185
Tezləşmiş sidik ifrazı / dizuriya sindromu;
Bakterial sistit;
Abakterial sistit (uretral sindrom);
Kəskin pielonefrit;
Kəskin prostatit.
2. Gizli (simptomsuz) gediş.
Aşağı sidik yollarının funksiyalarının pozulması simptomuna
tezləşmiş sidik ifrazı,
dizuriya, əmredici çağırışlar, stranquriya, baş-
lanğıc və terminal hematuriya və qasıqüstü nahiyədə diskomfort aid
olunur. Bakteriuriya aşkar edildikdə bu
sindrom bakterial sistit ad-
landırılır, amma 1/3 qadınlarda tezləşmiş sidik ifrazı aktları və dizu-
riya olmasına baxmayaraq bakteriuriya tapılmır. Belə vəziyyət uret-
ral sindrom və ya abakterial sistit adlandırılır. Başqa xəstələrdə bel
nahiyəsində ağrı, bədən hərarətinin yüksəlməsindən, üşümədən şika-
yət edir, qan əkildikdə mikrob kulturası tapıla bilir.
Bu simptomlar
kəskin pielonefrit sindromuna aid edilir.
Sidik kisəsi və sidik kanalı bütün hallarda ətraflı müayinə olun-
malı, kişilərdə digital – rektal, qadınlarda genital müayinə aparıl-
malıdır. Belə ki, vaginanın göbələk xəstəlikləri enterobakterial mən-
şəli servisit SYİ illuziyası yarada bilər.
Gizli (simptomsuz) bakteriuriya az hallarda müşahidə olunur,
çünki əksər bakteriuriya hallarında kliniki əlamətlər meydana çıxır,
ən azı sidiyin güclü iyə malik olduğu qeyd olunur.
Aparılmış tədqiqatlar nəticəsində məktəbli oğlanlar arasında gizli
bakteriuriya 0,03%, qızlar arasında isə 1,2% tapılmışdır.
Hamilə
qadınlar arasında aparılan skrininq 5-6% halda gizli bakteriuriya
aşkar etmişdir. Bakteriuriyası olan hamilələrdə kəskin pielonefritin
tezliyi 15-40% (adətən 15-20%) olur.
Dostları ilə paylaş: