Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə132/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   128   129   130   131   132   133   134   135   ...   186
BÖYRƏK  VƏRƏMİ 
 
İfrazat sisteminin vərəminin etiologiyası vərəm mikobakteriyalardır. 
Patogenez. Son illərə qədər vərəm törədiciləri böyrəklərə üç yolla 
– hematogen, limfogen və urinogen yolla keçməsi  düşünülürdü. Ha-
zırda isə hematogen yolun əsas yol olması  və xüsusən böyrəklərin 
bu yolla zədələnməsi təsdiq olunmuşdur. Vərəm prosesin ilk genera-


 
236
lizasiyası zamanı ağciyər və bronx limfa düyünlərindən qana keçmiş 
vərəm mikobakteriyaları böyrəyi zədələyir. Həmin proses ikincili 
disseminasiya zamanı da müşahidə olunur. Hər iki böyrəyin  qabıq 
maddəsində  vərəm ocaqları meydana çıxır.  Əksər hallarda bədən 
müqavimətinin güclü olduğu zaman, immunitetin yaxşı vəziyyətində 
bu ocaqlar sağalır və sonrakı dövrdə  özlərini heç nə ilə göstərmirlər. 
Amma bəzən ümumi və yerli qeyri-qənaətbəxş faktorlar nəticəsində 
böyrək qabığındakı ocaqlar sağalmır, onlar sakit halda qalır (yatmış 
infeksiya), yaxud proqress edir. Adətən prosesin proqressi bir böy-
rəkdə baş verir, başqa böyrəkdə heç bir kliniki əlamət olmur. Amma 
müalicə aparılmadıqda «sağlam» böyrək də prosesə qoşulur və bütün 
böyrək vərəmi xəstələrinin 1/3 hissəsində proses ikitərəfli olur. Gö-
rünür, böyrək qabığının miliar vərəminin beyin maddəsinin destruk-
tiv zədələnməsinə keçməsinin səbəblərindən biri də böyrəkdən sidi-
yin axmasının ( urodinamikanın) pozulmasıdır.  
Patoloji anatomiya. Makroskopik müayinə ilk dövrlərdə  əsasən 
böyrək qabığında dəyişikliklərin olması ilə xarakterizə olunur. «Klini-
ki» vərəm dövründə isə dəyişikliklər beyin maddədə aşkar edilir. Son-
ra məməcik zədələnir (spesifik papillit), daha sonra kasacığın və  lə-
yənin selik qişası zədələnir. Böyrəkdə baş verən destruktiv dəyişiklik-
lər beyin madədə toxumanın kazeoz dağılmasına və kavernaya səbəb 
olur. Kavernalar müalicə prosesi yaxşı getdikdə kirəcləşə, yaxud tə-
mizlənə bilər. Proses proqress etdikdə kavernalar bir-biri ilə birləşir-
lər, böyrəklərin polikavernoz vərəmi, pionefroz müşahidə olunur. Və-
rəm prosesi ləyəni və sidik axarını (onun çanaq hissəsini) və sidik 
kisəsini zədələyir. Bu orqanların selik qişasının infiltrativ (vərəm təpə-
cikləri) və destruktiv (selik qişanın xoralanması) dəyişiklikləri baş ve-
rir. Spesifik müalicə vərəm prosesinin aradan qalxmasına səbəb ola bi-
lər, amma zədələnmiş ocaqların çapıqlaşması baş verir və hidronefro-
tik transformasiya, büzüşmüş sidik kisəsi, böyrəklərin büzüşməsinə 
səbəb olan proqressedən qeyri-spesifik pielonefrit baş verir. Ağır ge-
dişli böyrək vərəminin sonluğu autonefrektomiya ola bilər. Bu zaman 
sidik axarının tam tutulması nəticəsində  böyrək sidik sistemindən tam 


 
237
ayrılır. Bu zaman sidikdə heç bir dəyişiklik tapılmır. Böyrək vərəmi-
nin spesifik patoloqoanatomik elementlərindən biri iltihab ocaqlarının 
kirəcləşməsi və çoxsaylı petrifikatların əmələ gəlməsidir. Aşkar edil-
mişdir ki, hətta petrifikatın dərin qatlarında belə vərəm mikobakteriya-
ları tapıla bilər. Mikroskopik müayinədə böyrək qabığında  epitelioid 
və giqant lanqhans  hüceyrələrindən ibarət  vərəm təpəcikləri  tapılır. 
Böyrək ara toxumasında  qeyri-spesifik leykositar infiltrasiya müşahi-
də edilir. Qeyri-spesifik pielonefritin inkişafı  nəticəsində böyrəklərin 
tədricən büzüşməsi baş verir və bəzi hallarda böyrəkdaşına da səbəb 
ola bilər. 
Təsnifat. Böyrək və sidik yolları vərəminin təsnifatı  qeyd olunan 
patoloqo-anatomik dəyişikliklərin gedişi, böyrəkdə infiltrativ dəyi-
şikliklərin başlanması və  polikavernoz böyrək vərəmi, hətta  vərəm 
pionefrozuna qədər  inkişafını əks edir. 
Ən sadə təsnifat 4 mərhələli kliniki-rentgenoloji təsnifat olub böy-
rək toxumasının destruksiyası əsas kriteriya kimi götürülür. Xəstəli-
yin mərhələləri  nömrələrlə qeyd olunur. 
I mərhələ - böyrəyin qeyri-destruktiv (intiltrativ) vərəmi; 
II mərhələ – başlanğıc destruksiya: papillit və ya kiçik (1 sm 
diametrdən az), tək kaverna
III mərhələ – məhdud destruksiya: böyük ölçüdə  kaverna və ya 
böyrəyin bir seqmentində polikavernoz  vərəm; 
IV mərhələ – total və ya subtotal  destruksiya (iki seqmentin poli-
kavernoz vərəmi, vərəm  pionefrozu, böyrəyin kirəcləşməsi). 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin