189
Cədvəldə təqdim olunan dərman preparatlarının əksəriyyəti yeni
olub, kliniki təcrübədə son zamanlar istifadə olunur. Amma bunların
arasında 1944-cü ildən istifadə olunan nitrofuranları da göstərmək
olar. 5-nitrofuranlar klassik sintetik kimyəvi terapevtik preparatdı.
Onun geniş antimikrob təsiri furan tsiklində olan 5 vəziyyətində
yerləşmiş nitroqrupa (NO
2
) görə baş verir.
Əksər həkimlər xəstələrin ilk müraciəti zamanı SYİ əlamətləri
olduqda sidik kulturasını yoxlamamış onlara müalicə təyin edirlər.
Son zamanlar antimikrob preparatlar tək doza şəklində istifadə
olunur. Bu məqsədlə amoksisillin 3 q (daxilə) bir dəfə qəbul olunur
və alınan nəticələr 3 günlük müalicə kursundakı nəticələr kimi olur.
Ko-trimoksazolun birdəfəlik 1,92-2,88 q dozada və ya trimetoprimin
daxilə qəbulu həmin preparatlarla 5 günlük müalicə effektini əvəz
edir.
SYİ zamanı birdəfəlik doza kimi daxilə tətbiq üçün tövsiyə
olunan preparatlar:
Trimetoprim 600 mq
Ko-trimoksazol 1,92 q
Norfloksasin 800 mq
Sefloksasin 800 mq
Siprofloksasin 500 mq
Fostomitsin trometamol 3 q.
Birdəfəlik doza ilə müalicə ağırlaşmamış SYİ zamanı, USM və
rentgenoloji müayinədə sidik yollarında anatomik dəyişikliklər ol-
mayan qadınlarda və qızlarda aparılır.
Dostları ilə paylaş: