244
şulduqda aşkar edilir. Ortostatik sınağın əhəmiyyəti vardır. Xəstə sidiyi-
ni səhər müayinəyə verir (1 porsiya), sonra 2 saat ərzində gəzir və yenə
sidiyin analizini verir (2 porsiya). Hematuriyanın və proteinuriyanın aş-
kar edilməsi və yaxud artması nefroptozun olmasını göstərir.
İnstrumental müayinələr. USM az informativdir. Ekskretor uroq-
rafiya nefroptozu aşkar etməyə daha çox informasiya verir. Rentge-
noloji şəkillər uzanmış vəziyyətdə və ayaq üstə çəkilir. Nefroptozda
böyrək yerdəyişməsi aşkar şəkildə nəzərə çarpır. Daha mürəkkəb
hallarda böyrək angioqrafiyası yerinə yetirilir. Bu zaman böyrək
ayaq üstə yerini aşağıya dəyişir, onun arteriyası dartılaraq daralır.
Differensial diaqnoz. Nefroptoz qlomerulonefrit, böyrəkdaşı xəs-
təliyi, böyrək şişi, böyrək distopiyası ilə differensasiya olunur.
Ağırlaşmalar. Nefroptozun ağırlaşmalarına pielonefrit, arterial hi-
pertenziyanı, fornikal qanaxmanı və böyrəkdaşı xəstəliyini aid etmək
lazımdır.
Müalicə. Müalicə prinsipləri xəstəliyin mərhələsi və ağırlaşmalar-
dan asılı seçilir.
I, II mərhələdə konservativ terapiya tövsiyə olunur - müalicədə
bədən tərbiyəsi, 3 kq-dan artıq yük daşımamaq, fiziki gərginliklər
(qaçış, tullanmaq) qadağan edilir. Bir qədər kökəlmək, böyrək ban-
dağının bağlanması tövsiyə olunur.
Nefroptoz ağırlaşmalarla müşayiət olunursa (pielonefrit, arterial
hipertenziya, fornikal qanaxmalar, hidronefrotik transformasiya) xəs-
təyə cərrahi əməliyyat – nefropeksiya (böyrəyin öz yerinə fiksasiya
olunması) məsləhət olunur.
Proqnoz. Ağırlaşmalar baş verməmişsə proqnoz yaxşıdır.
Dostları ilə paylaş: