Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə131/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   127   128   129   130   131   132   133   134   ...   186
Xroniki uretrit - sidik kanalından az miqdarda selikli ifrazatın  ay-
rılması yüngül göynəmə hissi ilə xarakterizə olunur və müalicəyə çox 
çətin tabe olması ilə fərqlənir. Prosesə sidik kanalının arxa hissəsində 
yerləşən toxum təpəciklərinin qoşulması kallikulitə  səbəb olur və 
toxumun eyakulyasiyasının pozulmasına gətirib çıxarır, çünki toxum 
çıxarıcı axacaqlar və prostat vəzisinin axacağı buraya tökülür. 
İkincili bakterial uretrit bədəndə olan infeksion proseslər zamanı  
müşahidə olunur. Adətən ikincili uretrit latent və uzun müddətli olur. 
Xəstələr sidik  kanalında zəif  ağrılar,  xüsusən səhərlər  uretradan 
selikli-irinli ifrazatın olmasından şikayət edir. Bəzən səhərlər  sidik 
kanalının xarici keçəcəyinin  dodaqları ifrazatın təsirindən  bir-birinə 
yapışır.  İki stəkan sınağında birinci  porsiya  sidikdə leykositlərin 
miqdarı  artmış olur. Üç stəkan sınağında isə üçüncü porsiya sidikdə 
leykositlər normal olur. Sidik kanalından yaxma hazırlayıb  mikros-
kopik müayinə etdikdə xəstəliyin törədicisini  aydınlaşdırmaq müm-
kün olur. Bakterioloji müayinə (ifrazat və ya kanalın  yuyuntu mate-
rialı) mikroorqanizmin növünü təyin etməyə imkan verir və həmçi-
nin antibiotiklərə qarşı həssaslıq aydınlaşdırılır. Bu da düzgün müa-


 
234
licə taktikasını seçməyə kömək edir. Diaqnostika üçün son illər bəzi 
törədicələri dəqiq təyin etmək üçün polimeraz zəncirvari reaksiya 
üsulu ilə müayinədən istifadə olunur. Çox zaman aşkar edilən qarı-
şıq infeksiya xəstəliyin  gedişini davamedici  edir. 
Müalicə. Bakterial uretritin müalicəsi xəstəliyin etiologiyası, pa-
togenezi və mikroorqanizmlərin antibiotiklərə  həssaslığından asılı 
olaraq aparılır. Son illər bakterial uretrit   törədicilərinin  geniş istifa-
də olunan antibiotiklərə (penisillin, streptomitsin, tetrasiklin, levo-
mitsetin) qarşı dayanıqlığı    artmışdır. Buna görə  də son illər daha 
effektiv antibiotiklər - ampisillin, amikasin, sefalosporin, makrolid 
qrupu  preparatları, ftorxinolon qrupu dərmanları istifadə olunur. 
Qarışıq  infeksiyada metronidazoldan da istifadə daha effektiv nəticə 
verir. Antibiotiklərin təyini zamanı göbələklərin inkişafının qarşısını 
almaq üçün profilaktika məqsədilə flukonazol və s. tətbiq edilir. 
Xroniki bakterial uretritdə lazımi müalicə effekti alınmadıqda  
yerli müalicə vasitələri: sidik kanalına 0,1% solafur, 0,25% gümüş 
nitrat, 1-2% kollarqol məhlulları ilə insillyasiya olunur. İkincili uret-
ritdə əsas xəstəliyi (prostatit, vezikulit, uretranın strukturası) müalicə  
etdikdə uretritin də  sağalması sürətlənir.
 
 
Fimoz 
 
Fimoz pülüyün xarici dəliyinin dar olmasına deyilir. Bu zaman  
pülük geri çəkilmədiyi üçün cinsiyyət orqanının başı görünmür. Xəs-
təlik anadangəlmə  və qazanılma ola bilər. Anadangəlmə fimozda  
uşaqlarda siyimə aktı tam mümkün olmur, yaxud da sidik ifrazı çə-
tinləşir və bu zaman körpələr hər dəfə ağlayırlar. Pülüyün xarici də-
liyinin həddən çox dar olması və onun tam tutulması bəzən sidiyin 
pülük dərisi ilə cinsiyyət orqanının başı arasında  yığılmasına və pü-
lüyün şişməsinə səbəb olur. Pülük dərisi ilə cinsiyyət orqanının başı 
arasında yığılan pülük dərisi ifrazatı - smeqmanın miqdarı artır, bə-
zən o hətta daşlaşır, iltihablaşma baş verir - balanopostit inkişaf edə 
bilir. Müstəqil inkişaf edən balanopostit əksər hallarda ikincili fimo-


 
235
za səbəb olur. Fimoz zamanı sidiyin normal xaric olması  prosesi po-
zulur, sidik kanalı və sidik kisəsi genişlənir, sidikliyin atoniyası, si-
diklik - sidikaxarı reflyuksu və pielonefritə səbəb ola bilir. 
Müalicə. Yüngül gedişli fimozlar zamanı pülüyün xarici dəliyi  
genişləndirilir, onun daxili qatı antiseptik məhlullarla yuyulur, quru-
dulur və antiseptik məlhəm çəkilir. Genişləndirmə mümkün olmadıq-
da həlqəvi kəsiklə pülük dərisi götürülür və radikal cərrahi əməliyyat 
aparılır. Qanaxma saxlanılır (xüsusən yüyəndə) pülüyün daxili qatı ilə 
xarici qatı bir-birinə nazik ketqut ilə tikilir. Cərrahi  əməliyyat (sir-
kumsizio) 1 yaşına qədər anesteziyasız, 1-7 yaşında narkozla, daha 
böyük uşaqlarda və yaşlılarda yerli novokain anesteziyası ilə aparılır. 
 Bəzən xəstələr pülük  dərisinin xarici dəliyinin dar olduğu zaman 
onu geri çəkirlər, belə geri  çəkilmiş pülük dərisi cinsiyyət orqanının 
başını həlqəvi sıxır. Cinsiyyət orqanının başında qan və limfa dövra-
nı pozulur, o şişir və bu hal parafimoz adlanır. Ödemin artması hətta 
cinsiyyət orqanının başının sıxılmasına və nekroza səbəb ola bilər. 
Həmçinin uretranın da sıxılması baş verdiyi üçün siyimə aktı müm-
kün olmur, ağrı meydana çıxır. Bu vəziyyətdə xəstəyə təcili yardım 
göstərmək lazım gəlir. Pülük yerinə qaytarılır. Əlcək geyilir, pülük 
vazelinlənir və sonra pülük halqası arxadan önə çəkilir. Pülük öz ye-
rinə qayıtdıqdan sonra şişkinlik azalır. Pülüyün yerinə qaytarılması 
mümkün olmadıqda  şişkinlikdən arxada dəri novokainlə anesteziya 
edilir, boylama kəsik aparılır, sonra pülük yerinə qaytarılır və an-
tiseptik məhlullarla vanna edilir. Həmçinin xəstənin razılığı olduqda 
pülük dərisi götürülə də bilər.
     
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin