228
hansı instrument yeritdikdə daxil olur. Başqa təsadüflərdə mikroblar
hematogen yolla irinli iltihabi ocaqlardan (frunkul,
karbunkul, angi-
na, haymorit, pnevmoniya və s.) keçir. Prostat şirəsi
bakteriosid xas-
səyə malikdir və ona görə vəzidə iltihabi prosesin inkişafı üçün sek-
retin durğunluğu və venoz stazın yaranması kimi sövqedici faktorla-
rın olması lazım olur.
Bunlar da soyuqdəymə, qəbizlik, masturbasi-
ya, həddən artıq
alkoqol istifadəsi, hipodinamiya zamanı müşahidə
olunur. Prostatit
əksər hallarda stafilakok, streptokok, bağırsaq çöp-
ləri, pnevmokok,
göy irin çöpləri, trixamonada tərəfindən törədilir,
xəstəlik kəskin və xroniki ola bilər.
Dostları ilə paylaş: