İnterstisial nefrit İnterstisial nefrit (İN) böyrəklərin kanalcıq aparatının zədələnməsi
ilə xarakterizə olunan ara (interstisial) toxumada lokalizə olunmuş
qeyri-infeksion abakterial mənşəli patoloji prosesdir. Son zamanlar
artıq bu xəstəlik müstəqil formalı patoloji proses sayılır. İnterstisial
toxumanı zədələyən pielonefritdən fərqli olaraq İN zamanı böyrək
toxumasının destruktiv dəyişiklikləri müşahidə olunmur, iltihabi də-
yişikliklər kasacıq və ləyənə yayılmır.
İN zamanı patoqnomonik, ancaq ona xas olan kliniki və laborator
kriteriyaların olmaması səbəbindən və bunların başqa nefropatiyalara
bənzədiyindən, xəstəliyin diaqnostikası böyük çətinliklərlə qarşılaşır.
Ona görə İN diaqnostikası üçün ən etibarlı və dəqiq metod böyrək-
lərin punksion biopsiyası sayılır.
Kliniki təcrübədə İN diaqnozu hələlik az hallarda qoyulsa da son
onilliklərdə xəstəliyin təsadüf olunma tezliyinin artması qeyd olunur.
Bunun səbəbi İN diaqnostikası metodlarının yaxşılaşması ilə yanaşı,
xəstəliyi yaradan səbəblərin tezliyinin (xüsusən dərman preparat-
larının qəbulu) artmasıdır.
İN kəskin, xroniki birincili və ikincili ola bilər. Birincili İN böyrə-
yin hər hansı bir xəstəliyi olmadan yaranırsa, ikincili İN ya hər hansı
böyrək xəstəliyini ağırlaşdırır, yaxud da mieloma xəstəliyi, leykemi-
ya, şəkərli diabet, podaqra, böyrək damarlarının zədələnməsi, hiper-
kalsiemiya, oksalat nefropatiyası fonunda baş verir. Bu xəstəlik za-
manı ara toxumanın zədələnməsi ilə yanaşı kanalcıqların da patoloji
prosesə qoşulduğunu nəzərə alaraq tubulointerstisial nefrit termini
də işlədilir.