məlumatlara görə bütün 
böyrək xəstəliklərinin təşrihlərinin 7-20%-də xronik pielonefrit aşkar 
edilir. 
Təsnifat. Gedişinə görə  kəskin və xronik pielonefrit ayırd edilir 
(sxem 2). Kəskin pielonefrit böyrəklərdə gedən müxtəlif intensivlikdə 
irinli-iltihabi prosesdir. Xronik pielonefrit – süstgedişli, arabir kəs-
kinləşmə verən böyrək parenximasının və ləyən urotelisinin bakterial 
iltihabi prosesi olub böyrək toxumasının sklerozu ilə nəticələnir. 
Xronik pielonefritin meydana çıxması  kəskin pielonefritin xronik 
hala keçməsi və yaxud başlanğıcdan xroniki proses kimi də müşa-
hidə oluna bilər. 
Pielonefrit birincili, ağırlaşmamış  və ya hematogen və ikincili, 
ağırlaşmış və ya obstruktiv olmaqla iki qrupa ayrılır. 


 
192
Birincili pielonefritdə  xəstəliyin başlanğıcında böyrək və yuxarı 
sidik yollarında urodinamik dəyişikliklər baş vermir, lakin ikincili 
pielonefritdə isə  əksinə, xəstəliyin  əmələ  gəlməsinin  əsas  şərtlərin-
dən biri – böyrək və yuxarı sidik yollarında urodinamikanın üzvi və 
funksional pozulmasıdır. Bunun müəyyənləşdirilməsinin böyük 
klinik əhəmiyyəti vardır, çünki xəstəliyin gedişi, müalicə üsulları və 
proqnozu bu iki formada bir-birindən fərqlənir.  
İkincili pielonefritin baş verməsində yuxarı sidik yollarında urodi-
namik pozğunluqlarla yanaşı böyrək, qan və limfa dövranı pozğun-
luqları, sidik kisəsi – sidik axarı – böyrək reflyuksu və s. böyük rol 
oynayır. Çox zaman böyrəkdaşı xəstəliyi zamanı aşkar edilmiş pielo-
nefriti ikincili pielonefritə aid edirlər. Lakin müəyyən olunmuşdur 
ki, bu xəstələrin 1/3 hissəsində  əvvəl pielonefrit, sonra isə böyrək-
daşı müşahidə olunur. Hazırda məlum olmuşdur ki, pielonefrit yalnız 
20% hallarda birincili, qalan 80% hallarda isə ikincilidir. 
                                                                                     Sxem 2
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin