Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə126/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   122   123   124   125   126   127   128   129   ...   186
Kəskin prostatit
 
 
Xəstəliyin kataral, follikulyar, parenximatoz və prostat vəzinin 
absesi kimi formaları ayrılır. 
Klinika. Kataral prostatit zamanı tezləşmiş ağrılı siyimə  aktları, xüsu-
sən gecələr müşahidə olunur. Düz bağırsağın  müayinəsi zamanı  prostat 
vəzisində yüngül pastozluqdan başqa  əhəmiyyətli bir dəyişiklik aşkar 
edilmir. Prostat vəzinin sekretinin müayinəsində çoxlu miqdarda leyko-
sitlərin tapılması, selikli-irinli sapların olması müşahidə edilir, amma let-
sitin dənəciklərinin sayı kifayət qədər olur. Follikulyar prostatitdə xəstə-
liyin kliniki şəkli daha artıq dərəcədə təzahür edir. Xəstələr aralıqda olan 
küt, sızıldayıcı  ağrılardan və onların cinsiyyət üzvünün ucuna və arxa 
keçəcəyə irradiasiya etməsindən şikayət edir. Siyimə aktı tezləşir, ağrılı 
olur və çətinləşir. Bədən hərarəti 38-38,5

 C qədər qalxır. Digital-rektal 
müayinədə prostat vəzi ölçülərinin asimmetrik böyüməsi, ağrılı olması 
və bərkiməsi aşkar edilir. Prostat vəzinin müayinəsindən sonra secretdə 
çoxlu miqdarda irin sapları və mikroskopik müayinələrdə leykositlər ta-
pılır. 
Parenximatoz prostatit üçün irinli iltihabi proses üçün xarakterik 
olan kliniki əlamətlərin təzahürü səciyyəvidir. Bədən hərarəti yüksəlir 
(39-40
○ 
C), üşümə, ümumi zəiflik, susuzluq, iştahanın itməsi, ağrılı 
siyimə, defekasiya aktları siyimənin çətinləşməsi və bəzən hətta sidik 
tutulması müşahidə olunur. Prostat sekretində leykositlərin miqdarı 


 
229
artır, letsitin dənələrinin miqdarı azalır. Rektal müayinədə prostat 
vəzinin böyüməsi, çox ağrılı, gərgin olması  və konturlarının qeyri-
dəqiqliyi aşkar edilir. Prostat vəzinin absesi baş verdikdə flyuktuasiya 
sahəsi tapılır. Prostatın absesi üçün aralıqda və düz bağırsaqda intensiv
pulsasiyaedici ağrının olması, siyimə  və defekasiya zamanı  kəskin  
ağrıların baş verməsi, siyimə aktının çətinləşməsi, bəzən hətta sidiyin 
tutulmasının müşahidə olunması xarakterikdir, absesin sidik kanalına 
açılması baş verdikdə sidiyin bulanması və bədən hərarətinin normal-
laşması baş verir, prostat vəzinin absesi kəskin septik xəstəlik kimi 
təzahür edir və  əgər vaxtında cərrahi müdaxilə edib təmizlənmirsə, 
onda bakterimik (endotoksik) şok baş verə bilər. 
Diaqnostika. Kəskin prostatitin diaqnostikası xəstənin  anamnezi-
nə, şikayətlərinə (aralıqda, düz bağırsaqda ağrılar, ağrılı və çətinləş-
miş siyimə aktları, uretradan selikli-irinli ifrazatın olması, bədən hə-
rarətinin 38-39

 C qədər yüksəlməsi, üşümələr)  əsasən qoyulur. 
Prostat vəzinin barmaq müayinəsi zamanı onun  böyüməsi, postozlu-
ğu və ağrılı olması aşkar edilir. Prostat sekretində leykositlərin miq-
darının artması və letsitin dənəciklərinin azalması qeyd olunur. Kəs-
kin prostatit zamanı onun müayinəsi çox ehtiyatla aparılmalı, kobud 
sıxılması və vəzinin massaj edilməsi qadağandır. 
Müalicə. Kəskin prostatit üçün xəstələrə yataq rejimi tövsiyə olunur, 
pəhrizdə kəskin, qıcıqlandırıcı yeməklər kənar edilir. Geniş  təsirə ma-
lik antibiotiklərlə (ampisillin, tetraolean, amikasin, gentamitsin sulfat, 
sefotaksim, seftriakson) və ftorxinolonlarla (ofloksasin, levoflansasin) 
intensiv müalicə olunur. Ağrılı siyimə aktını  və çağırışları azaltmaq 
üçün belladonna, anestezin, proktasedil tərkibli rektal şamlardan 
istifadə olunur. Bu məqsəd üçün aralığa qızdırıcı kompres, istiqac, 1 q 
antipirinlə isti oturaq vannaları (38-40
○ 
C) tətbiq edilir. Bağırsaqların 
vaxtında boşalması  üçün yumşaldıcı vasitələrdən istifadə olunur. 
Prostat vəzinin absesi olduqda cərrahi müdaxilə apararaq prostat 
absesi aralıqdan, düz bağırsaqdan açılır. Absesi açandan qabaq yo-
ğun iynə ilə punksiya edib absesin olmasına tam əminlik əldə etmək 
lazım gəlir. 


 
230

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin