Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə109/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   105   106   107   108   109   110   111   112   ...   186
                            Pielonefritin təsnifatı 
Pielonefrit 

 
Birtərəfli, ikitərəfli, birincili, ikincili. 
Gedişinə görə: 

 
kəskin (seroz, irinli, apostematoz, böyrək karbunkulu, 
nekrotik papillit)  

 
xronik 
Fazasına görə: 

 
aktiv iltihab fazası;  

 
latent iltihab fazası; 

 
remissiya iltihab fazası. 
Gediş xüsusiyyətlərinə görə: 

 
yeni doğulmuşlarda, uşaqlarda pielonefrit; 

 
qocalarda pielonefrit; 

 
hamiləlikdə pielonefrit; 

 
şəkərli diabetdə pielonefrit. 


 
193
Nəticəsinə görə: 

 
böyrək büzüşməsi; 

 
pionefroz. 
Etiologiya. Pielonefritin törədiciləri müxtəlif bakteriyalardır. 
Bunların arasında daha çox təsadüf edilən bağırsaq çöpləri (30%), 
protey (17,2%), stafilokok (14,2%), psevdomonas (12%), streptokok 
(6,5%), klebsielladır (0,7%). Əksər hallarda, xüsusən xronik pielo-
nefritdə qarışıq infeksiya, yəni bir neçə mikroorqanizm aşkar edilir. 
Müalicə prosesində mikrob florası dəyişilə bilər. 
Patogenez. Pielonefritin baş verməsinin  əsas  şərtlərindən biri 
orqanizmin müəyyən ümumi vəziyyəti və müəyyən yerli faktorların 
olmasıdır, çünki hələ mikroorqanizmlərin böyrəyin interstisial toxu-
masına keçməsi heç də  həmişə  xəstəliklə  nəticələnmir. Orqanizmin 
immun proseslərinin zəifləməsi xəstəliyin baş verməsində  əsas 
şərtlərdəndir. Həmçinin yorğunluq nəticəsində orqanizmin infeksiya-
ya qarşı müqavimətinin zəifləməsi, keçirilmiş  xəstəliklər, hipovita-
minoz, bədənin soyuması, xroniki xəstəliklər pielonefritin inkişafına 
şərait yaradır. 
Yerli faktorlardan sidiyin yuxarı sidik yollarında axınına
 
mane 
olan bütün səbəblər (sidik axarının daralması, bükülməsi və sıxılma-
sı, böyrək sallanması, böyrək və sidik çıxarıcı yolların anomaliyaları 
və s.) pielonefritə meyilliliyi artırır. 
Pielonefritin  əmələ  gəlməsi üçun bəzi xəstəliklər zamanı - şəkərli 
diabet, podaqra, enterit, angina, pnevmoniya, irinləmələrdə, sidik yolla-
rının başqa xəstəliklərində (prostatit, sistit və s.) eyni zamanda hamilə-
likdə, vulvovaginit, adneksit və s. əlverişli şərait yaranır. 
Yerli faktorlar arasında pielonefritin inkişaf etməsi üçün urodina-
mik dəyişikliklərin (reflyuks), böyrək venoz qan dövranının, böyrək-
lərdən limfa axını pozğunluqlarının xüsusi rolunu qeyd etmək la-
zımdır.  İnfeksiyanın böyrək toxumasına ləyəncik və  ləyənə keçmə-
sinin üç yolu müəyyən edilmişdir: hematogen, urinogen və sidik 
axarının divarı ilə. 


 
194
Hematogen yolla mikroorqanizmlər bədənin hər hansı yerində yer-
ləşən infeksiya ocağından böyrəyə qan cərəyanı vasitəsilə  gətirilir. 
Urinogen yolla sidik yollarından və cinsi orqanlardan infeksiya böy-
rəyə keçir. Bu zaman sidiyin axmasına maneənin olması, yaxud sidik 
kisəsi – böyrək, ləyən – böyrək, ləyən – venoz reflyuksları nəticəsində 
urinogen yolla infeksiyanın böyrəyə keçməsi baş verir. Bəzən bu iki 
yolla mikroorqanizmlər eyni zamanda da böyrəyə keçə bilər. 
Böyrəkdə mikroorqanizmlər böyrək yumaqcığına keçir, kanalcıqları 
əhatə edən kapillyar tora, oradan da ara toxumaya daxil olur və burada 
iltihabi prosesin yaranmasına şərait olduqda pielonefrit baş verir. 
Hamiləlik zamanı pielonefritin baş verməsinin əsas səbəbi hormo-
nal təsirdən və böyümüş  uşaqlığın sidik axarlarını  sıxmasından yu-
xarı sidik yollarının urodinamikasının pozulması və genişlənməsi he-
sabına olur. Bundan başqa kəskin pielonefritin çox vaxt sağ  tərəfli 
olması genişlənmiş sağ yumurtalıq venasının sağ sidik axarını 
sıxması nəticəsində meydana çıxır (sağ yumurtalıq venası sindromu). 
Pielonefritdən  əvvəl çox zaman bakteriuriya aşkar edilir (əgər 
sidik axarında maneə yoxdursa). Bakteriuriyanın aşkar edilməsi hələ 
pielonefrit demək deyildir. Pielonefritin baş verməsində adi mikrob 
florasından başqa xəstəliyin kəskinləşməsində və residiv verməsində 
protoplastların və L-forma bakteriyaların xüsusi rolu vardır. Protop-
lastlar yüksək osmotik ləbilliyə malik, hüceyrə qabığını itirmiş 
bakteriyalardır. 
Böyrək toxumasında mikroorqanizmlər yox olduqdan sonra da 
mikrob antigenləri böyrək toxumasında aşkar edilir, bu da böyrək 
parenximasında prosesin proqressində böyük rol oynayır. Yerli 
immun reaksiyalardan başqa xronik pielonefritin aktiv fazasında 
qanda immunoqlobulinlərin səviyyəsinin yüksəlməsi (xüsusən JgG) 
aşkar edilir. Kəskin pielonefritin xronik pielonefritə keçməsinin sə-
bəblərindən böyrəklərdə sakitləşmiş, amma potensial aktiv iltihabi 
prosesin olması və qənaətbəxş olmayan müalicənin aparılmasını gös-
tərmək lazımdır. Bundan antibiotik və kimyəvi preparatların təsirin-
dən mikroorqanizmlərin protoplastrlara və L-forma bakteriyalara 


 
195
keçməsinin də rolu vardır, çünki bunlar sonradan tədricən özlərinin 
əvvəlki patogen halına qayıdırlar. 
Beləliklə, pielonefritin patogenezində makro- və mikroorqanizm-
lərin xüsusi vəziyyəti ilə ədaqədar yaranan əlverişli şərait nəticəsində 
böyrək interstisiyasına daxil olmuş mikroorqanizmlərin iltihab pro-
sesi yaratması durur. 
Patoloji anatomiya. Müxtəlif yollarla böyrəyə daxil olmuş 
mikroorqanizmlər interstisial toxumaya və böyrək ciblərinə (sinusla-
ra) yayılır. Başlanğıcda proses ocaqlı olur, sonralar hər yeni kəskin-
ləşmə zamanı proses yayılır, diffuz xarakter alır və böyrək büzüşmə-
si ilə nəticələnə bilir. Hematogen (enən) pielonefritdə iltihab ocaqları 
əsasən böyrəyin qabıq maddəsində yerləşir və kanalcıqları zədələyir. 
Urinogen (qalxan) pielonefritdə infeksiya böyrəyi pazşəkilli 
ləyəndən başlayaraq böyrəyin səthinə qədər bir sahəni tutur. Qlome-
rulonefritdən və nefrosklerozdan fərqli olaraq ikitərəfli pielonefritdə 
böyrək zədələnməsi assimmetrik olur. 
Kəskin pielonefrit seroz və irinli ola bilər. Xəstəliyin başlanğıcı 
üçün paranefral toxumanın ödemi xarakterikdir. Böyrək böyümüş, 
toxuması, şişkin, doluqanlı olur, kapsulası asan soyulur. Böyrək kasa-
cıqları və ləyəni genişlənmiş, bulanıq sidik, yaxud irinlə dolmuş, se-
likli qişa avazımış, ocaqlı qanaxmalar aşkar edilir. Müalicənin təsi-
rindən seroz pielonefrit geriyə inkişaf edir, amma ola bilsin ki, irinli 
iltihab baş versin, apostematoz nefrit, böyrək karbunkulu inkişaf etsin. 
Xronik pielonefritdə iltihabi proses kanalcıq, ara toxuma, yumaq-
cıqla yanaşı damarlara da yayılır, onlarda produktiv endoarterit, orta 
qişanın hiperplaziyası, arteriolaların sklerozu baş verir. Xronik pielo-
nefritdə müşahidə edilən «qalxanabənzər vəzi böyrəyi» histoloji əla-
mətin yaranmasının səbəbi kanalcıqların malpigi piramidlərinin zirvə-
sində çapıqla sıxılması  və  nəticədə genişlənməsi, epitelinin yastılaş-
ması, kanalcıqların içərisinin zülal kütləsi ilə dolması ilə izah edilir. 
Xronik pielonefritdə iltihab nəticəsində baş vermiş dəyişilmiş nahi-
yələr sağlam böyrək toxuması ilə əvəz olunur. Ona görə də böyrəklərdə 
proses assimmetrik gedir. Histoloji olaraq xroniki pielonefritin 4 mərhə-


 
196
ləsi ayrılır. I mərhələdə - ara toxumanın leykositar infiltrasiyası, yığıcı 
kanalcıqlarının atrofiyası baş verir. II mərhələdə yumaqcıqların hialino-
zu, kanalcıqların atrofiyası, çapıq toxumanın inkişafı  aşkar edilir. III 
mərhələdə yumaqcıqların məhv olması ilə yanaşı kanalcıq epitelisi az 
differensasiya edir və mənfəzi kolloid kütlə ilə dolmuş olur. IV mərhə-
lədə böyrəyin qabıq maddəsi azalır, böyrəklərdə birləşdirici toxuma 
inkişaf edir – birincili büzüşmüş böyrək ortaya çıxır.
 
 
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin