Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə114/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   110   111   112   113   114   115   116   117   ...   186
İkitərəfli pielonefrit 
 İkitərəfli xroniki pielonefritdə xəstəliyin kliniki mənzərəsi iltiha-
bi proseslə yanaşı böyrək çatışmazlığı əlamətlərindən ibarət olur. 
Xəstələr baş ağrıları, tez yorulma, bel nahiyəsində küt ağrılardan 
şikayət edirlər. Xəstələrdə yüngül anemiya, poliuriya, pollakiuriya, 
mikrohematuriya, intensiv leykosituriya, bakteriuriya müşahidə 
olunur. Böyrək çatışmazlığı baş verdikdə dəri örtüyünün quruluğu və 
avazıması, anoreksiya, öyümə, qusma, burun qanaxmaları və s. aşkar 
olunur. Tədricən anemiya daha da ağırlaşır, sidiyin nisbi sıxlığı aza-
lır, tədricən sidikdə patoloji elementlərin miqdarı azalır. Xronik 
pielonefrit üçün xarakterik cəhətlərdən biri də uzun müddət böyrək-
lərin funksiyasının qənaətbəxş olmasıdır (böyrəklərin konsentrasi-
yaetmə qabiliyyətinin azalması fonunda durulaşdırma funksiyasının 


 
204
nisbətən saxlanması qeyd olunur). Xəstələrdə natriumun və kaliu-
mun reabsorbsiyası pozulur. Hidrogen ionlarının sekresiyasının po-
zulması  və ammoniumun əmələ  gəlməsinin pozulması  nəticəsində 
xəstələrdə asidoz inkişaf edir. Asidoz, böyrək vasitəsilə kalsiumun 
itirilməsi, fosfatların qanda artması ikincili hiperparatireoidizmin 
böyrək osteodistrofiyasının baş verməsinə səbəb olur. Xəstəliyin son 
mərhələsində PAH klirensi inulin klirensindən nisbətən fərqli olaraq 
daha çox pozulur. Bunun səbəbi interstisiyada gedən ağır dəyişiklik-
dir. Xəstəliyin kəskinləşmə  mərhələlərində leykositoz, subfebril 
hərarət anemiyanın dərəcəsinin artması müşahidə olunur. 
Ağırlaşmalar.  İkitərəfli xronik pielonefritin ağırlaşmalarından 
arterial hipertenziyanı, anemiyanı  və  xəstəliyin son mərhələsində 
xronik böyrək çatışmazlığını göstərmək lazımdır. 
Gedişi.  Xəstəliyin gedişi aparılan müalicə  tədbirlərinin 
effektivliyindən asılıdır. Ümumiyyətlə, xəstəliyin gedişində uzun 
müddətli remissiyaların kəskinləşmə fazası ilə  əvəz olunması  
müşahidə olunur. 
Diaqnoz və differensial diaqnoz. Biokimyəvi müayinələrin köməyi 
ilə qanda qalıq azotun, sidik cövhərinin, kreatinin, sidik turşusunun, 
indikanın artması və eyni zamanda onların azalması müşahidə olunur. 
Xromosistoskopiya xəstəliyin ilk  dövrlərində müəyyən əhəmiyyətli 
məlumat verə bilər. Hər iki tərəfdə indiqokarminin gec xaric olması 
müşahidə olunur, sidiyin boyanma intensivliyi azalır. Ekskretor uroqra-
fiyadan çox infuzion uroqrafiyanın aparılması daha məqsədəuyğundur. 
Bu üsul hətta xroniki böyrək çatışmazlığı olduqda belə yaxşı informativ 
nəticə verir. Rentgen şəkilləri 20, 30, 60 dəqiqədən sonra çəkilir. Bəzən 
açıq üsulla böyrək biopsiyası edilir. Differensial diaqnozu xronik qlo-
merulonefritlə aparılır. Nefrotik sindromun olması xronik qlomeru-
lonefrit üçün xarakterikdir. Pielonefrit üçün proteinuriyanın səviyyəsi 
2%-dən yuxarı qalxmır. Leykosituriya pielonefrit üçün xarakterikdir. 
Aktiv leykositlərin tapılmasının diaqnostik əhəmiyyəti azdır. Pielonef-
ritli xəstələrin 1/4 hissəsində ola bilsin ki, bakteriuriya aşkar edilməsin 
(cədvəl 14). 


 
205
                                                                               Cədvəl 14 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin