245
ocağı tapılmışdır. Azərbaycan da yer kürəsində böyrəkdaşı xəstəli-
yinin çox yayıldığı endemik ocaqları sırasındadır. Xəstəlik kişilərdə
qadınlara nisbətən sağ böyrəkdə sola nisbətən daha çox təsadüf olu-
nur, 15-20% halda böyrəklərdə ikitərəfli daş müşahidə olunur. Xəs-
təlik əsasən 20-50 yaşlarında təsadüf olunur.
Daşların kimyəvi tərkibi müxtəlif olur. Böyrəkdaşları 65-70% tə-
sadüflərdə kalsium duzları, 5-15 % fosfat turşusu duzları, 5-15% si-
dik turşusu və urat duzlarından, təxminən 5%
hallarda sistin, ksantin,
zülal, xolesterin, sulfanilamid mənşəli olur.
Etiologiya. Xəstəliyin etiologiyası və patogenezi tam aydın deyil.
Böyrəkdaşının əmələ gəlməsində çoxlu faktorların rolu vardır. Bun-
ların arasında sidik yollarının anadangəlmə və qazanılmış qüsurları
nəticəsində sidiyin durğunluğu, urodinamik dəyişikliklər, sidik yolla-
rının infeksiyasını qeyd etmək lazımdır.
Maddələr mübadiləsi pozğunluqlarının rolunu,
o cümlədən, sidik
turşusu, oksalat turşusu, fosfor-kalsium mübadiləsinin pozulması nə-
ticəsində baş verən diatezlərin rolunu xüsusi göstərmək lazımdır.
Endokrin sistemi pozğunluqları, ilk növbədə hiperparatireoz nəti-
cəsində baş verən hiperkalsiemiya, hiperkalsiuriya, hiperfosfatemiya
müşahidə olunur ki, bu da böyrəkdaşı xəstəliyinin əmələ gəlməsinə
səbəb ola bilər.
D
vitamininin hipervitaminozu, A vitamininin avitaminozu, qara-
ciyərin və mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri (hepatit,
qastrit, kolit) böyrəkdaşı xəstəliyinin yaranmasına kömək edir.
Xəstələrin uzun müddət hərəkətsizliyinə səbəb olan xəstəliklər
(para- və hemiparezlər) sümüklərin sınıqları, (sümük-oynaq sistemi
xəstəlikləri) sidik yollarında daş əmələ gəlmə prosesinə meyilliyi
artırır. İsti ölkələrdə bədəndən çoxlu su itirilməsi,
suyun codluğu da
daş əmələ gəlmə prosesini gücləndirir. Böyrəkdaşı xəstəliyinin etio-
logiyasında irsi meyillilik də inkar edilmir.
Patogenez. Daş əmələ gəlmə prosesi mürəkkəb bir proses olub,
əsasını toxumalarda, böyrək parenximasında və sidikdə maddələr
mübadiləsinin pozulması təşkil edir.
246
Mühafizə kolloidlərin səviyyəcə azalması müəyyən miqdar mole-
kulların qruplaşması nəticəsində meydana çıxan mitsella əmələ gələ
biləcək daşın «nüvə»sini yaradır. Belə üzvi nüvənin əmələ gəlməsində
amorf çöküntülər, fibrin, qan laxtası, leykosit yığını və qopmuş böyrək
ləyəni epitelisi,
hüceyrə detriti, bakteriyalar, hər hansı yad cisim
iştirak edə bilər. Sonra nüvənin üzərinə duzların çökməsi, onların
sidikdə qatılığının artması, sidiyin pH-nın dəyişməsi nəticəsində on-
ların həllolma qabiliyyətinin zəifləməsi və sidiyin doyumluluğunu
təyin edən mühafizə kolloidlərinin səviyyəsinin azalması və keyfiyyə-
tinin dəyişməsi nəticəsində baş verir. Məsələn,
sidik turşusunun sidik-
də qatılığı onun suda həllolma dərəcəsindən 15-20 dəfə çox olur.
Böyrəkdaşının yerləşdiyi yer çox vaxt onun əmələ gəldiyi yerlə
uyğun gəlmir. Daşlar əsasən böyrəklərdə, böyrək məməciyində əmə-
lə gəlir. Adi halda yığıcı borucuqlarda çox xırda, birincili mikro-
konkrementlər əmələ gəlir və bunlar sidiklə xaric olurlar.
Sidiyin
konsentrasiyasının artması, pH-ın dəyişilməsi, yığıcı borucuqlarda
kristallizasiyanın artmasına və böyrək məməciyi nahiyəsində kris-
talların çox yığılmasına, onların inkrustasiyasına gətirib çıxarır. Son-
ra kiçik daş məməcikdən ayrılaraq böyrək ləyənində daşın əmələ gəl-
məsi üçün nüvə rolunu oynayır.
Sidiyin pH-dan asılı olaraq daşların kimyəvi tərkibi də dəyişir. Turş
mühitdə sidik turşusu və onun duzlarından, qələvi mühitdə fosfatlar-
dan ibarət daşlar əmələ gəlir. Oksalat duzlarından ibarət olan daşlar
həm qələvi və həm də turş mühitdə yaranırlar. Daşların
ölçüləri müx-
təlif olub bəzən mərcanvari (kasacıq-ləyən sisteminin şəklini alır), bə-
zən tək-tək və yaxud çoxlu, həm də ikitərəfli ola bilər. Böyrəkdaşları
böyrəklərdə, sidik yollarında anatomik-morfoloji dəyişikliklərə səbəb
olur. Kalkuloz pielonefrit, pionefroz və paranefritlə ağırlaşa bilər.
Dostları ilə paylaş: