231
rasiya proseslərin sorulmasını təmin etmək və çapıq-sklerotik dəyişik-
liklərin qarşısını almaq məqsədi ilə lidaza (0,1 q gündə, dəri altına),
aloe ekstraktı (1 ml gündə, dəri altına), şüşəyəbənzər cisim (2 ml
gündə, dəri altına) uzun müddət (20 gün) təyin edilir. Xroniki pros-
tatitdə iltihabi prosesin kəskinləşməsini əldə etmək və sonra onu mü-
vəffəqiyyətli müalicə etmək üçün pirogenal, əzələ daxilinə, başlanğıcda
25 MPD, sonra doza tədricən artırılaraq 100-150 MPD çatdırılır.
Xroniki iltihabi prosesin sorulmasını təmin etmək
üçün eyni zamanda
vobenzim, bədənin immun qabiliyyətini yüksəltmək üçün immunal,
levamizol, timalin, taktivin istifadə edilir.
Dərman müalicəsi yerli fizioterapevtik təsirlərlə müştərək aparılır
(isti oturaq vannaları, çobanyastığı və antipirin ilə mikroimalələr,
rektal diatermiya, rektal palçıq tamponları, palçıq trusikləri, bəzi hal-
larda, prostat vəzinin massaj olunması istifadə edilir.
Palçıq müalicəsi sanator-kurort müalicəsi
ilə müştərək istifadə olun-
malıdır. Qaranquş (Mərdəkanda), Celeznovodski, Truskavetsk və s.
Həmçinin xroniki prostatitdə vəziyə ultrasəslə təsir etməkdən və
iynə sancmadan istifadə edilir. Xəstələrə aktiv rejim (çox gəzmək, az
oturmaq) tövsiyə olunur, pəhrizdə kəskin yeməklərdən və alkoqol-
dan imtina olunmalıdır. Xroniki prostatin
müalicəsi uzunmüddətli
(aylar-illərlə), çoxlu kurslardan ibarət olmalı, yuxarıda qeyd olunan
müalicə vasitələri təkrarlanmalıdır.
Proqnoz. Xroniki prostatit dayanıqlı və residivverici gedişli xəs-
təlikdir, bu xəstələrdə sağalma prosesi çətin və az hallarda baş verir
və əksər təsadüflərdə də bunun səbəbi xəstələrin bütün həkim məslə-
hətlərinə riayət etməməsi olur.
Dostları ilə paylaş: