200
Xroniki pielonefrit
Klinika. Xronik pielonefrit əksər hallarda sağalmamış kəskin pie-
lonefritin nəticəsi kimi və yaxud başlanğıcı zamanı əlamətləri olma-
dan meydana çıxa bilər. Əksərən qadınlar
bu xəstəliyə daha çox tutu-
lurlar, qadınlarda 20-25 yaşlarında, kişilərdə 45-55 yaşlarında
çox tə-
sadüf olunur.
Xronik pielonefritin payına bütün xronik böyrək çatışmazlığı mü-
şahidə olunan xəstələrin 1/3
hissəsi düşür,
bu zaman ikincili büzüş-
müş böyrək müşahidə olunur.
Son zamanlar xəstədə daha tez-tez xronik
pielonefritin xronik qlo-
merulonefritlə müştərək təsadüf olunması nəzərə çarpır. Təxminən
10% xronik qlomerulonefrit olan xəstələrdə eyni
zamanda xronik
pielonefrit təsadüf olunur. Qlomerulonefrit zamanı böyrəkdə olan
patoloji proses qeyri-spesifik pielonefritin yaranması üçün əlverişli
şərait yaradır. Bu iki prosesin birləşməsi proqnostik çox ağır
nəticə
verir və tezliklə böyrək büzüşməsi baş verir.
Dostları ilə paylaş: